A+   Yenilə  A-
Regionlarda reallaşdırılan su layihələri aqrar sektorda məhsuldarlığın artmasına müsbət təsir göstərir

Son 15 ildə ölkə miqyasında 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib
Son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının icrası çərçivəsində bölgələrdə həyata keçirilən çoxlu sayda suvarma layihələrinin, meliorativ tədbirlərin kənd təsərrüfatının inkişafında, o cümlədən də məhsuldarlığın artmasında rolu əvəzsizdir. Bu barədə martın 26-da Prezident İlham Əliyevin Sədrliyi ilə Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində geniş söhbət açılıb. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə məlumat verərək bildirib ki, 2004-cü ildən bəri Prezident İlham Əliyevin böyük diqqətinin nəticəsi olaraq ölkə miqyasında 4,0 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilib.
2018-ci ildə regionlarda yeni suvarma layihələrinin həyata keçirilməsi nəzərdə tutulub
Ötən il Prezident İlham Əliyevin tapşırığı əsasında regionlarda 103 min hektar sahəyə suyun çatdırılması və su təminatının yaxşılaşdırılması işləri həyata keçirilib. Dövlət başçısı tərəfindən 2018-ci ildə də təxminən bu qədər torpağın əkin dövriyyəsinə cəlb edilməsi qarşıya vəzifə qoyulub. Ə.Əhmədzadənin bildirdiyinə görə, başlanan layihələrin icrası cari ildə də uğurla davam etdirilir.
“Şəmkir-Samux-Goranboy magistral kanalının İpək yolu ilə kəsişmə qurğusunda və ondan sonra kanalın 5 kilometrə qədər hissəsində tamamlama işlərini başa çatdırmaqla Goranboy rayonunda 8 min hektar, ötən ildə torpaq məcrada inşa olunmuş 54 kilometr uzunluğunda Yeni Mil-Muğan kanalının cari ildə beton üzlüyə alınması ilə Saatlı, Biləsuvar və İmişli rayonlarında daha 13 min hektardan çox yeni torpaq sahələrinin suvarma mövsümündə su ilə təmin edilməsi mümkün olacaq”, - deyə Ə.Əhmədzadə vurğulayıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmisi 2018-ci ildə reallaşdırılacaq digər layihələr barədə də məlumat verib. O bildirib ki, cari ildə Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdirilərək Neftçala rayonunun 12400 hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, Ağcabədi rayonunda isə 1900 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin olunacaq. Kür çayında yeni tikilən nasos stansiyasında və “H” kanalında tikinti işləri davam etdirilərək Sabirabad rayonunun kəndlərinin layihə üzrə qalan 7500 hektar əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq, eləcə də rayonun Kür çayı üzərindəki yeni nasos stansiyasında və magistral kanalda tikinti işlərini tamamlamaqla rayonun əlavə 9300 hektar qış otlaq sahələrinə suvarma suyu çatdırılacaq. Eyni zamanda, bu layihələr çərçivəsində Biləsuvar rayonunun 1600 hektar yeni torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Hacıqabul rayonunda isə meliorativ tədbirlər davam etdirilməklə 2700 hektar yeni suvarılacaq torpaqlara suvarma suyu çatdırılacaq.
Siyəzən rayonunda yeni suvarma layihələri ümumilikdə 12 min 964 hektar sahəni əhatə edəcək
Reallaşdırılan yeni suvarma layihələri ölkənin bütün bölgələrini əhatə edir. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər tam başa çatdıqdan sonra Siyəzən rayonunda 6 min 972 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunub. Bununla yanaşı, layihəyə görə 5 min 992 hektar mövcud suvarılan torpaqların su ilə təminatı da yaxşılaşdırılıb.
Siyəzən rayonu ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə görülən işlər, ümumilikdə, 12 min 964 hektar sahəni əhatə edəcək.
Siyəzəndə mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi Taxtakörpü-Ceyranbatan və Samur-Abşeron kanalından götürülən suyun hesabına reallaşacaq. Kanallardan götürülən su ümumi uzunluğu 28 min 790 metr olan Ceyranbatan-Siyəzən paylayıcı su kəməri vasitəsilə rayon ərazisinə veriləcək. Bununla yanaşı, layihə çərçivəsində Siyəzəndə 61 min 488 metr qapalı, 15 min 375 metr açıq drenaj şəbəkəsi də qurulub. Siyəzən rayonu ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədilə görülən işlər hazırda intensiv şəkildə davam etdirilir.
Ağdaşda eyni vaxtda üç suvarma layihəsinin icrasına başlanılıb
Ağdaş rayonunda boş qalan torpaqların əkinə cəlb edilməsi üçün yeni suvarma sistemlərinin qurulması, şirə kanallarının lildən təmizlənməsi, əhalinin təmiz, içməli su ilə təminatının yaxşılaşdırılması, eləcə də çay kənarındakı yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə görülən işlər uğurla davam etdirilir.
Rayon İcra Hakimiyyətinin məlumatında bildirilir ki, Ağdaşda əkinə yararlı olsa da boş qalan və suvarılmayan 15800 hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi üçün 3 layihənin icrasına başlanılıb. Birinci layihə üzrə suvarma suyu Yuxarı Şirvan kanalından götürülməklə 4300 hektar sahənin, ikinci layihə üzrə suvarma suyu Kür çayından götürülməklə 7000 hektar sahənin, üçüncü layihə üzrə suvarma suyu Türyançay çayından götürülməklə 4500 hektar sahənin suvarılması təmin olunacaq. Hazırda müxtəlif diametrli borularla yeraltı su xətlərinin çəkilməsi işləri görülür.
Bundan əlavə, hazırda Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidməti və İslam İnkişaf Bankı birgə olaraq “Kənd yerlərində kompleks inkişaf” layihəsi çərçivəsində Ağdaşın səkkiz Sudan İstifadə edənlər Birliyinin (SİB) əhatə etdiyi kəndlərdə 35 min hektar ərazi üçün nəzərdə tutulan suvarma arxlarının, şirə kanallarının, drenaj şəbəkələrinin, kollektorların qazılaraq lildən təmizlənməsi və mövcud beton kanalların bərpası və yeni beton kanalların inşası işlərinə başlanılıb. Hazırda rayonun Kükəl və Ərəbocağı SİB-nin ərazisində işlər davam etdirilir. Bu günədək 60 kilometr uzunluğunda suvarma arxı yenidən qazılıb, 500 metr uzunluğunda beton kanal təmir edilib.
Həmçinin Türyançay Suvarma Sistemləri İdarəsi tərəfindən rayonun yaşayış məntəqələrinin sel və daşqından qorunması üçün ötən bir il ərzində Türyançay çayında 327 min kubmetr məcratəmizləmə və 1200 metr uzunluğunda lildən təmizləmə işləri görülüb.
Qazax rayonunda 262,84 kilometr arx və kanal lildən təmizlənib
Qazax rayonunda son illər kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına nail olunub. Taxılçılıq, kartofçuluq sahələrində əldə edilmiş yüksək məhsuldarlıq buna sübutdur. Taxılçılıqda hektardan məhsuldarlıq 36 sentnerə, kartofçuluqda isə 272 sentnerə çatdırılıb. Bu barədə Qazax Rayon İcra Hakimiyyətində yaz-tarla işlərinə hazırlığın vəziyyəti ilə bağlı keçirilən müşavirədə bildirilib. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qeyd edib ki, cari ildə əkin sahələri daha da genişləndirilərək rekord həddə çatıb. Bu ilin məhsulu üçün 20 min hektar sahədə əkin aparılıb.
Rəcəb Babaşov bildirib ki, kənd təsərrüfatında yüksək məhsuldarlıq əldə etmək üçün qarşıda duran ən mühüm vəzifə əkin sahələrinin su ilə tam təmin olunmasıdır. Ötən il havaların quraq keçməsinə baxmayaraq, rayon Suvarma Sistemləri İdarəsinin səyi və itkiyə yol verilməməsi nəticəsində demək olar ki, ciddi bir problem yaşanmayıb. Əkin sahələrinin su ilə təmin olunması istiqamətində görülən ən mühüm işlərdən biri də su kanalları və arxlarının təmizlənməsi, yararlı hala salınmasıdır. Bu məqsədlə 262,84 kilometr arx və kanal təmizlənib. Hazırda rayonun Kosalar, Qazaxbəyli, Orta Salahlı, Aslanbəyli, Yuxarı Salahlı, Alpout, Kommuna və Hüseynbəyli və digər kəndlərində arx və kanalların lildən təmizlənməsi işləri davam etdirilir.
Regionlarda 248 yaşayış məntəqəsində yeni subartezian quyuları qazılacaq
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev martın 12-də “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, əhalisi 597 min nəfərə yaxın olan 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2018-ci ildə 300 ədəd subartezian quyusunun layihələndirilməsini və qazılmasını təmin etmək məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 21 milyon manatı Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin məlumatına əsasən, bu quyuların 126-sının 5 min hektara yaxın əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün ölkənin 13 pambıqçılıq rayonunda qazılması nəzərdə tutulub. Həmin quyular əsasən vegetasiya suvarma dövründə istifadəyə veriləcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4680  |  
  • Tarix:  03-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Avropa Parlamentinin illik hesabatı: Azərbaycanın təşəbbüsləri və mövqeyinin möhkəmlənməsi

14:17
18 Dekabr
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Ankarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
14:13
18 Dekabr
Türk dünyası üçün 2019-cu il böyük Azərbaycan şairi İmadəddin Nəsimi ili elan olundu
14:00
18 Dekabr
Azərbaycanda 900 mindən çox sahibkarlıq subyekti qeydiyyatdan keçib
13:57
18 Dekabr
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaranmasının 30 illiyi qeyd edilib
13:51
18 Dekabr
Prezident İlham Əliyev Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı bərpa və yenidənqurmadan sonra açılışında iştirak edib
13:48
18 Dekabr
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
13:42
18 Dekabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə bağlı hazırlıq işləri davam edir
12:43
18 Dekabr
Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin Ərzurum Vilayəti arasında səhiyyə, turizm və təhsil sahələrində əməkdaşlıq genişlənəcək
12:41
18 Dekabr
Rasim Musabəyov: Azərbaycanda beynəlxalq tədbirlərin, mühüm görüşlərin keçirilməsi üçün lazımi şərait var
12:27
18 Dekabr
Prezident İlham Əliyev Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
12:24
18 Dekabr
Türkiyənin Kastamonu şəhərində TURKSOY Daimi Şurasının növbəti iclası işə başlayıb
12:19
18 Dekabr
İndiyədək TANAP-la Türkiyəyə 750 milyon kubmetr Azərbaycan təbii qazı göndərilib
12:17
18 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:15
18 Dekabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları 6 milyon dollara yaxınlaşıb
12:08
18 Dekabr
“Hüseyn Cavid yaradıcılığı dünya dramaturgiyasının zirvəsidir” adlı konfransın materialları çap edilib
12:01
18 Dekabr
Kiyevdə Azərbaycan musiqisinin təbliği məqsədilə konsert keçirilib
11:48
18 Dekabr
Bu vaxtadək Ceyhan limanından 370 milyon tondan çox Azərbaycan nefti ixrac edilib
11:21
18 Dekabr
Budapeştdə keçirilən seminarda əqli mülkiyət sahəsində ölkəmizdə görülən işlərdən danışılıb
11:20
18 Dekabr
Beynəlxalq Fotosintez Cəmiyyətinin “Akademik Cəlal Əliyev adına mükafat”ına ilk dəfə yaponiyalı alim layiq görülüb
11:08
18 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
11:06
18 Dekabr
On bir ayda neft sektoruna 5,3 milyard manat vəsait yönəldilib
11:05
18 Dekabr
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 7 faizədək artıb
11:00
18 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib
10:52
18 Dekabr
Külək elektrik stansiyalarında 50 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib
10:37
18 Dekabr
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 27 dəfə pozub
10:31
18 Dekabr
Türk Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı əlaqələrini genişləndirirlər
10:27
18 Dekabr
Londonda Azərbaycan - Böyük Britaniya Mədəniyyət Mərkəzi təsis edilib
10:25
18 Dekabr
"EurActiv" xəbər portalı: “NATO və Rusiya arasında danışıqlar üçün Bakı ən ideal yerdir”
17:52
17 Dekabr
Bu il Azərbaycanda 35,4 milyon ton neft və 17,4 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17:35
17 Dekabr
Şinzo Abe: Yaponiya Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir
17:33
17 Dekabr
Vitali Kliçko: Azərbaycan şirkətləri Kiyevdə infrastruktur layihələrinin icrasında fəal iştirak edirlər
17:32
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları peşə bayramlarını qeyd edirlər
17:27
17 Dekabr
Pirallahı Rayon İcra Hakimiyyəti ərazi ilk partiya təşkilatında iclas keçirildi
17:17
17 Dekabr
AMEA-da akademik Cəlal Əliyevin anadan olmasının 90 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib
16:56
17 Dekabr
Əli Həsənov: Bu tipli mübarizə nə mənim rəsmi statusuma, nə də mənəvi-əxlaqi keyfiyyətlərimə uyğundur
16:30
17 Dekabr
ADU-da Məzunlar Assosiasiyasının təşəbbüs qrupunun iclası keçirilib
16:17
17 Dekabr
Ali Baş komandan: Azərbaycanda ordu quruculuğu prosesi uğurla, sürətlə gedir
16:10
17 Dekabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
16:06
17 Dekabr
Prezident: Gələn il şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək
16:00
17 Dekabr
Azərbaycan və İran gömrükçüləri arasında bir sıra məsələlər müzakirə edilib
15:52
17 Dekabr
Azərbaycan Prezidenti: Bu günə qədər 1279 hərbçi ailəsinə dövlət tərəfindən mənzillər verilib
15:48
17 Dekabr
“Azərbaycanın media məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsi çərçivəsində “dəyirmi masa” keçirilib
15:46
17 Dekabr
ADU ilə İndoneziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
15:43
17 Dekabr
İnam Kərimov: “Aqrar tədarük və təchizat” ASC-nin yaradılması həyata keçirilən aqrar siyasətin tərkib hissəsidir
15:28
17 Dekabr
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
14:51
17 Dekabr
Vüqar Səfərli: Bu gün sosial media problemləri bütün dünyanı lərzəyə gətirir
14:49
17 Dekabr
“Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda müsabiqənin qalibləri mükafatlandırılıblar
14:47
17 Dekabr
Nazir müavini: Düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı
14:45
17 Dekabr
PA rəsmisi: Azərbaycandan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlərin sayı azalır
13:50
17 Dekabr
Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 726 milyon dollara yaxınlaşıb
13:46
17 Dekabr
“Channel 5” televiziya kanalında Azərbaycan-Pakistan əlaqələrindən bəhs olunub
13:43
17 Dekabr
Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb
13:42
17 Dekabr
Mübariz Qurbanlı: Azərbaycanda dini icmaların sayı 909-a çatıb
13:39
17 Dekabr
Rauf Əliyev: İdman sahəsində böyük uğurlar qazanılır
13:35
17 Dekabr
Rasim Əliquliyev: Son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərin artıb
12:24
17 Dekabr
Bakıda ikinci Avrasiya Hüquq Qurultayı keçirilir
12:16
17 Dekabr
ISESCO-nun baş direktorunun müavini: Naxçıvan təkcə İslam aləminin deyil, bütün dünyanın ən işıqlı şəhəridir
12:07
17 Dekabr
Beynəlxalq konfransın iştirakçıları Naxçıvanın tarixi abidələri ilə tanış olublar
11:48
17 Dekabr
Hikmət Babaoğlu: Azərbaycan Rusiya ilə daha dərin strateji münasibətlər qurmağa hazırdır
11:40
17 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Açıq qapı günü” keçiriləcək
11:39
17 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Cırtdan nağıllar aləmində” adlı ailəvi meqa-şouda iştirak edib
11:34
17 Dekabr
“Qadın sahibkarlığının inkişafı” mövzusunda üç günlük təlim keçirilib
11:27
17 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı torpaqlarından səmərəli istifadə ilə bağlı Avropa təcrübəsindən yararlanır
11:24
17 Dekabr
Prezident İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib
11:08
17 Dekabr
“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilir
10:57
17 Dekabr
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına start verilib
10:40
17 Dekabr
Səyyar “ASAN xidmət” davam edir
10:34
17 Dekabr
Müdafiə Sənayesi Nazirliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
09:51
17 Dekabr
Atəşkəs rejimi sutka ərzində 28 dəfə pozulub
09:22
17 Dekabr
Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli tədbir keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+4 +6