Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Xocalı rayon təşkilatının üzvləri təbliğat-təşviqat kampaniyasının ilk günündə yüksək fəallıq nümayiş etdiriblər

YAP Xocalı rayon təşkilatının üzvləri təbliğat-təşviqat kampaniyasının ilk günündə yüksək fəallıq nümayiş etdiriblər

20.03.2018 [11:44]

Azərbaycanda cari il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı mühüm mərhələ başlayıb. Belə ki, Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış namizədlərin təbliğat-təşviqat kampaniyasına başlanılıb. Həmişə olduğu kimi, təbliğat-təşviqat kampaniyasında da Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatlarının üzvləri böyük fəallıq nümayiş etdirirlər. Bu baxımdan YAP Xocalı rayon təşkilatı da istisna təşkil etmir. Təbliğat-təşviqat kampaniyasının elə ilk günündən rayon təşkilatı nəzərdə tutulan işlərin icrasına start verib.
YAP-ın Xocalı rayon təşkilatı seçkiqabağı təbliğat-təşviqat kampaniyası ilə bağlı öz işini Seçki Məcəlləsinin tələblərinə uyğun qurub. Rayon təşkilatının fəalları səhər saatlarından etibarən namizədliyi YAP tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təşviqat plakatlarını 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 11, 20, 25, 28 saylı seçki məntəqələrinin ərazilərində quraşdırılmış lövhələrə yapışdırmağa başlayıblar. Plakatların yapışdırılmasında gənclərin fəallığını xüsusi qeyd etmək lazımdır.
YAP Xocalı rayon təşkilatından verilən məlumatda bildirilir ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı, açıq və qapalı yerlərdə seçicilərlə görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 459 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30