Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Amerikalı ekspert: Seçkilər Azərbaycan xalqının demokratik dəyərlərə malik olduğunu dünyaya göstərəcək

Amerikalı ekspert: Seçkilər Azərbaycan xalqının demokratik dəyərlərə malik olduğunu dünyaya göstərəcək

16.03.2018 [10:03]

Əminəm ki, prezident seçkilərindən sonra da Azərbaycan iqtisadiyyatı inkişaf tempini qoruyub saxlayacaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında ABŞ-ın Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.
Azərbaycanın multikultural, sülhsevər bir ölkə olduğunu qeyd edən P.Teys vurğulayıb ki, Azərbaycan xalqının bu xəzinəsi qarşıdan gələn prezident seçkiləri zamanı dinc bir mühit yaratmağı asanlaşdırır: “İnanıram ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri dünyaya bu ölkənin ən yüksək demokratik dəyərlərə malik olduğunu bir daha göstərəcək”.
Azərbaycanın 20 faiz torpaqlarının 25 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini, Azərbaycanın Avropa İttifaqına üzv ölkələr ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə malik olduğunu bildirən P.Teys prezident seçkilərinin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini vurğulayıb.

Paylaş:
Baxılıb: 361 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31