Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Rumıniya ilə əlaqələrin inkişafında maraqlıdır

Azərbaycan Rumıniya ilə əlaqələrin inkişafında maraqlıdır

16.03.2018 [10:02]

Martın 15-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Viktor Paul Dobrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycanla Rumıniya arasında hələ tarixən dost münasibətlərin olduğunu bildirib. Qeyd olunub ki, Rumıniya həmişə beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşməsi münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasının göstəricisidir. Biz münasibətlərimizin daha da dərinləşməsində maraqlıyıq.
Bildirilib ki, dövlətlərarası münasibətlərin inkişafında ölkə başçılarının xüsusi rolu var. İki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb və ratifikasiya edilib. Qarşılıqlı səfərlər parlamentlərarası əlaqələrin də inkişafına müsbət təsir edən vacib amildir. Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə də məlumat verilib.
Viktor Paul Dobre Bakı barədə xoş təəssüratlarını bölüşüb. Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən qonaq iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyindən danışıb. Görüşdə parlamentlərarası münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 393 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30