A+   Yenilə  A-
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib
Martın 7-də Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verib.
Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binası Azərbaycan Prezidentinin 2012-ci ildə imzaladığı Sərəncamla təsdiq edilən “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na əsasən inşa edilib.
Dövlətimizin başçısına Bakı Şəhər Statistika İdarəsinin rayon şöbələrinin mövcud vəziyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, yeni inzibati binanın istifadəyə verilməsi Bakı Şəhər Statistika İdarəsinin icarə əsasında müxtəlif ünvanlarda müasir tələblərə cavab verməyən binalarda yerləşən rayon şöbələrinin vahid təşkilati-struktur formasında fəaliyyət göstərməsinə və əməkdaşların iş şəraitinin əsaslı surətdə yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, bu, son illər statistika sistemində aparılan islahatların sürətləndirilməsinə də imkan yaradacaq.
Prezident İlham Əliyevə son illər rəsmi statistikanın inkişafı sahəsində görülən işlər barədə məlumat verilib.
Bildirilib ki, Komitənin 2002-ci ildə yaradılan internet səhifəsi istifadəçilərin tələbatının maksimum təmin olunması üçün 2017-ci ildə yenilənib və əhəmiyyətli şəkildə təkmilləşdirilib. Hazırda hər gün orta hesabla 3 minə yaxın istifadəçi Komitənin internet səhifəsindən istifadə edir. Onların 93 faizi yerli, 7 faizi isə xarici ölkələrdəndir. İstifadəçilərin statistik məlumatlarla təmin olunması, onların məlumatlara əlçatanlığının daha yüksək səviyyədə təşkili məqsədilə mütəmadi yayımlanan mətbu məlumatlarla, statistik cədvəllərlə, bülleten və məcmuələrlə yanaşı, internet səhifəsində interaktiv cədvəllərin tərtibinə imkan verən məlumat bazası da yaradılıb. Bununla yanaşı, Komitənin internet səhifəsi ilə iqtisadi rayonlar, rayon və şəhərlər üzrə məlumatların elektron xəritə vasitəsilə yayılması da həyata keçirilir. 2015-2016-cı illər üzrə iqtisadiyyatın əsas sahələrini əhatə edən 44 statistik göstəricinin əks olunduğu xəritə istifadəçilərə Azərbaycan və ingilis dillərində təqdim olunub. Komitə tərəfindən 5 adda elektron xidmət göstərilir. Onlardan ən çox istifadə ediləni “Rəsmi statistik hesabatların elektron təqdim olunması” xidmətidir. Bu gün rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu səviyyəsi ölkə üzrə 95 faizi ötüb, Bakı şəhəri üzrə isə 100 faizə çatdırılıb. Bununla da vətəndaş-məmur təmasları minimuma endirilib. Eyni zamanda, statistik məlumatların işlənilməsi, yoxlanması və təhlili imkanları yüksəlib.
Dövlətimizin başçısına məlumatların keyfiyyətinə nəzarət cədvəllərinin və qiymət statistikası üzrə məlumatların hazırlanması prosesi barədə də məlumat verilib.
Qeyd edilib ki, keyfiyyətə nəzarət cədvəllərinin tətbiqində əsas məqsəd statistik vahidlər tərəfindən təqdim edilən ilkin məlumatlarda baş verən xətaları vaxtında aşkar etmək və onları aradan qaldırmaqdan ibarətdir. Proqram təminatı Dövlət Statistika Komitəsi tərəfindən hazırlanıb. Göstəricilərin müqayisə olunduğu keyfiyyətə nəzarət cədvəlləri statistikanın müxtəlif sahələrinə aid olan vacib 26 rəsmi statistika hesabatı formasını əhatə edir. Statistik məlumatların keyfiyyətinin onlayn yoxlanılması Komitənin rəsmi internet səhifəsi vasitəsilə “E-hesabatlar” və ya “E-xidmətlər” bölməsinə daxil olmaqla həyata keçirilir. Sistemin tətbiqində keyfiyyətə nəzarət cədvəlləri xüsusi əhəmiyyət daşıyır. Bunun məntiqi nəticəsi olaraq, 2017-ci ilin martında bu sahədə dünya liderlərindən olan İsveçrənin “SGS” şirkətinin auditorlar qrupu tərəfindən aparılan auditdən sonra Dövlət Statistika Komitəsinin aparatı və keyfiyyətin idarə edilməsi sisteminin tətbiq edildiyi 13 yerli statistika orqanı rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Azərbaycanın Milli Statistika Sisteminin BMT-nin, Avropa İqtisadi Komissiyasının, Avrostatın, Avropa Azad Ticarət Assosiasiyasının ekspertləri tərəfindən aparılan auditin nəticələrinə dair hesabatda da keyfiyyətə nəzarət cədvəlləri yüksək qiymətləndirilib. Qiymət statistikası üzrə istehsal prosesi də beynəlxalq standartlar əsasında qəbul edilən metodologiyaya uyğun olaraq həyata keçirilir. İlkin mərhələdə qiymətlərin müşahidəsinin təşkili üçün məhsul növləri müəyyənləşdirilərək istehlak səbəti formalaşdırılır. Hazırda bu iş 520 adda məhsul və xidmət növünü əhatə edən istehlak səbəti üzrə həyata keçirilir. İstehsal prosesinin növbəti mərhələsində müşahidəyə cəlb olunacaq ticarət məntəqələri müəyyənləşdirilir. Müşahidəyə ümumilikdə respublikanın bütün şəhər və rayonları üzrə 4 mindən çox ticarət məntəqəsi cəlb olunub. Sonra qiymətlərin qeydiyyatı mərhələsinə başlanılır. İlkin məlumatlar ölkənin bütün bölgələrini əhatə edir və hər rayon üzrə istehlak qiymətləri indeksi hesablanır. Yekun göstəricilər aylıq ekspress məlumatlar, interaktiv cədvəllər, bülletenlər, illik məcmuələr vasitəsilə yayımlanır. Bütün məlumatlar Komitənin internet səhifəsində yerləşdirilir.
Prezident İlham Əliyev Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli məlumatlandırma portalı ilə də tanış olub. Portal BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş 17 məqsəd, 169 hədəf və 244 göstərici barədə həm qlobal, həm də milli səviyyədə ətraflı məlumatın geniş auditoriyaya çatdırılması məqsədilə yaradılıb. Dayanıqlı İnkişaf Məqsədləri üzrə vahid milli onlayn məlumat mənbəyi olacaq portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.
Sonra dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 166 nəfərin çalışacağı bina altı mərtəbədən ibarətdir. Burada işçilərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Statistik məlumatların dəqiqliyinin və beynəlxalq müqayisəliliyinin təmin edilməsi üçün Azərbaycanın statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və dünya statistika sisteminə inteqrasiyası Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən və Prezident İlham Əliyev tərəfindən uğurla və yeni müstəvidə davam etdirilən islahatlar ölkəmizdə rəsmi statistikanın da inkişafına güclü təkan verib. Bu gün dünyada baş verən qlobal siyasi, sosial və iqtisadi proseslər fonunda adekvat qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün statistik informasiya təminatının təşkili, statistika sisteminin üzərinə yeni və daha mürəkkəb vəzifələr qoyur. Ölkədə müəyyən edilən sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin həyata keçirilməsi üçün dəqiq və dolğun, beynəlxalq müqayisəliliyi təmin olunan statistik məlumatlara olan tələbat statistika sisteminin beynəlxalq standartlar əsasında daha da təkmilləşdirilməsini zərurətə çevirir.
Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının inşası da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Yeni binanın istifadəyə verilməsi ilə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və əmək resurslarından daha səmərəli istifadə edilməsi yolu ilə Bakı şəhəri üzrə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron təqdimatı 100 faizə çatdırılacaq. Bu, eyni zamanda, BMT Baş Məclisinin 2015-ci il 25 sentyabr tarixli qətnaməsi ilə qəbul edilən “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin” statistika potensialının gücləndirilməsinə dair 17-ci məqsədində və Azərbaycan Prezidentinin 2016-cı ildə imzaladığı Fərmanla təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə statistika infrastrukturunun təkmilləşdirilməsinə dair nəzərdə tutulan işlərin icrasına mühüm töhfədir.
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  13830  |  
  • Tarix:  08-03-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24