Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İsa Qəmbərin vəziyyəti kritik haldadır

İsa Qəmbərin vəziyyəti kritik haldadır

08.03.2018 [08:35]

Ankara “Hacettepe” xəstəxanasına yerləşdirilən Müsavat Partiyasının keçmiş sədri beyin qanaması keçirib
Müsavat Partiyasının keçmiş sədri İsa Qəmbərin səhhəti son dərəcə kritik haldadır. Qeyd edək ki, İ.Qəmbər bu il fevralın 28-də sərnişin təyyarəsi ilə Mərkəzi Kliniki Xəstəxananın bir həkiminin müşayiəti ilə Bakıdan Türkiyəyə aparılıb. Ankara “Hacettepe” xəstəxanasına yerləşdirilən “Müsavat”ın keçmiş sədrinin vəziyyəti ağırdır. Belə ki, “Hacettepe” xəstəxanasının nevrologiya bölümünə yerləşdirilən İ.Qəmbərdə “kəskin pnevmoniya nəticəsində infeksiya” aşkarlanıb. Bununla bağlı bir sıra KİV-lər məlumat yayıb. Xəstəxanadan BBC Azərbaycancaya bildirilib ki, hazırda “Hacettepe” xəstəxanasının nevrologiya bölümünə yerləşdirilən İ.Qəmbərin 3 gün öncə halı pisləşib. Onun hərarəti yüksəldiyi üçün reanimasiya bölümünə keçirilib. KİV-ə verilən məlumatda o da bildirilir ki, İ.Qəmbərdə tənəffüs sıxıntısı, nəfəs darlığı olub. Xəstəxananın həkimlərinin verdiyi məlumatda o da göstərilir ki, İsa Qəmbərin beyin qanaması ilə bağlı ciddi nəzarətə ehtiyacı var: “İ.Qəmbərin başının sağ yarımkürəsində şiş və ürəyinin qapaqlarında daralma da aşkarlanıb. Onun sağlamlıq durumunda yaranan problemlərin aradan qaldırılması çətin görünür. Yaxınlarına da bu barədə məlumat verilib. Hazırda İsa bəyin yaxınları məsləhətləşmələr aparırlar. Ola bilsin ki, İsa bəy klinikadan çıxarılsın”.
“İsa Qəmbərin Bakıda müalicəsinin stasionar şəkildə davam etdirilməsi hansı zərurətlə bağlıdır” sualına “Hacettepe” xəstəxanasının nevrologiya bölümündəki mənbə deyib: “Yoluxduğu infeksiya ilə bağlı qəbul etdiyi antibiotik dərmanları damardan aldığı üçün İsa Qəmbərin müalicəsinin evdə izlənməsi çətin ola bilər deyə xəstəxana şəraitində müalicəsinin davam etdirilməsi uyğun görülüb. Azərbaycana getdikdən bir ay sonra təkrar kontrol müayinəsi aparılacaq”.
Qeyd edək ki, İsa Qəmbər bu ilin yanvar ayında ürəyində yaranan problemlərlə bağlı Mərkəzi Kliniki Xəstəxanada ürək əməliyyatı keçirib. Daha sonra vəziyyəti stabilləşsə də, fevral ayında yenidən vəziyyəti pisləşib və Türkiyəyə aparılıb.
PƏRVİZ

Paylaş:
Baxılıb: 403 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30