Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Hökuməti və BQXK səmərəli əməkdaşlıq edirlər

Azərbaycan Hökuməti və BQXK səmərəli əməkdaşlıq edirlər

06.02.2018 [10:06]

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən cəmiyyətimizin həssas təbəqəsi olan məhkumların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilir, penitensiar sistemdə məqsədyönlü islahatlar aparılır, qanunvericilik təkmilləşdirilir, məhkumların islah prosesində ictimai iştirakçılıq, həmçinin cəmiyyətə yenidən inteqrasiyası məqsədilə cəzadan vaxtından əvvəl şərti azad etmə institutu geniş tətbiq olunur. Eyni zamanda, beynəlxalq qurumlar və yerli qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq aparılır, penitensiar müəssisələrə başçəkmələr edilir, məhkumların hüquqlarının qorunmasının və saxlanma şəraitinin monitorinqi həyata keçirilir, onlara hüquqi yardım göstərilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2000-ci ildən Azərbaycan Hökuməti ilə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında imzalanmış Sazişə əsasən Komitə nümayəndələri mütəmadi olaraq, azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkir, məhkumlarla təkbətək görüşlər keçirir, bu sahədə işin təkmilləşdirilməsinə töhfələr verirlər.
Həmin Sazişin məhkumlar və təqsirləndirilən şəxslərin hüquqlarının təminatına, işgəncələrə və pis rəftarın digər hallarının qarşısının alınmasına xidmət edəcəyi nəzərə alınaraq dövlət başçısı siyasi iradəsini nümayiş etdirərək Sazişin müddətinin uzadılması ilə bağlı xüsusi Sərəncam imzalayıb.
Bununla əlaqədar fevralın 5-də Ədliyyə Nazirliyində Azərbaycan Hökuməti və BQXK arasında müvafiq sənədin imzalanması mərasimi keçirilib.
Azərbaycan Hökuməti adından Sazişin müddətinin uzadılmasına dair Protokolu ədliyyə naziri Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera imzalayıblar.
Mərasimdə Azərbaycan ilə BQXK arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Tədbirin Komitənin təsis olunmasının 155 illiyinə təsadüf etdiyi diqqətə çatdırılaraq Sazişin qüvvəsinin uzadılmasının qarşılıqlı fəaliyyətə əlavə təkan verdiyi vurğulanıb.
Nazir dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə görülən tədbirlərdən bəhs edib. Bildirib ki, insanların azadlıq hüququnun qorunması, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə cəza-icra qanunvericiliyi xeyli humanistləşdirilib, probasiya nəzarəti təsbit olunub, cəzaların icrası zamanı elektron qolbaqların tətbiqi üzrə tədbirlər görülüb.
Həmçinin Cinayət Məcəlləsinə edilmiş mühüm dəyişikliklərlə bir çox cinayətlərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına və ya yüngülləşdirilməsinə səbəb olub.
Nazir ölkə rəhbərinin siyasi iradəsinə əsasən Azərbaycanda işgəncələrə qarşı qəti dözümsüzlük nümayiş etdirildiyini, 10 fevral tarixli Sərəncamın həm də cəzaçəkmə yerlərində pis rəftarın növü olan sıxlığın qarşısının alınmasına xidmət etdiyini vurğulayaraq, bu sahədə yerli və beynəlxalq təşkilatlar tərəfindən aparılan monitorinqlərin əhəmiyyətini qeyd edib.
Xanım E.Sessera son dövrlər penitensiar sistemdəki islahatları, cəza siyasətinin humanistləşdirilməsi, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi üzrə görülən tədbirləri təqdir edib, BQXK-nın ədliyyə sahəsində əməkdaşlığının səmərəliliyini xüsusi vurğulayıb, Komitə üzvlərinə penitensiar müəssisələrə baş çəkmək üçün hər cür şərait yaradılmasından məmnunluğunu söyləyib. Qonaq faydalı və məhsuldar əməkdaşlığa görə Azərbaycan Hökumətinə minnətdarlığını ifadə edib.
Görüşdə, həmçinin BQXK ilə uzun illər məhkumlara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq bildirilib. Qeyd olunub ki, məhkumlar arasında vərəmə qarşı mübarizə üzrə birgə fəaliyyət çox müsbət nəticələr verib, cəzaçəkmə müəssisələrində vərəmə yoluxma hallarının sayında ilbəil kəskin azalma müşahidə olunub, vərəmdən ölüm 105 dəfə azalıb. Azərbaycanın bu sahədə nailiyyətlərinə maraq artaraq son illər 17 ölkədən 200-dən çox nümayəndə ölkəmizə səfərlər edib və qabaqcıl təcrübəmizlə tanış olublar.
Tədbirdə iştirak edən vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq-müdafiə təşkilatlarının rəhbərləri ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri yaxından izlədiklərini, penitensiar sistemdə ictimai nəzarət mexanizmlərinin səmərəli tətbiqini vurğulayıb, imzalanan sənədin qarşılıqlı fəaliyyətə töhfə verəcəyinə əminliklərini söyləyiblər.
Tədbirdə əməkdaşlığın perspektivləri barədə faydalı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 347 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31