Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İnsan və vətəndaş hüquqlarının təmin olunması sahəsində Azərbaycan təcrübəsi mütərəqqi nümunədir

İnsan və vətəndaş hüquqlarının təmin olunması sahəsində Azərbaycan təcrübəsi mütərəqqi nümunədir

03.02.2018 [01:04]

Müasir dövrdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması beynəlxalq miqyasda böyük aktuallığa malik olan məsələlərdəndir. Ekspertlər insan hüquq və azadlıqlarının təmin olunmasında beynəlxalq konvensiyalarla yanaşı, ayrı-ayrı ölkələrin hüquq və qanunvericilik sisteminin başlıca mexanizm olduğunu qeyd edirlər. Mütərəqqi dünya təcrübəsi onu göstərir ki, qanun, hüquq və azadlıq insanların gündəlik həyatında cəmiyyətin müxtəlif institutları ilə münasibətlərin keyfiyyətini müəyyənləşdirən əsas komponentlər kimi çıxış edirlər. Bu münasibətləri hüquqa söykənərək quran dövlətlər hüquqi dövlət statusu daşıyırlar. Təxminən 7 min illik tarixə malik olan, sinifli cəmiyyətin siyasi sisteminin əsas institutu kimi çıxış edən dövlət elə yarandığı vaxtdan etibarən ictimai, sosial münasibətləri konkret qaydalar, qanunlar və normalar əsasında tənzimləyib. Lakin hazırda qloballaşan dünyada bu münasibətlər dövlətlərin sərhədlərini aşır. Bu münasibətləri xarakterizə edərkən təkcə vətəndaşların deyil, həm də insanların hüquq və azadlıqlarından danışmaq lazımdır. Çünki vətəndaş anlayışı hüquqi termindir və fərdin dövlətə mənsubiyyətini bildirir. Bu gün dünyada vətəndaşlığı olmayan insan, demək olar ki, yoxdur. Müasir mərhələdə vətəndaşlıq bağlılığı, yaxud amili böyük aktuallıq və əhəmiyyət kəsb etmir. Çünki daha çox insan hüquqları və azadlığı ön plana çəkilir.
Milli dövlətlər insan və vətəndaş hüquq və azadlıqlarının başlıca təminatçısı kimi...
Dövlət öz bürokratik keyfiyyəti ilə səciyyəvidir. Sosial-siyasi elmlər dövləti bürokratiya aparatı kimi xarakterizə edir, eyni zamanda, hüquqi, demokratik dövlətin mahiyyətində bürokratizm dayanır. Məhz bürokratik tənzimləmə mexanizminə sahib olan dövlət bütün vətəndaşlara münasibətdə bərabər və eyni mövqeyə əsaslanan ədalətli yanaşma ortaya qoyur. Bu da vətəndaşların qanunla hüquqlarını qoruyan və təmin edən mexanizm kimi çıxış edir. Bununla yanaşı, vətəndaşların qanunla müdafiə olunmasını məhdudlaşdıran səbəblərdən də bəhs etmək lazımdır. Əlbəttə, bu sahədə ayrı-ayrı dövlətlərin timsalında ortaya çıxan təcrübə və nümunələri ümumiləşdirərək müqayisəli təhlil aparmaq asan deyil. Çünki dövlətlərdə insan və vətəndaşların qanunla müdafiə olunmasının vəziyyətinə dair statistik məlumatlar olduqca məhduddur. Digər tərəfdən, ayrı-ayrı ölkələrdə insan və vətəndaşların qanunla müdafiə oluna bilməməsinin səbəbləri müxtəlif və qeyri-müəyyəndir. Ən əsası, bu istiqamətdə qiymətləndirmə kriteriyaları dəqiq və müəyyən deyil.
Hazırkı mərhələdə insanların qanunla müdafiəsi, yaxud insan hüquqlarının qorunması dövlətlərin sərhədlərini aşaraq qlobal əhəmiyyət kəsb edir. Beynəlxalq münasibətlərdə insanların milli dövlət institutları ilə münasibətlərini tənzimləyən yeni hüquqi sfera yaranıb ki, bu, beynəlxalq hüquq adlanır. Beynəlxalq hüquq anlayışı ayrı-ayrı konvensiyalar və qanunlar toplusunda öz əksini tapıb. Son yüzilliklər insanların sərhədləri mütəmadi olaraq aşaraq ayrı-ayrı dövlətlərin inzibati-siyasi sərhədlərində müxtəlif formalarda fəaliyyət göstərdiklərinin şahidi oluruq. Bu fərdlər öz ölkələrinin hüquq sistemi tərəfindən vətəndaş kimi qorunursa, vətəndaşlığa malik olmadığı başqa ölkədə insan statusu ilə hüquq və azadlıqlardan istifadə edə bilirlər. Həmin şəxsin qorunması məskunlaşdığı ölkənin qoşulduğu və müəyyən öhdəliklər daşıdığı müvafiq konvensiyalar və beynəlxalq hüququn normaları, prinsipləri əsasında tənzimlənir.
İstər Avropa Şurası, istər Avropa İttifaqı, istər BMT, istərsə də digər şərti birliklərdə təmsil olunan dövlətlər beynəlxalq hüquq normaları, müvafiq konvensiya və qanunlar çərçivəsində müəyyən öhdəliklər götürürlər. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 7-ci maddəsində qeyd edilir ki, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən bərabər müdafiə olunma hüququna malikdirlər.
İnsan hüquqları probleminin beynəlxalq aspektləri: dünya təcrübəsi nəyi ifadə edir?
Ümumiyyətlə, müasir dünyada insan hüquqları probleminin beynəlxalq aspektləri olduqca mühüm əhəmiyyət kəsb edir. XX əsrdə insan hüquqları əsas dəyər kimi tanınıb, bu ideya beynəlxalq səviyyəyə çıxıb və müvafiq sənədlərdə təsbit edilib. II Dünya müharibəsindən, bəşəriyyətə qarşı faşizm tərəfindən törədilən cinayətlərdən sonra dünya birliyində insan şəxsiyyətinin dəyərliliyi ideyası xüsusi aktuallıq kəsb etməyə başlayıb. Bununla əlaqədar beynəlxalq siyasətdə bu ideyanın bütün dünyanın sosial təcrübəsi sferasına keçirilməsi tendensiyaları açıq müəyyən olunub. 26 iyun 1945-ci il tarixdə müasir dövlətlər tərəfindən əsas insan hüquqları və azadlıqlarına hörmət prinsipini ifadə edən sənəd - Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi qəbul olunub. 24 oktyabr 1945-ci ildə qüvvəyə minmiş bu sənəd mahiyyətinə görə insan şəxsiyyətinin hüquqları və azadlıqları sahəsində suveren dövlətlər və xalqların bundan sonrakı əməkdaşlığı üçün əsas siyasi, hüquqi və ideoloji bünövrə olmuşdur. Nizamnamənin birinci maddəsində BMT-nin məqsədlərindən biri kimi iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllində, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, hamı üçün insan hüquqları və əsas azadlıqlara rəğbətin həvəsləndirilməsi və inkişafında beynəlxalq əməkdaşlığı həyata keçirmək müəyyən olunmuşdur. Digər tərəfdən, beynəlxalq təcrübə göstərir ki, hazırkı mərhələdə dünyanın əksər dövlətləri tərəfindən İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə bəyan edilmiş əsas hüquq və azadlıqlara hüquqi cəhətdən mütləq olan adi norma, yaxud müqavilə normaları kimi baxılır. Dünyanın bir çox ölkələrinin konstitusiyaları bilavasitə bu sənədə istinad edir və onlara bəyannamənin bir sıra müddəaları daxil edilir. 1948-ci ildə qəbul olunmuş Ümumi Bəyannamə bu gün bir çox ölkələr tərəfindən konstitusiyaların, insan hüquqlarına aid olan müxtəlif qanunlar və sənədlərin ayrı-ayrı müddəalarının işlənilməsində geniş istifadə olunan bir modeldir. Aparılan tədqiqatlara görə, 1948-ci ildən sonra qəbul olunmuş 90-dan artıq milli konstitusiyaya Bəyannamənin müddəalarının təsiri altında fundamental hüquqlar siyahısı daxil edilmişdir. Bir sıra ölkələrdə, o cümlədən Belçikada, ABŞ-da, Hindistanda, İtaliyada Bəyannamənin müddəaları insan hüquqlarına aid olan dövlətdaxili qanunların izahı üçün istifadə olunur, onlara bu ölkələrin məhkəmələri daim istinad edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bu sahədə qəbul olunan qərarlarının çıxarılmasının əsaslandırılması üçün İnsan Hüquqları Ümumi Bəyannaməsinə istinad olunur.
Azərbaycanın konstitusion inkişafının müasir mərhələsində insan hüquqlarının müdafiəsi sistemi təkmil xarakterə malikdir
Bu məsələnin Azərbaycan təcrübəsinə gəldikdə isə qeyd etmək lazımdır ki, ölkəmizdə həyata keçirilən hüquqi islahatlar insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması işinə mühüm töhfələr verib. Ümumiyyətlə, Azərbaycanın konstitusion inkişafının müasir mərhələsini səciyyələndirən əsas xüsusiyyətlərdən birini məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sisteminin daim təkmilləşdirilməsi təşkil edir. Bu prosesdə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası başlıca rol oynayır. Konstitusiya demokratik prinsiplər əsasında qurulan Azərbaycan dövlətçiliyinin legitim əsaslarını yaratmış, dövlət və şəxsiyyət arasında yeni münasibətlər sistemini təsbit etmişdir. İnsan və vətəndaşın hüquq və azadlıqları Azərbaycan Konstitusiyasında ali dəyər kimi tanınır və onların müdafiəsinə dövlət xüsusi təminat verir. Konstitusiyanın III fəslinin (24-71-ci maddələr) bütövlükdə, yəni 158 maddədən 48-nin insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilməsi bunun təzahürüdür. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir. Bütövlükdə isə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş insan hüquq və azadlıqlarını bir neçə qrupda birləşdirmək olar: şəxsi hüquq və azadlıqlar; siyasi hüquq və azadlıqlar; iqtisadi, sosial və mədəni hüquq və azadlıqlar.
Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması sahəsində zəngin qanunvericilik bazası yaradılıb
Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması sahəsində zəngin qanunvericilik bazası yaradılıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il fevral ayının 22-də imzaladığı “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” insan hüquq və azadlıqlarının təmini və müdafiəsində əhəmiyyətli hüquqi baza kimi çıxış edib. Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Sərəncamda Ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Ümummilli lider Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi Azərbaycanda İnsan Hüquqları Günü elan olunub.
Bütövlükdə, həm insan, həm də vətəndaş hüquqlarının təmin olunması sahəsində Azərbaycan təcrübəsi mütərəqqi və əhəmiyyətli nümunə kimi çıxış edir. Bu nümunənin mütərəqqiliyini göstərən ən başlıca fakt odur ki, ölkəmizdə vətəndaşlarla yanaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqları qanunla müəyyən olunmuş qaydada ölkə vətəndaşlarının hüquqları kimi qorunur.
Nardar BAYRAMLI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 514 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30