Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ADNSU-nun İctimai Etimad Şurası imtahan prosesini izləyib

ADNSU-nun İctimai Etimad Şurası imtahan prosesini izləyib

16.01.2018 [10:15]

Yanvarın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimai Etimad Şurası universitetdə qış imtahan sessiyasının gedişatını izləyiblər.
İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, şura üzvləri, millət vəkili Hikmət Babaoğlu, QHT və KİV nümayəndələri, Etibar Əliyev, İlham Şaban, Anar Yusifoğlu, Səadət Məmmədova və başqaları imtahan keçirilən auditoriyalarda olub imtahan prosesi ilə tanış olub, müəllim və tələbələrlə tələbələrin hazırlığı, imtahan üçün yaradılmış şərait və s. barədə fikir mübadiləsi aparıblar.
İctimai Etimad Şurasına 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasında 11 000-dək tələbə və magistrantın imtahanlarda iştirak etməsi, universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması və s. məsələlərlə bağlı məlumat verilib. Yanvarın 15-də ADNSU-da 79 qrup yazılı, 44 qrup yazılı-şifahi formada imtahan verib. 2100 tələbə yazılı imtahanlarda, 1400-dək tələbə isə yazılı-şifahi imtahanlarda iştirak edib.
İlk dəfə olaraq bu semestrdən ADNSU-da imtahanlarda şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi fəaliyyətə başlayıb. İctimai Etimad Şurasının nümayəndələri İmtahan Müşahidə Mərkəzində olub onun imkanları barədə məlumatlandırılıblar.
ADNSU-da imtahan prosesinin təşkili ilə bağlı KİV nümayəndələrinə açıqlama verən İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə imtahanların gedişindən razı qaldığını bildirib. O ADNSU-da aparılan islahatları yüksək qiymətləndirib. İctimai Etimad Şurasının üzvü millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu tələbələrin biliklərini sərbəst şəkildə ifadə edə bilmələri üçün ADNSU-da yaradılan şəraiti təqdir edərək yazılı-şifahi imtahanların daha effektiv qiymətləndirməni həyata keçirmək üçün xüsusi əhəmiyyət daşıdığını əlavə edib.
İctimai Etimad Şurasının digər üzvləri də ADNSU-da imtahan prosesinin təşkilini yüksək dəyərləndirərək əmək bazarı üçün rəqabətqabiliyyətli kadr yetişdirilməsi baxımından universitetdə görülmüş işləri alqışlayıblar.

Paylaş:
Baxılıb: 409 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30