Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Özbəkistan portalı yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında yazır

Özbəkistan portalı yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında yazır

12.01.2018 [10:01]

Daşkənddəki nuz.uz portalı Ələtdəki yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haqqında rus dilində geniş material verib.
AZƏRTAC portala istinadən bildirir ki, yeni liman Xəzərdə əsas nəqliyyat habı olmağı planlaşdırır. Yeni liman 150-160 metr uzunluğunda olan 10 min ton yük götürən gəmiləri və Xəzərdə işləyən digər tip gəmiləri qəbul etmək imkanına malikdir.
Yazıda deyilir ki, yeni limanda dünya və yerli gəmiçilik şirkətləri üçün Azad İqtisadi Zona yaradılır və burada logistik, istehsal və digər növlərdə xidmətlər fəaliyyət göstərəcək.
Vurğulanır ki, Azərbaycan öz coğrafi mövqeyinə görə strateji məkanda, Avropa ilə Asiyanın, Qərblə Şərqin qovşağında, Çindən Avropaya qədər uzanan tarixi İpək Yolunun üzərində yerləşir.
Yazıda bildirilir ki, yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində Ro-Ro terminalının açılışında iştirak edib. Bildirilib ki, Baş plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olmaqla, yükaşırma imkanı illik 15 milyon ton, o cümlədən 100 min ədəd 20 futluq konteyner təşkil edir.
Yazıda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevə yeni Ro-Ro terminalı barədə məlumat verilib. Qeyd olunub ki, ildə 60 minə yaxın TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib.
Məqalədə limanın texniki imkanları haqqında geniş məlumat verilir.

Paylaş:
Baxılıb: 752 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30