Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan var olduqca Ümummilli liderimiz Heydər Əliyevin ideyaları da yaşayacaq

Azərbaycan var olduqca Ümummilli liderimiz Heydər Əliyevin ideyaları da yaşayacaq

13.12.2017 [10:45]

Müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Məlum olduğu kimi, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin hələ SSRİ dövründəki fəaliyyətləri nəticəsində daim inkişaf edən, müasirləşən, elmə və təhsilə diqqət yetirən müasir Azərbaycan dövləti formalaşmışdır. Bu gün müstəqil Azərbaycan dövlətinin hər bir vətəndaşı, o cümlədən gənclər Ulu öndərin xatirəsini ehtiramla anır. Ümummilli liderimizin həyat və fəaliyyəti hər bir gənc, o cümlədən mənim üçün bir örnəkdir.
Ulu öndərin dövlət siyasətinin prioritet sahələrindən birini məhz Azərbaycan gəncliyinə diqqət və qayğı təşkil edirdi. O, hər zaman çıxışlarında gənclərin dövlətimizin və xalqımızın gələcəyi olacağını vurğulayırdı. Ulu öndər, hər zaman milli kadrların hazırlanmasına, gənclərimizin daha yüksək təhsil almasına, bacarıqlı kadrlar kimi iqtisadi və siyasi sahələrdə irəli çəkilməsinə çalışırdı.
Bir gənc kimi, Onun siyasi fəaliyyətini araşdırdıqca heyran olmamaq və belə bir dahi şəxsiyyətin Azərbaycan xalqının nümayəndəsi olması ilə fəxr etməmək mümkün deyil. Bütün dünya azərbaycanlıları üçün Ulu öndər əsl vətənpərvərlik və dövlətçilik rəmzidir.
O, indi cismən aramızda olmasa da, ruhən hər zaman bizimlədir. Azərbaycan var olduqca Ümummilli liderimiz Heydər Əliyevin ideyaları da yaşayacaq.
Əli Pənahov
Yeni Azərbaycan Partiyası
Gənclər Birliyinin sədr müavini,
ofisinin rəhbəri

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30