Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan ilə Misir arasında mədəni və dini bağlılıq münasibətlərimizin inkişafına müsbət təsir göstərir

Azərbaycan ilə Misir arasında mədəni və dini bağlılıq münasibətlərimizin inkişafına müsbət təsir göstərir

15.11.2017 [10:17]

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Cənubi Sinay vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Misir arasında tarixi əlaqələrə toxunan nazir Elmar Məmmədyarov ölkələrimiz arasında mədəni və dini bağlılığın münasibətlərin genişləndirilməsinə müsbət təsir göstərdiyini və əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib.
Azərbaycana xüsusi rəğbəti olduğunu bildirən Xalid Fudə Məhəmməd deyib ki, iki ölkə arasında birbaşa uçuşların bərpa edilməsi qarşılıqlı əməkdaşlığı gücləndirəcək və turizmin inkişafına təkan verəcək.
Görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın hazırkı vəziyyətinə nəzər salınıb, bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.
Keçən il Misirə rəsmi səfərini və keçirdiyi görüşləri xatırladan Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığa töhfə verdiyini bildirib.

Paylaş:
Baxılıb: 305 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30