Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Hacıqabul rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib

YAP Hacıqabul rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib

03.11.2017 [10:03]

Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatının tədbirlər planına əsasən Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə rayonun Qubalıbaloğlan kəndində “Yeni Azərbaycan Partiyasında Ulu öndər Heydər Əliyev ənənələri YAP Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov partiyanın yaranma tarixindən danışıb. YAP-ın çətin sınaqlardan çıxdığını bildirən H.Bəşirov qeyd edib ki, 1992-ci ildə yaranan YAP qısa müddətdə təşkilatlanaraq siyasi hakimiyyət uğrunda sivil mübarizəyə başladı və xalqın dəstəyini qazandı. Təsis olunmasından qısa müddət sonra hakimiyyətə gələn Yeni Azərbaycan Partiyası Ümummilli liderimiz Heydər Əliyevin ideyalarını bu gün də təbliğ edir, Azərbaycanın milli maraqlarının qorunmasına xidmət göstərir: “Bu gün partiyamızın üzvlərinin sayı 700 mindən artıqdır. Bu isə Yeni Azərbaycan Partiyasına, Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına, Prezidentimiz İlham Əliyev cənablarının yürütdüyü siyasi kursa olan inamın, etimadın təcəssümüdür. Ulu öndərimizin əsasını qoyduğu siyasət ölkə Prezidenti tərəfindən uğurla davam və inkişaf etdirilir”.
Məruzə ətrafında çıxış edən YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələskərov, rayon təşkilatının İdarə Heyətinin üzvü Elnur Əmiraslanov, Qubalıbaloğlan bələdiyyəsinin sədri Mircəfər Əsgərov və digərləri qeyd ediblər ki, güclü siyasi təşkilata çevrilən Yeni Azərbaycan Partiyası bu gün də cəmiyyətimizin aparıcı qüvvəsidir.
P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30