Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Hikmət Babaoğlu: Türkiyə-Azərbaycan münasibətləri regionda sabitliyin təminatçısı kimi çıxış edir

Hikmət Babaoğlu: Türkiyə-Azərbaycan münasibətləri regionda sabitliyin təminatçısı kimi çıxış edir

02.11.2017 [10:09]

Türkiyə-Azərbaycan münasibətləri strateji xarakter daşımaqla, bütövlükdə regionda sülh və sabitliyin təminatçısı kimi çıxış edir.
Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bu münasibətlər hazırda çox yüksək səviyyədədir: “İki ölkə üzərindən həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri həm regionun, həm də geniş mənada Avrasiyanın enerji təhlükəsizliyi və iqtisadi mənafeləri baxımından olduqca əlverişlidir. Oktyabr ayının 30-da şahidi olduğumuz mühüm tarixi hadisə - Bakı-Tibilisi-Qars dəmir yolu nəqliyyat dəhlizinin işə düşməsi iki strateji müttəfiq ölkəni bir-birinə daha sıx bağlamaqla bərabər, həm də Orta Asiya və Anadolu üzərindən Avropaya yeni körpü yaratmış oldu”.
H.Babaoğlu vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası da keçirildi: “Müzakirə olunan məsələlər olduqca çoxşaxəli və vacibdir. Buraya siyasi əlaqələr, beynəlxalq təşkilatlarda birgə fəaliyyət, iqtisadi, hərbi, hərbi-texniki əməkdaşlıq, təhsil, enerji və nəqliyyat sahəsi kimi mühüm sahələr daxil idi. Ayrılıqda bu sahələrin hər biri mühüm strateji əhəmiyyətə malikdir və qarşılıqlı əlaqələrin inkişafı üçün yaxşı perspektivlər vəd edir. İclasda imzalanan sənədlər bundan sonrakı mərhələdə təhsil, müdafiə və təhlükəsizlik, ticarət, kənd təsərrüfatı və s. sahələrdə münasibətlərimizin daha da dərinləşməsinə gətirib çıxaracaq ki, bu da hər iki ölkənin maraqlarına uyğundur”.

Paylaş:
Baxılıb: 335 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30