Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı Türk Liseyinin yeni binasının açılış mərasimi olub

Bakı Türk Liseyinin yeni binasının açılış mərasimi olub

01.11.2017 [10:15]

Oktyabrın 31-də Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyinin yeni binasının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan tədbirdə iştirak edib.
Türkiyənin birinci xanımı Əminə Ərdoğanı liseyin şagirdləri qarşılayıblar. Onların ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənib. Sonra şagirdlər vətənpərvərlik mövzusunda mahnılar oxuyublar, şeirlər söyləyiblər.
Tədbirdə çıxış edən Türkiyə Diyanət Vəqfinin qurucusu Tayyar Altıkulac Azərbaycan ilə Türkiyənin dost və qardaş ölkələr olduğunu vurğulayıb. O, hələ Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk vaxtlarda təhsil sahəsində əməkdaşlıq üçün bir qrup həmkarı ilə Bakıya gəldiyini xatırlayıb. “Məqsədimiz yetişdirdiyimiz gənclərin Azərbaycana layiqli vətəndaş olmasıdır”, - deyən T.Altıkulac liseyin çox böyük uğurlar qazandığını bildirib. Qeyd edib ki, lisey ilk vaxtlar Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərib. Türkiyə Diyanət Vəqfinin maliyyələşdirdiyi liseydə hazırda 823 şagird təhsil alır və burada 112 müəllim çalışır. Liseyin məzunları Azərbaycanla yanaşı, ABŞ, Macarıstan, Kanada, Böyük Britaniya, İtaliya, Polşa, Hollandiya və digər ölkələrin nüfuzlu ali məktəblərində təhsillərini davam etdirirlər.
“Bu lisey bizim iftixarımızdır”, - deyə Türkiyənin birinci xanımı Əminə Ərdoğan mərasimdəki çıxışında Bakı Türk Liseyini belə səciyyələndirib. O vurğulayıb ki, burada təhsil alan şagirdlər Azərbaycanın inkişafına və iki qardaş ölkənin əlaqələrinə öz töhfələrini verəcəklər. Azərbaycanla Türkiyənin bütün sahələrdə münasibətləri yüksək səviyyədədir. Biz “bir millət, iki dövlət” olduğumuzu hər zaman sübut etmişik.
Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən bir neçə misra söyləyən Türkiyənin birinci xanımı gəncləri öz ölkəsinə ali təhsil almağa, iki dövlət arasında münasibətlərə yeni çalar qatmağa, mədəni və elmi əlaqələri daha da inkişaf etdirməyə səsləyib. Əminə Ərdoğan Türkiyə və Azərbaycan bayraqlarının hər zaman yüksəklərdə dalğalanmasını arzulayıb.
Sonra liseyin binasının rəsmi açılışını bildirən rəmzi lent kəsilib. Əminə Ərdoğan sinif otaqları ilə tanış olub.
Xatırladaq ki, bina Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin (TİKA) maliyyə dəstəyi ilə bərpa edilib.

Paylaş:
Baxılıb: 337 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30