Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP-ın Nərimanov və Xəzər rayon təşkilatlarının birgə təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

YAP-ın Nərimanov və Xəzər rayon təşkilatlarının birgə təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

13.10.2017 [10:17]

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov və Xəzər rayon təşkilatlarının birgə təşəbbüsü ilə partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə tədbir keçirilib. YAP Nərimanov rayon təşkilatının qərargahında keçirilən tədbirdə öncə iştirakçılar qərargahın foyesində Ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, Ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, YAP-ın qurucusu, Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışmaq mümkün olmazdı: “Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir”.
Çıxış edən YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov bildirib ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı YAP ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu fəaliyyət bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun davamçısı olacaq”.
Çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu tədbir iştirakçılarını YAP-ın yaranmasının 25 illiyi münasibətilə təbrik edib. YAP-ın ölkəmizin siyasi, iqtisadi, ictimai həyatında mühüm rol oynadığını deyən millət vəkilinin sözlərinə görə, partiyamız sıralarında 700 mindən artıq insanı birləşdirir ki, bu da çox möhtəşəm qüvvədir. “25 illik bir dövr Azərbaycanın müstəqillik və inkişaf tarixinə çevrilib. Bu illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, hərbi və siyasi baxımdan ölkəmiz xeyli güclənib”, - deyən Hikmət Babaoğlu qeyd edib ki, YAP-ın yaranması çox mürəkkəb dövrə təsadüf edir. 1990-cı illərin əvvəlində Azərbaycanın siyasi və iqtisadi böhran keçirdiyini, mənəvi dəyərlərin deqredasiyaya uğradığını xatırladan millət vəkilinin sözlərinə görə, bu və digər problemlər Azərbaycanı məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu: “Belə bir şəraitdə ölkəni böhrandan çıxarmaq üçün güclü bir liderə ehtiyac var idi. Bu missiyanı Ümummilli lider Heydər Əliyev Öz üzərinə götürdü. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaratmaqla siyasi cəhətdən xalqı təşkilatlandırdı. YAP Azərbaycan cəmiyyətinə siyasi əxlaq, siyasi mədəniyyət gətirdi. Bu siyasi mədəniyyət bütövlükdə milli mədəniyyətimizi keyfiyyətcə yeni mərhələyə daşıdı”.
25 il ərzində YAP-ın böyük inkişaf yolu keçdiyini deyən millət vəkili qeyd edib ki, hazırda partiyamız ölkənin ictimai-siyasi proseslərində aparıcı, mühüm rol oynayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız Azərbaycanın siyasi palitrasının lokomotiv gücüdür, xalqın maraqlarını qoruyan siyasi qüvvədir: “Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan güclü dövlətdir. Bu gücün əsas səbəbi xalqla hakimiyyətin birliyidir. Bu birlik partiyamızın ən böyük uğurudur. Ona görə də YAP ümumxalq partiyası statusunu qazanıb”.
Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyini deyən Hikmət Babaoğlu bildirib ki, bir sıra xalqlar imtahana çəkilir. Yaxın Şərqdə baş verən proseslər buna sübutdur. “Təəssüf ki, bu xalqların bir çoxu imtahandan uğurla çıxa bilmirlər, onların milli dövlətləri dağıdılır, parçalanır. Azərbaycan isə sabitlik adasıdır. Prezident İlham Əliyev xalqımızı firavan gələcəyə inamla aparır. Bu prosesdə partiyamızın üzvlərinin də zəhməti var. Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP bundan sonra da Azərbaycan xalqı qarşısında xidmətlərini davam etdirəcək və həmişə Azərbaycan xalqının partiyası olaraq qalacaq”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev isə çıxışında bildirib ki, YAP xalqın sevdiyi, etimad göstərdiyi partiyadır: “Ona görə də yarandığı qısa müddətdən sonra partiyamız hakimiyyətə gəldi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu öndər Azərbaycanı vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. Əlbəttə ki, bu gün Ulu öndərin əsasını qoyduğu siyasi kurs möhtərəm Prezidentimiz, partiyamızın Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Tədbirdə həmçinin Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov və Kooperasiya Universitetinin fakültə dekanı Vilayət Əliyev çıxış edərək YAP-ın Azərbaycanın müasir siyasi tarixində rolu və əhəmiyyəti haqqında fikirlərini bildiriblər. Tədbirin sonunda partiyanın bir qrup fəal gəncinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 564 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31