Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Strateji yol xəritələri müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı üçün münbit zəmin formalaşdırıb

Strateji yol xəritələri müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı üçün münbit zəmin formalaşdırıb

03.10.2017 [09:54]

2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanıb, 59 faizinin icrası üzrə isə işlərə başlanılıb
Xarici mənfi təsirlər nəticəsində yaranan və bir sıra mənfi amillərlə səciyyələnən aşağı neft qiymətləri dövründə Azərbaycanın mənzərəsi yeni nəsil islahatlarla səciyyələnir. Ölkədə biznes mühitinin optimallaşdırılması, idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin edilməsi, ixracın və investisiyaların təşviqi, daxili bazarın qorunması, institutlar və bu kimi digər mühüm istiqamətləri əhatə edən bu islahatların aparılmasında əsas məqsəd yeni şəraitin doğurduğu çətinlikləri maksimum dərəcədə az itkilərlə aradan qaldırmaqdan və post-neft dövründə də ölkənin sosial-iqtisadi inkişafının ardıcıllığını təmin etməkdən ibarətdir. 2016-cı ildə və cari ilin birinci yarısında ölkənin inkişafında əldə olunan göstəricilər Azərbaycanda aparılan islahatların kifayət qədər effektiv olmasından xəbər verir.
Yeni iqtisadi modelin dəstəklənməsi baxımından strateji yol xəritələri böyük aktuallıq daşıyır
Yuxarıda vurğuladığımız kimi, ölkədə aparılan və əslində səmərəli iqtisadi model formalaşdıran islahatlar çoxşaxəlidir. Yeni iqtisadi modelin dəstəklənməsi baxımından Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri böyük aktuallıq daşıyır. Bəhs olunan sənəd iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyub. Qeyd etmək lazımdır ki, iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri postneft dövrünün yeni çağırışlarına uyğun şəkildə hazırlanaraq təsdiqlənib.
Fərmana əsasən, təsdiqlənən strateji yol xəritələrindən biri milli iqtisadiyyat perspektivini əhatə edir. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə vurğulanır ki, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin olunması üçün səmərəli milli icra mexanizmi yaradılacaqdır. Milli iqtisadiyyat üzrə 2020-ci ilədək strateji baxış Azərbaycan iqtisadiyyatının əvvəlcə xarici şokların mənfi təsiri nəticəsində yaranmış vəziyyətdən çıxmaq üçün qısamüddətli dönəmdə sabitləşdirilməsinə, ortamüddətli dönəmdə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xəttinin bərpa edilməsinə, dövrün sonunda isə dünya iqtisadiyyatına daha çox inteqrasiya etməklə rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır.
Milli iqtisadiyyat perspektivi üzrə müəyyənləşdirilən tədbirlər uğurla reallaşdırılır
Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən müvafiq strateji yol xəritələrinin qəbul edilməsindən artıq yarım il ötür və əldə olunan nəticələr barəsində söhbət açmaq mümkündür. Yarımillik monitorinqdə və qiymətləndirmə hesabatında əksini tapan rəqəmlərə istinad edərək demək mümkündür ki, strateji yol xəritələrində nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir. Məsələn, 2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 32 faizinin icrası tamamlanıb, 59 faizinin icrası üzrə isə işlərə başlanılıb. O cümlədən fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi məqsədilə büdcə qaydalarının parametrləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib və razılaşdırılıb. Büdcə qaydaları tətbiq olunacağı təqdirdə dövlət və icmal büdcə göstəricilərinə təsiri və yarana biləcək risklər təhlil edilib, habelə proqnoz göstəriciləri hazırlanıb. Avropa İttifaqı və Dünya Bankı tərəfindən təqdim olunan hesabatlar nəzərə alınmaqla, Ortamüddətli Xərclər Çərçivəsinin və nəticəəsaslı büdcə mexanizmlərinin yaradılmasına dair təkliflər hazırlanıb. Makroiqtisadi koordinasiya təmin edilib, məzənnə rejiminin çevikliyi artırılıb.
Müvafiq Strateji Yol Xəritəsinə əsasən ölkədə məqsədyönlü özəlləşdirmə aparılır
Bəhs olunan Strateji Yol Xəritəsində müəyyənləşdirilən məqsədlərdən biri özəlləşdirmə və dövlət müəssisələrində islahatlarla bağlıdır. Yarımillik monitorinqdə və qiymətləndirmə hesabatında bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə “Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı” və “Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin restrukturizasiyası həyata keçirilməklə onların tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı” təsdiqlənib.
2017-ci ilin ilk 6 ayı ərzində kiçik dövlət müəssisə və obyektlərinin, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə bağlı hazırlanmış 39 sərəncama əsasən 442 müəssisə və obyektin özəlləşdirilməsi ilə əlaqədar qərar qəbul edilib. 2017-ci ilin əvvəlindən bəri hərracı baş tutmuş 395 kiçik dövlət müəssisə və obyektinin 221-i, icarəyə verilmiş 246 qeyri-yaşayış sahəsinin 89-u, ümumilikdə isə 310 müəssisə və obyekt satılıb.
“Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi Qaydası”, “Səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində korporativ idarəetmə Qaydaları və Standartları” və “Dövlət müəssisələrinin idarəetmə orqanlarının üzvlərinə onların fəaliyyətinin nəticələrinə əsaslanan ödəniş sistemi ilə (“Performance Based Remuneration System”) bonus ödənişlərinin verilməsi qaydası” barədə qərar layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
“Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesinə məsləhətçi şirkət cəlb edilib. Müəssisənin özəlləşdirilməsinə maraq göstərən yerli və xarici şirkətlərlə danışıqlar aparılıb, müəssisə ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb və zəruri məlumatlar verilib.
Özəlləşdirmə prosesinə investorların daha fəal cəlb edilməsi sahəsində əməkdaşlıqla bağlı Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə əməkdaşlıq haqqında memorandumun imzalanması təmin edilib, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə yaxın əməkdaşlıq qurulub, yerli və xarici biznes forumlarında özəlləşdirmə layihələri təqdim edilib.
İnsan kapitalının inkişafına davamlı diqqət göstərilməsi Azərbaycanda həyata keçirilən siyasətin mühüm əlamətidir
Azərbaycanda insan kapitalının inkişafına davamlı olaraq böyük diqqət göstərilir ki, bu da ölkədə həyata keçirilən siyasətin mühüm əlamətidir. Müasirləşməni strateji hədəf seçən ölkəmiz, eyni zamanda, intellektual, innovativ inkişafı hədəfləyib. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun son hesabatında respublikamızın mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı indikatorlardan biri məhz innovasiyalarla bağlıdır.
Yuxarıda bəhs olunan yarımillik monitorinqdə və qiymətləndirmə hesabatında bildirilir ki, ölkədə insan kapitalının inkişafı məqsədilə təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi istiqamətində görülən tədbirlər çərçivəsində məktəbəhazırlıq qrupları təşkil edilib, təhsilalanlar və müəllimlər üçün tədris vəsaitləri hazırlanıb, müəllim və rəhbər heyət üçün ixtisasartırma imkanları təmin edilib. Ümumi təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək səriştələrə yiyələnmək imkanı yaratmaq məqsədilə ötən tədris ilində tam orta təhsil səviyyəsində təmayüllər üzrə təhsilin əhatə dairəsi genişləndirilib. Bundan əlavə, təhsil müəssisələrinin fiziki və texnoloji infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər görülüb. İlk peşə-ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili müəssisəsinin (cəzaçəkmə müəssisələrində yerləşən və fəaliyyəti dayandırılan 14 müəssisəni çıxmaqla) 90 faizinə, yəni 86 müəssisəyə baxış keçirilib, Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları layihəsi, eləcə də əmək bazarının tələblərinə uyğun orta ixtisas təhsili pilləsinin yeni dövlət standartlarının layihəsi hazırlanıb.
Ölkədə biznes mühitinin daha da optimallaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir
Ölkəmizdə aparılan islahatların mühüm bir istiqaməti biznes mühitinin daha da optimallaşdırılması, daxili istehsalın qorunması ilə bağlıdır. Bəhs olunan sənəddə də bu məqsədlə genişmiqyaslı tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Cari ilin birinci yarısı həmçinin sözügedən Strateji Yol Xəritəsinə əsasən bu istiqamətdə nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə əlamətdar olub. İndiyədək 158 sahibkarlıq subyektinə (141 hüquqi şəxs, 17 fərdi sahibkar) 169 investisiya təşviqi sənədi təqdim olunub.
Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiyanın müvafiq işçi qrupu tərəfindən Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanaraq, Komissiyaya təqdim edilib. Bundan əlavə, Komissiya tərəfindən müəyyən edilmiş iqtisadi və biznes profilli 5 beynəlxalq reytinqdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində yaradılan işçi qruplarla mütəmadi görüşlər keçirilib, təklif və layihələr müəyyənləşdirilərək, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib. Bununla yanaşı, “Doing Business” hesabatına daxil olan 8 indikator üzrə qanunvericiliyə dəyişikliklər edilib, reytinqdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görülüb.
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən, dövlət xidmətlərinin “ASAN xidmət indeksi” üzrə qiymətləndirilməsi istiqamətində zəruri işlər görülüb. “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın layihəsi, “Standartlaşdırma haqqında” yeni qanun layihəsi, eləcə də istehlak bazarında qeyri-qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti qurumlara göndərilib.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 719 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30