A+   Yenilə  A-
Yusif Axundzadə: Rəsmi qarşılanma mərasimlərində dövlətlərin himnlərini notsuz ifa etməyimiz hər zaman təəccüblə qarşılanıb

General-mayor, Xalq artisti, professor, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin baş dirijoru Yusif Axundzadənin AZƏRTAC-a müsahibəsini təqdim edirik.
- Yusif müəllim, 23 ildir Azərbaycan himnini şərəflə səsləndirən bir orkestrə rəhbərlik edirsiniz. Əvvəlcə fleyta ifaçılığınızdan hərbi dirijorluğadək qət etdiyiniz sənət yoluna nəzər salaq.
- Bu barədə danışmaq üçün gərək 50 il əvvələ ekskursiya edək. Bülbül adına musiqi məktəbini bitirdikdən sonra, 1964-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına - indiki Bakı Musiqi Akademiyasına daxil olmuşam. Burada Əməkdar artist, professor Ələkbər İsgəndərovun sinfində fleyta ixtisası üzrə təhsil almışam. O vaxt Bülbül adına musiqi məktəbi Bakı Musiqi Akademiyasının birinci mərtəbəsində yerləşirdi. İkinci mərtəbədən isə akademiya başlanırdı. Musiqi məktəbini bitirdikdən sonra akademiyaya qəbul oldum. Yəni 16 il bir binada bu ixtisas üzrə təhsil almışam. Mən burada təhsil aldığım dönəmlərdə bir çox korifey sənətkarlarımızla təmasda olmuşam, onlardan sənətin sirlərini öyrənməklə yanaşı, örnək götürməyə çalışmışam. Hələ konservatoriyada təhsil aldığım zaman bir sıra mədəni tədbirlərə dəvət alırdım. İlk dəfə mərhum bəstəkar Süleyman Ələsgərov məni Musiqili Teatra orkestrin solisti kimi dəvət etdi. Sonra 1969-cu ildə Gülarə Əliyeva tərəfindən “Dan ulduzu” ansamblının heyətində çıxış etmək üçün dəvət aldım. O vaxt ansamblda Kamil Cəlilov qaboyda, mən də fleytada ifa edirdik. Həmin dövrlərdə paralel olaraq Filarmoniyanın simfonik orkestrində müəllimim Ələkbər İsgəndərovla birlikdə orkestr musiqiçisi kimi çalışırdım. Əyani təhsil almağıma baxmayaraq həm çox çalışır, həm də işlərimi planlı şəkildə həyata keçirirdim. Mənim musiqiçi kimi yetişməyimdə anamın- Şərifə Axundzadənin çox böyük xidmətləri olub. O, özü ixtisasca ingilis dili müəllimi idi. Ancaq anamın musiqiyə olan sevgisi, bağlılığı və öz övladını gələcəkdə peşəkar musiqiçi kimi görmək istəyi bugünkü nailiyyətlərimə zəmin yaratdı. Onun sayəsində mən musiqi məktəbinə daxil oldum, sonra da akademiyada təhsilimi davam etdirdim. Zaman yetişdi, hərbi xidmət vaxtı çatdı. 1970-ci ildə hərbi xidmətə çağırıldım. Tale elə gətirdi ki, Xəzər Dəniz Hərbi Donanmasının tərkibində mahnı və rəqs ansamblında musiqiçi matros kimi xidmətə başladım. Bu andan etibarən həyatım yeni bir mərhələyə qədəm qoydu. Xidməti başa vurmağa az qalmış Ali Hərbi Dənizçilik Məktəbinin rəisi kontr-admiral G.Stepanov tərəfindən orkestr rəisi vəzifəsinə təklif aldım. Təklifi alanda düşünmək üçün vaxt istədim. Çünki mənə təklif edilən vəzifənin məsuliyyətini yaxşı dərk edir, həyatımın bundan sonra hansı məcraya yönələcəyini düşünürdüm. Bir müddət sonra təklifi qəbul etdim və bütün həyatımı hərbi musiqi sahəsinə bağladım. 1971-ci ildə mənə SSR Müdafiə Nazirliyinin imzası ilə leytenant rütbəsi verildi. Bundan sonra Xəzər Dəniz Hərbi Donanmasının Ali Hərbi Dənizçilik Məktəbində hərbi dirijor və orkestr rəisi kimi xidmətə başladım.
- Hərbi musiqiçi olmaq insanın üzərinə nə kimi vəzifələr qoyur. Ümumiyyətlə, hərbi musiqiçinin mülki musiqiçidən fərqi nədir?
- Musiqi sənəti bir elmdir. Hər şeydən öncə musiqini dərk etmək, sevmək və onun peşəkarı olmaq lazımdır. Ümumiyyətlə, hər bir sənət, peşə öz mütəxəssisinin üzərinə məsuliyyət hissi qoyur. İstəyirsən həbi musiqiçi ol, istəyirsən mülki musiqiçi, fərqi yoxdur, bir peşənin sahibisən, bir amala xidmət edirsən. Sənin adın musiqiçidir. Düşünürəm ki, bu barədə heç bir fərq ola bilməz. Yalnız bizim hərbçi olmağımız, yəni bir az obrazlı desək, əynimizdə daşıdığımız bu hərbi forma bizi mülki musiqiçilərdən fərqləndirə bilər. Biz hər vaxt hər bir şeyə hazırıq, yəni qrafiklə, bəzən qrafiksiz işləyirik. Bu da bizim hərbiçi olmağımızdan irəli gəlir. Hər zaman əmr gələ bilər, hər zaman harasa çağırıla bilərsən. Mən heç telefonumu gecələr də söndürmürəm. Ona görə də hər bir əmri icra etmək üçün daim gözləmə mövqeyindəyik. Bizi yalnız bu fərqləndirə bilər.
- Hərbi musiqiçi kimi hansı hadisəni həyatınızın dönüş nöqtəsi hesab edirsiniz?
- 1979-cu ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbinə təhsil almaq üçün Qvineyadan bir qrup tələbə gəlmişdi. Yeni gəldikləri üçün məktəbin tədris dilini, yəni rus dilini bilmirdilər. Məktəbin siyasi idarəsinin rəisi məni yanına çağırıb dedi ki, sabah məktəbimizə Qvineyadan nümayəndələr gələcək, tədbir keçiriləcək. Bizə sabahadək Qvineyanın himnini öyrənmək və həmin tədbirdə səsləndirmək tapşırığı verildi. Amma bütün cəhdlərimə baxmayaraq himnin notlarını əldə edə bilmədim. Yeganə çıxış yolu himnin musiqisini dinləmək idi. İşin tərsliyindən lent yazısı da tapa bilmirdim. Bu zaman qvineyalı tələbələrdən birini orkestrə-yanıma çağırdım. Heç bir xarici dil bilməyən tələbəni müxtəlif əl hərəkətlərimlə başa saldım ki, öz ölkəsinin himnini oxusun. O, zümzümə etdikcə mən bunu nota köçürdüm və qısa zamanda orkestrləşdirdim. Səhəri gün məktəbdə keçirilən tədbirdə Qvineyanın himnini uğurla ifa etdik. Bu, həm məktəb rəhbərliyində, həm də Qvineyadan gələn nümayəndə heyətində xoş təəssürat yaratdı. Bu tədbirdən qısa müddət sonra mənə Əməkdar Mədəniyyət İşçisi fəxri adı verildi. İlk dəfə fəaliyyətimə verilən bu qiymət məni ruhlandırdı. Düşünürəm ki, bu, hərbi musiqiçi kimi həyatımda dönüş nöqtəsi yaratdı.
- Yusif müəllim, neçə oldu ki, sizin rəhbərliyiniz altında Əlahiddə Nümunəvi Orkestr yaradıldı?
- Ölkəmiz yenicə müstəqillik qazanmışdı. Sovet ordusu artıq yox idi. Onlar çıxıb getdikdən sonra hər şeyi özləri ilə aparmışdılar. Hər bir işi yenidən başlamaq lazım idi. Qərara aldım ki, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrini yaradım. Biz buna çox çətinliklə nail olduq. O vaxt Milli Orduya aid geyim formamız belə yox idi. Biz sovet ordusundan qalma hərbi formanı geyinirdik. Musiqi alətimiz də çatışmırdı. Əlimizdə olan alətlər də yararsız halda idi. Həmin vaxt Türkiyənin prezidentini qarşılamağa hazırlaşırdıq. Hazırlıq zamanı təsadüfən Türkiyənin ölkəmizdəki səfirliyinin hərbi attaşesi orkestrin məşq zalına daxil oldu. O bizim musiqiçilərin geyim formasını və ifa etdikləri alətləri görüb narahatçılıq keçirdi. Bizə bu sahədə yardım edəcəyini bildirdi. Biz qarşılanma mərasimində yüksək məharətlə çıxış etdik. Bir neçə müddət sonra bizə Türkiyədən musiqi aləti və parad geyim forması göndərildi. Bu cür yardımlar dəfələrlə təkrarlandı. Bəli, bu illərdə milli ordunun da təməli qoyulurdu. Biz də üzərimizə düşəni edir, səylə çalışırdıq. Çatışmayan vacib elementləri təftiş edirdik. Sovet ordusu zamanında hərbi kadrların hazırlanmasında qeyri-millətlərə, xüsusən də azərbaycanlılara ayrı-seçkiliklə yanaşılırdı. Bu siyasət hərbi orkestrdən də yan keçməmişdi. Ona görə də uzun müddətli və bir neçə mərhələdən ibarət olan mütəxəssis hazırlığı və milli kadrların yetişdirilməsi işini də həyata keçirmək lazım idi. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra qeyd edilən istiqamətlərdəki çatışmazlıqları diqqətdə saxlayır, onların aradan qaldırılması üçün tapşırıqlarını verirdi. Ümummilli liderimiz, eyni zamanda, orkestrdə milli kadrların yetişdirilməsi, hərbi musiqi mütəxəssislərinin hazırlanması işini də nəzarətdə saxlayırdı. Ulu öndərin sayəsində hər şey öz axarına düşdü. Yaranan hər bir orkestr öz təyinatı üzrə xidməti tapşırıqları icra edirdi. Bəli, məqam yetişdi, Əlahiddə Nümunəvi Orkestr də yarandı. Biz hər zaman Heydər Əliyevin qayğısını üzərimizdə hiss edirdik. Bu gün də o qayğını Prezident İlham Əliyevdən görürük. Hazırda orkestr bir neçə istiqamətdə çalışır və ölkəmizdə rəsmi səfərdə olan qonaqların qarşılanma mərasimlərindən tutmuş, xüsusi əhəmiyyətli hərbi təyinatlı rəsmi tədbirlər, eyni zamanda, mədəni-kütləvi, ictimai tədbirlərdə hər bir tapşırığı yüksək səviyyədə icra edir.
- Orkestrə daxil olmaq istəyən musiqiçilərin seçimini necə aparırsınız?
- Orkestrin heyətində çalışan əməkdaşlar Bakı Musiqi Akademiyasının yetirmələridir. Akademiyanı bitirən yalnız istedadlı tələbələr bura gələ bilərlər. Çünki bu kollektiv prezidentlə üzbəüz duran kollektivdir. Burada hər şey yüksək səviyyədə olmalıdır. İxtisasından asılı olmayaraq istedadlı ifaçılar müraciət edirlər, onların seçim məsələsinə özüm diqqət edirəm. Əgər istedadı və ifaçılığı ilə yanaşı, bütün uyğunluqlar yerindədirsə, o musiqiçi bizim orkestr ailəsinin üzvü ola bilər.
- Rəhbəri olduğunuz orkestr sizin dirijorluğunuzla respublikamıza rəsmi və işgüzar səfərlərə gələn prezidentlərin qarşılanma mərasimində aidiyyəti dövlətlərin himnini səsləndirir. Qarşılanma mərasimləri üçün nəzərdə tutulan məşq prosesinizdən danışardınız.
- Məşq prosesi adi qaydada keçirilir. Bizdə məşq prosesi üç gün davam edir. Fikir vermisinizsə digər dövlətlərdəki rəsmi qarşılanma mərasimlərində hazır notlarla ifa edirlər. Ancaq biz məşq prosesi zamanı çalışırıq ki, proqramımızda olan aidiyyəti dövlətin himnini və orda nəzərdə tutulan ifaların notlarını əzbərləyək. Biz buna bütün gücümüzlə çalışırıq. Öncədən müəyyən edilmiş ritual çərçivədə məşqlər o qədər ciddi icra edilir ki, ən gözlənilməz vəziyyətlərdən belə asanlıqla çıxmaq mümkün olur. Bütün heyət repertuarı əzbər ifa edənədək öz üzərimizdə işləyirik. Bəzən olur ki, xarici ölkələrdən göndərilən himnlərin partiturası olmur və ya yarasız halda olur. Bəzən isə yalnız klavir mətni göndərilir. Belə olduqda mənim rəhbərliyimlə fəaliyyət göstərən bədii şura toplanılır və yaranmış çatışmazlığı aradan qaldırırıq. Orkestr tam hazır olandan sonra bu şəkildə rəsmi qarşılanmada iştirak edir. Elə olub ki, ölkəmizə rəsmi səfərə gələcək prezidentlərin nümayəndələri bizim məşq prosesinə baxmaq üçün gəliblər. Roma Papasının ölkəmizə səfəri öncəsi Prezident iqamətgahında məşq edirdik. Bu zaman onlar tərəfdən iki nəfər rəsmi şəxs gəldi ki, himnə qulaq assınlar. Təbii ki, himni səsləndirdik və onlar bu ifaya çox məftun oldular. Bizə dedilər ki, siz məşq etməyin daha, onsuz da professional ifa edirsiniz. Ümumiyyətlə, deyim ki, birinci dəfə ölkəmizə səfərə gələn prezidentlər notsuz ifamıza görə təəccüblənilər. Hər zaman mən birinci dəfə səfər edənlərin notsuz ifamıza diqqətlə fikir verdiklərinin şahidi olmuşam. İkinci, üçüncü dəfə səfərə gələnlər bunu öncədən müşahidə etdikləri üçün onlara adi gəlir. Əlbəttə ki, ciddi məşq prosesimiz həmişə bizə üstünlük qazandırıb.
- Qarşılanma mərasimində daha çox hansı maraqlı hadisələr xatirənizdə qalıb?
- Maraqlı hadisələr çox olub. Bir dəfə ölkəmizə rəsmi səfərdə olan Əfqanıstanın prezidenti Şəhidlər xiyabanına gəlmişdi. Əklil qoyma mərasimində biz də orkestrlə iştirak edirdik. Orada Əfqanıstanın himnini əzbərdən səsləndirdik. Prezident əklili qoyduqdan sonra mənə yaxınlaşdı və ifaya görə təşəkkürünü bildirdi. Daha sonra İsveçrənin prezidenti ölkəmizə səfərə gələndə Şəhidlər xiyabanında orkestrə yaxınlaşdı və tərcüməçi mənə dedi ki, sizin ifanız onun çox xoşuna gəlib. Buna görə sizə çox sağ ol deyir və sizdən yenə də nə isə bir şey ifa etməyinizi istəyir. Mən də özlüyümdə fikirləşdim ki, bura Şəhidlər xiyabandır, nə ifa edə bilərəm ki. Bu məkanda yalnız matəm musiqisi və dövlətlərin himni ifa edilə bilər. Üzümü orkestrə çevirdim, “Koroğlu” operasından uvertüranı notsuz elə ifa etdik ki, qonaq Prezident məftun oldu, əsərin ifası zamanı dinamik sıçrayışlara etinasız qala bilmədi, qeyri-ixtiyari reaksiya verdi. Hətta ətrafdakılar da baş verənlərin təsirində idilər. Daha sonra İsrail prezidentin köməkçisi ölkəmizə səfərə gələndə təbii ki, hər iki dövlətin himnini notsuz, əzbərdən səsləndirdik. Çox keçmədi ki, o, təəccübünü gizlətməyərək bizə yaxınlaşdı. Soruşdu ki, siz bu İsrailin himnini nota baxmadan necə səlis və dəqiq səsləndirirsiniz. Mən dedim ki, bu, bizim sizə olan hörmətimizin göstəricisidir. Ümumiyyətlə, qarşılanma mərasimlərində maraqlı və qürurverici mənzərələrin dəfələrlə şahidi olmuşuq.
- Siz, eyni zamanda, Bakı Musiqi Akademiyasında kafedra müdirisiniz, yəni pedaqoji fəaliyyətlə də məşğul olursunuz. Tələbələr arasında hərbi dirijor və ya musiqiçi olmağa maraq hansı səviyyədədir?
- Maraq yüksək səviyyədədir. İldən-ilə bu maraq çoxalır. İstedadlı gənclərimizdə, eyni zamanda, vətənpərvərlik hissinin də yüksək səviyyədə olduğunu müşahidə edirəm. Bir pedaqoq kimi tələbə yetişdirməklə yanaşı, onların hər şeydən öncə şəxsiyyət kimi formalaşmasına çalışırıq.
- Ailənizdə sizin yolunuzu davam etdirəcək kimsə varmı?
- Bəli, oğlum Rüfət Axundzadə hazırda yolumu davam etdirir. Bizim ailədə elmlə yanaşı, mədəniyyət və incəsənətə hər zaman maraq olub. Bu səbəbdən bəlkə də övladımın böyüdüyü mühit ona stimul verib, bu sahəyə ruhlandırıb. Sözsüz ki, burada Tanrı payı olan istedadın da böyük rolu var. Lakin sənətin sirlərini dərindən mənimsəmək üçün ciddi hazırlaşmalısan. Övladım bu vaxtadək öz istedadı və qabiliyyəti sayəsində hər şeyi özü əldə edib. Onun “zəhməti hər şeydən üstün tut” prinsipi bir valideyn kimi məni olduqca sevindirir. Çünki o, zəhməti sayəsində daha da böyük işlər görəcək. Hazırda o, Hərbi Orkestrin rəisi vəzifəsini icra edir. Əməkdar İncəsənət Xadimi, eyni zamanda, polkovnik-leytenantdır. Həmçinin oğlum pedaqoji fəaliyyətini Bakı Musiqi Akademiyasında nəfəs və zərb alətləri kafedrasının dosenti kimi davam etdirir. İndi o, öz üzərində işləyir, çalışır. Rüfətin bundan sonrakı fəaliyyətinə böyük inam bəsləyirəm, yüksək nailiyyətlər qazanacağına inanıram.
- 50 ildən çox musiqi mədəniyyətimizə töhfə verən bir general kimi nə arzularınız var?
- Demək olar ki, bütün şəxsi arzularıma çatmışam. Ancaq xəyalı ilə yaşadığım ən böyük arzum hələ yerinə yetməyib. O arzum budur ki, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunsun. Mənim dirijorluğumla Müdafiə Naziyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri qələbə paradı səsləndirsin. İnanıram ki, Ali Baş Komandanımız İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində torpaqlarımız sülh yolu ilə işğaldan azad ediləcək. Bizim qüdrətli və yenilməz ordumuz var. Onlar hər dəqiqə Ali Baş Komandanın əmrini gözəyirlər. Tezliklə bu arzuma da çatacağıma böyük ümidlər bəsləyirəm.
- Maraqlı müsahibə üçün çox sağ olun.

 
  • Oxunub:  6360  |  
  • Tarix:  23-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

17:57
21 Avqust
Mübariz Qurbanlı: Azərbaycan xalqı öz dəyərlərinə hər zaman böyük diqqət yetirib
17:56
21 Avqust
Bu il Azərbaycana 191 ölkədən 1,65 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
17:51
21 Avqust
Respublika Veteranlar Təşkilatında “Üçüncü ən qədim “T” İdarəsinin qambiti” və “Fədakarlar gərəkdir” kitablarının təqdimatı olub
17:33
21 Avqust
Sərəncam: Qusarın Köhnə Xudat–Həzrə avtomobil yolunun tikintisinə 4,1 milyon manat ayrılıb
17:30
21 Avqust
Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsinə qəbul olunanların qeydiyyatı şənbə və bazar günləri də aparılacaq
17:28
21 Avqust
Azərbaycanda ilk dəfə aşpazlarının birinci konqresi keçirilib
17:25
21 Avqust
Bakıda “Mənəvi dəyərlərin təbliği və dini icmalar” mövzusunda konfrans keçirilib
17:13
21 Avqust
Bakıda piyada səkilərinin vəziyyəti təhlil edilir
17:10
21 Avqust
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri ucuzlaşıb
17:02
21 Avqust
Rüfət Məmmədov: İstehsalın və ixracın dəstəklənməsi məqsədilə kompleks və ardıcıl tədbirlər həyata keçirilir
16:52
21 Avqust
İslam İnkişaf Bankının nəşrində AIDA-nın Afrika ölkələrində həyata keçirilən kampaniyalarda iştirakından bəhs olunur
16:45
21 Avqust
Moskva Dövlət Universitetinin Bakı filialı vakant iş yerləri üzrə müsabiqəyə sənəd qəbulu elan edir
16:45
21 Avqust
Aydın Hüseynov: Azərbaycan bütün qonşuları ilə qarşılıqlı faydalı əlaqələr qurub və münasibətlərin daha da dərinləşməsinə böyük töhfələr verir
16:32
21 Avqust
Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb
16:26
21 Avqust
Bilik Fondu öz fəaliyyətində maarifləndirmə tədbirlərinə geniş yer ayırır
16:24
21 Avqust
Flora Qasımova: Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə həyata keçirilib
16:14
21 Avqust
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçiriləcək
15:46
21 Avqust
Tolerantlıq nümunəsi olan Azərbaycanda müqəddəs dini adət-ənənələr qorunub saxlanılır
15:42
21 Avqust
Payızlıq və yazlıq dənli bitkilərin əkin sahəsindən 3 milyon tonadək məhsul götürülüb
15:24
21 Avqust
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
14:57
21 Avqust
Metallurgiya sənayesində 14,3 faiz artım müşahidə olunub
14:53
21 Avqust
TAP-ın Albaniya hissəsinin tikintisi dəniz səviyyəsindən 2100 metr yüksəklikdə aparılır
14:07
21 Avqust
Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin Belarusa səfəri başlayıb
13:42
21 Avqust
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatır
13:33
21 Avqust
Yeddi ayda ölkədə bir sıra mühüm obyektlər istifadəyə verilib
13:29
21 Avqust
Bu il 248 nəfər astaralı məzun tələbə adını qazanıb
13:26
21 Avqust
Bakıda taksi dayanacaqlarının yerinin müəyyənləşdirilməsi davam edir
13:22
21 Avqust
Azərbaycan Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupuna rəhbərlik edəcək
12:08
21 Avqust
Sosial xidmət müəssisəsindəki sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib
12:05
21 Avqust
Payız-qış aylarında muxtar respublikanın avtomobil yollarında hərəkətin intensivliyi təmin olunacaq
12:00
21 Avqust
Mübariz Qurbanlı: Bütün bunlar milli dəyərlərimizin deformasiyaya uğramasına gətirib çıxara bilər
11:58
21 Avqust
Təhsil Nazirliyi Rumıniyaya dörd tələbə göndərir
11:54
21 Avqust
Paytaxtın ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir
11:45
21 Avqust
Eldəniz Səlimov: Sənaye sektorunun inkişafının iqtisadi önəmi ilə yanaşı, sosial əhəmiyyəti də kifayət qədər böyükdür
10:50
21 Avqust
Zakir Həsənov: Azərbaycanın müdafiə qüdrəti qürurverici səviyyədə artıb
10:30
21 Avqust
Qurban bayramı münasibəti ilə sosial xidmət müəssisələrindəki uşaqların əyləncə mərkəzində istirahəti təşkil olunub
10:11
21 Avqust
Qurbanlıq diri heyvan satışı aparılan yerlərdə dezinfeksiya işləri başa çatıb
09:50
21 Avqust
Ermənistan ordusu atəşkəs rejimini pozmaqda davam edir
17:56
20 Avqust
İlin birinci yarısında Türkiyə Azərbaycandan 3,2 milyard kubmetrədək təbii qaz idxal edib
17:50
20 Avqust
Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə təşkil olunacaq satış yarmarkalarının ünvanları
17:45
20 Avqust
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
16:59
20 Avqust
UEFA və AFFA əməkdaşlarının iştirakı ilə seminar keçirilib
16:56
20 Avqust
Füzuli və Cəbrayıl rayonlarının işğalı günü ilə bağlı tədbir keçirilib
16:22
20 Avqust
Cavid Osmanov: Azərbaycan tranzit daşımaları üçün kifayət qədər əlverişli coğrafi mövqeyə və geniş imkanlara malikdir
16:02
20 Avqust
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib
15:19
20 Avqust
Rauf Əliyev: Beynəlxalq hesabatlardakı məqamlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafının davamlı xarakter daşıdığını göstərir
15:16
20 Avqust
Tahir Rzayev: Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü dövlət dəstəyi göstərilir
15:03
20 Avqust
Yerli istehsalçılar və ixracatçılar assosiasiyalarının gələcək fəaliyyəti müzakirə edilib
14:43
20 Avqust
“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində...
14:20
20 Avqust
Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərləri təbliğ olunur
14:06
20 Avqust
Boksçularımız Serbiyada keçirilən beynəlxalq turnirdə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:03
20 Avqust
Bu il məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib
14:02
20 Avqust
Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşları qəbul edəcək
12:58
20 Avqust
Rusiya səfiri Mixail Boçarnikov: Bizim məqsədimiz Qarabağ münaqişəsi tərəflərinin razılığa gəlməsinə dəstək verməkdir
12:40
20 Avqust
Bakıda keçirilən “MDB Start-ap platformu” layihəsi başa çatıb
12:23
20 Avqust
Səfir: Konvensiya Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək
12:20
20 Avqust
Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
12:04
20 Avqust
Kənd təsərrüfatı naziri Şəmkirdə bölgə sakinləri ilə görüşəcək
11:54
20 Avqust
Prezidenti İlham Əliyev Хüsusi Dövlət Mühafizə Хidmətinin bir qrup hərbi qulluqçusunu təltif edib
11:38
20 Avqust
Yarım ildə 64,7 min daimi iş yeri açılıb
10:31
20 Avqust
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi bu gün başa çatır
10:22
20 Avqust
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 92 dəfə pozub
16:20
18 Avqust
Bu il Azərbaycan MDB ölkələrinə 600 milyon dollarlıq məhsul ixrac edib
16:12
18 Avqust
“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər
16:06
18 Avqust
Azərbaycanın yeniyetmə şahmatçıları Avropa birinciliyində mübarizə aparacaqlar
16:03
18 Avqust
Azərbaycan cari ildə Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib
13:26
18 Avqust
YAP-ın Sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edir
11:28
18 Avqust
Elçin Quliyev: Son 15 ildə Azərbaycan sərhədçiləri tərəfindən 29 minə yaxın axtarışda olan şəxs saxlanılıb
11:14
18 Avqust
Hərbi Hava Qüvvələrinin helikopter bölmələrinin taktiki-uçuş məşqləri keçirilib
10:44
18 Avqust
DSX-nin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA