Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Səbailli yeniyetmələr bu dəfə Qubaya istirahətə yollanıblar

Səbailli yeniyetmələr bu dəfə Qubaya istirahətə yollanıblar

17.08.2017 [10:15]

Səbail rayonunun mərkəzindəki “Sahil bağı”nda rayon İcra Hakimiyyəti və DİN Daxili Qoşunlar Komandanlığının birgə layihəsi olan “Şahinlər” yay istirahət düşərgəsinə yeniyetmələrin yola salınma mərasimi keçirilib.
Quba şəhərinin mənzərəli yerində Daxili Qoşunlarin “N” saylı hərbi hissəsində yaradılmış hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, Daxili Qoşunların zabitlərinin övladları, həmçinin “SOS-Azərbaycan” uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 yeniyetmə yola salınıb.
Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanıb.
Yolasalma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xalidə Bayramova Prezident İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaq və yeniyetmələrə olan diqqət və qayğısından, bu istiqamətdə həyata keçirdiyi layihələrdən, o cümlədən Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışıb, uşaqlara şən və yaddaqalan istirahət arzulayıb.
Sonra DİN Daxili Qoşunlar Baş İdarəsinin şöbə rəisi, polkovnik Mətləb Qənbərov uşaqların mənalı və yaddaqalan istirahəti üçün görülən işlərdən danışaraq, burada istirahətin təşkili, daxili qaydalar, keçiriləcək tədbirlər barədə onlara ətraflı məlumat verib.
Sonda Daxili Qoşunların orkestrinin marş sədaları altında yeniyetmələr Qubaya yola düşüblər.
Qeyd edək ki, gənc “Şahinlər” Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzüblər.

Paylaş:
Baxılıb: 294 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30