Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ombudsman aparatının nümayəndələri Almaniyanın Xarici İşlər Nazirliyində olublar

Ombudsman aparatının nümayəndələri Almaniyanın Xarici İşlər Nazirliyində olublar

14.07.2017 [09:53]

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının rəhbəri Aydın Səfixanlı və bir qrup əməkdaşın Avropa İttifaqının Tvinninq layihəsi ilə bağlı Almaniyaya səfəri çərçivəsində Xarici İşlər Nazirliyinin departament rəhbəri Eckart Blaurock ilə görüş keçirilib.
Ombudsman aparatından AZƏRTAC-a bildiriblər ki, görüşdə Xarici İşlər Nazirliyinin informasiya sahibi kimi səlahiyyətləri, daxil olan müraciətlər, onların cavablandırma mexanizmləri barədə məlumat verilib, bu sahədə həyata keçirilən tədbirlər haqqında müzakirələr aparılıb.
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, bu istiqamətdə ombudsman Elmira Süleymanovanın çoxşaxəli fəaliyyəti, o cümlədən “İnformasiya əldə etmək haqqında” Qanunun icrasına nəzarət funksiyasının həyata keçirilməsi ilə bağlı səlahiyyətləri çərçivəsində görülən işlər barədə məlumat verilib, təcrübə mübadiləsi aparılıb.
Söhbət zamanı Ermənistanın Azərbaycana təcavüzü nəticəsində insanların fundamental hüquqlarının pozulması haqqında geniş məlumat verilib, habelə iyulun 4-də Ermənistan ordusu tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulduğu, ikiyaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirildiyi bildirilib, Azərbaycan Ombudsmanın bu hadisə ilə bağlı qəbul etdiyi bəyanat Almaniya Xarici İşlər Nazirliyinə təqdim edilib.

Paylaş:
Baxılıb: 316 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30