Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan dünyada multikulturalizmin ünvanı kimi tanınır

Azərbaycan dünyada multikulturalizmin ünvanı kimi tanınır

08.07.2017 [12:54]

Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan ölkəmiz fərqli dinlərin, mədəniyyətlərin, müxtəlif etnik qrupların təmsilçilərinin rahat, sərbəst şəkildə yaşadıqları məkandır
Dünyada multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi, irqçiliyin, milli-dini dözümsüzlüyün, ksenefobiyanın artdığı bir dövrdə Azərbaycanın mənzərəsi tamam fərqli cəhətlərlə - multikulturalizm və tolerantlıqla səciyyələnir. Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan əsrlər boyu fərqli dinlərin, mədəniyyətlərin, müxtəlif etnik qrupların təmsilçilərinin rahat, sərbəst şəkildə yaşadıqları məkan kimi tanınıb.
Azərbaycan bu gün də öz dəyərlərinə sadiqlik nümayiş etdirir. Çoxmillətli və çoxkonfessiyalı ölkə sayılan Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edir. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir “İşiva” kolleci, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda udilərə məxsus abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvlərinə öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir.
Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır
Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilib. Belə ki, əsas qanunumuzun 25-ci, 44-cü və başqa maddələrində fərqli dini inanclara malik şəxslərin azad ibadət etmə hüququ tanınır. Eləcə də bütün vətəndaşlar dinindən və dilindən asılı olmayaraq, qanun qarşısında bərabərdirlər. Təsadüfi deyil ki, Azərbaycanda bütün dinlərə məxsus vətəndaşların dini bayramlarının keçirilməsində, dini ayinlərin yerinə yetirilməsində heç bir problem yaşanmır. Bu il Ramazan ayı münasibətilə verilən iftar süfrəsində çıxış edən Prezident İlham Əliyev də vurğulayıb ki, biz istəyirik ki, Azərbaycanda dinlərarası münasibətlər həmişə indiki kimi olsun: “Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri həmişə bir ailə kimi yaşasın, necə ki, bu gün yaşayırlar. Bax, bizim siyasətimiz bundan ibarətdir. Mən demişəm, bir daha demək istəyirəm ki, öz xalqına, dininə hörmət başqa dinə, xalqa olan hörmətdən başlayır. Budur bizim siyasətimiz və bu siyasət Azərbaycan ictimaiyyəti tərəfindən tam bəyənilir və dəstəklənir. Məhz bunun sayəsində biz bugünkü gözəl nəticələri görürük və bunu qeyd edirik”.
Bekləliklə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla və uğurla davam etdirilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Respublikamızda din-dövlət münasibətləri ölkənin milli maraqlarına uyğun tənzimlənir. Ölkəmizdə Konstitusiyaya müvafiq surətdə din dövlətdən ayrıdır. Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir ki, bu qurum dini icmaların fəaliyyətinin qanunun tələblərinə uyğun şəkildə qurulmasını tənzimiləyir. Dövlət başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqdakı nitqində ölkəmizdə multikulturalizmi cəmiyyətdən gələn ictimai sifariş kimi səciyyələndirib. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, multikulturalizmin alternativi yoxdur: “Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, ictimai sifarişdir. Çünki bu, bizim üçün normal həyat tərzidir. Halbuki, biz indi bəzi ölkələrdə fərqli mənzərə görürük. Hətta bəzi siyasi liderlər çox təhlükəli ifadələr işlədirlər ki, multikulturalizm iflasa uğrayıb, bunun gələcəyi yoxdur. Bu həm yanlış, həm də təhlükəli fikirlərdir. Çünki multikulturalizmin alternativi yoxdur. Nədir alternativ - ksenofobiya, diskriminasiya, ayrı-seçkilik, irqçilik”.
Ölkəmizdə dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilir
Bunlarla yanaşı, Azərbaycanda həm də İslam mədəniyyətinə xas maddi və mənəvi dəyərlər qorunub saxlanılır, genişləndirilir, inkişaf etdirilir. Müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni inkişafında İslam dəyərləri, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının, eləcə də milli mədəniyyətin harmonik şəkildə qovuşduğu Azərbaycanda müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur. Müstəqillik illərində Azərbaycanda məscidlərin sayı artıb. Əgər sovet dövründə Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün məscidlərin sayı 2246-ya çatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilib. Prezident İlham Əliyevin təşəbbüsü, tapşırıq və tövsiyələri ilə xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi, İmamzadə türbəsi yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra inanclı insanların istifadəsinə verilib. 2014-cü ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə Bakının Binəqədi rayonunda 12 min kvadratmetr sahədə inşa olunan möhtəşəm Heydər məscidinin istifadəyə verilməsi respublikamızda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə qurulmasının daha bir ifadəsidir. Möhtəşəm Heydər məscidinin inşası Azərbaycanın gücünü, inkişaf dinamikasını əks etdirdiyi kimi, həm də dövlətimizin xalqın milli, dini dəyərlərinə nə qədər yüksək önəm verdiyini təsdiqləyir.
Azərbaycan paytaxtından qlobal sülh çağırışları səslənir
Dünyaya tolerantlıq nümunəsi kimi təqdim olunan, multikultural dəyərlərə hörməti ilə seçilən Azərbaycan dövləti, qeyd edildiyi kimi, mədəniyyətlərarası dialoqun inkişafında da hər zaman əhəmiyyətli rol oynayır. Xalqlar, mədəniyyətlər və sivilizasiyalararası inteqrasiyanın inkişafına xidmət göstərən bir sıra tədbirlərin məhz Azərbaycan dövlətinin təşəbbüsü ilə paytaxtımızda reallaşması bunun bariz sübutudur. Qeyd edilməlidir ki, bu gün dünyada kataklizmlərin artması, mədəniyyətlər və dinlərarası toqquşmaların güclənməsi, ksenofobiya hallarının daha da güclənməsi fonunda Azərbaycan paytaxtından qlobal sülh çağırışları səsləndirilməsi ölkəmizin sülhün və sabitliyin bərqərar olması üçün atdığı addımları bir daha ortaya qoyur.
Bəli, ölkə daxilində belə əlverişli tolerantlıq mühitinin təmin olunması ilə yanaşı, Azərbaycan, eyni zamanda, qlobal miqyasda da multikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir, dinlərarası, millətlərarası əlaqələrin inkişafında fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, digər mühüm tədbirlər keçirilir. Dinlərarası dialoq kimi vacib məsələyə həsr edilmiş Dünya Dini Liderlərinin Zirvə toplantısı da məhz ölkəmizdə baş tutub. Xüsusilə vurğulanmalıdır ki, bu il baş tutmuş və Prezident İlham Əliyevin qlobal təşəbbüsü sayılan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövlətinin multikulturalizmin inkişafına verdiyi növbəti töhfəsi sayılır. Ölkə başçısı Müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimindəki nitqində də bildirib ki, bir çox sahələrdə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər yenilik, yeni dinamika, yeni yanaşma gətirir: “Biz bəzi stereotipləri qıraraq bir çox sahələr üzrə, o cümlədən dini məsələlərin həlli işində yeni davranış formatını təqdim edirik. Təsadüfi deyil ki, Azərbaycanda bu sahədə görülən işlər, əldə edilmiş nailiyyətlər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bizim təşəbbüsümüzlə başlanan və inkişaf edən müxtəlif tədbirlər, forumlar sonrakı mərhələdə beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. Mən buna misal olaraq bu il keçirilmiş IV Mədəniyyətlərarası Dialoq Forumunu qeyd edə bilərəm. Biz bu Forumu bir təşəbbüs kimi irəli sürdük. Amma bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları - UNESCO, ISESCO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı və digər qurumlar bu Forumun təşkilatçılarıdır. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi həm bizim siyasətimizi, niyyətimizi göstərir və eyni zamanda, bütün dünyaya göstərir ki, bu gün dünyada multikulturalizmin mərkəzi olan ölkə var, bu ölkənin adı Azərbaycandır”.
Pərviz SADAYOĞLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 366 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30