Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Aygün Attar: ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək cəhdidir

Aygün Attar: ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək cəhdidir

19.05.2017 [09:56]

“Rusiyada yaşayan azərbaycanlılar bu ölkənin həyatında mühüm rol oynayırlar. Ayrı-ayrı toplumlara, eləcə də azərbaycanlılara qarşı münasibətdə qərəzə yol verənlər Rusiyanın nüfuzuna zərbə vururlar”.
Bu fikirləri professor Aygün Attar Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə dair qərarla bağlı AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.
Aygün Attar bildirib ki, tarixin bütün dövrlərində erməni lobbisi və erməni diasporunun təsir dairəsində olan qüvvələr Azərbaycan-Rusiya münasibətlərini pozmağa çalışıblar. ÜAK-ın qeydiyyatının ləğv edilməsi Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına zərbə vurmaq məqsədilə ortaya atılıb. “Əminəm ki, Azərbaycanın Rusiya üçün əhəmiyyətini, eləcə də bu ölkədə yaşayan soydaşlarımızın ölkənin ictimai-siyasi həyatındakı rolunu düzgün dəyərləndirən qüvvələr daha mütərəqqi mövqe nümayiş etdirəcəklər. Heç kim unutmamalıdır ki, Ümumrusiya Azərbaycanlıları Konqresi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin xeyir-duası ilə yaradılan təşkilatdır və onun qeydiyyatının ləğvi iki ölkə arasında münasibətlərin ruhuna ziddir”, - deyə professor qeyd edib.

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31