Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan “Baltic Open-2017” Döyüş Sənətləri Olimpiadasında təmsil olunacaq

Azərbaycan “Baltic Open-2017” Döyüş Sənətləri Olimpiadasında təmsil olunacaq

13.05.2017 [11:04]

Mayın 13-14-də Riqada, “Elektrum” Olimpiya İdman Mərkəzində “Baltic Open-2017” Döyüş Sənətləri Olimpiadası keçiriləcək. Yarışlarda 6-80 yaş arasında təqribən 2 min müxtəlif səviyyəli idmançı iştirak edəcək. İdman meydanında 14 ölkənin - Azərbaycan, ABŞ, Rusiya, Nepal, Almaniya, İtaliya, Portuqaliya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan, Estoniya, Litva və Latviyanın nümayəndələri qarşılaşacaqlar.
Olimpiadada Azərbaycanı məşqçi Vasif Namazovun rəhbərliyi ilə Nəvai Əlizadə, Araz Abdullayev, Musa Abdullayev, Arzu Eyvazova, Natiq Alışov və başqa idmançılar təmsil edəcəklər.
Olimpiadanın unikallığı bundadır ki, turnirdə, demək olar, bütün təkbətək döyüş növləri, o cümlədən cüdo, müxtəlif karate versiyaları, kiokusinkay, taekvando, zərbə qüvvəsi, pankration, qreppinq, sərbəst üsul, aykido, vin-çun, kikboksinq, K-1, MMA, kunqfu, kosiki karate, qurşaqtutma nəzərdə tutulub.
Təntənəli açılış mərasimindən sonra tamaşaçılar “Çempionlar marafonu” tamkontaktlı döyüşlər - peşəkar boks, MMA, sərbəst üslub, kosiki karate, K-1, pankration üzrə reytinq görüşlərinə tamaşa edəcəklər. Təkbətək döyüşlərdə dünya və Avropa çempionları iştirak edəcəklər.

Paylaş:
Baxılıb: 673 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30