Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Yasamal rayon təşkilatının “Azərsu” ASC ərazi ilk partiya təşkilatının hesabat-seçki konfransı keçirilib

YAP Yasamal rayon təşkilatının “Azərsu” ASC ərazi ilk partiya təşkilatının hesabat-seçki konfransı keçirilib

06.05.2017 [12:15]

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ərazi ilk partiya təşkilatının hesabat-seçki konfransı keçirilib. Öncə çıxış edən ərazi ilk partiya təşkilatı İdarə Heyətinin üzvü Etibar Məmmədov partiyanın yaranma tarixi, inkişaf mərhələləri, ölkənin ictimai-siyasi həyatındakı müstəsna rolundan danışıb. Natiq su təsərrüfatı işçilərinin istehsalat sahələrində vəzifə borclarını şərəflə yerinə yetirməklə yanaşı partiya həyatında da xüsusi fəallıqları ilə seçildiklərini bildirib.
Konfransda hesabat məruzəsi ilə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Heydər Abbasov bildirib ki, hazırda “Azərsu” ASC ərazi ilk partiya təşkilatının 2463 üzvü var və onların 51,6 faizini gənclər təşkil edir: “Bu gün daha 44 nəfər YAP üzvlüyünə qəbul üçün müraciət edib ki, bu da partiyanın sıralarının günbəgün genişlənməsinin bariz nümunəsidir”.
“Azərsu” ASC üzrə ərazi ilk partiya təşkilatının üzvləri Günel Eldarova, Anar Cəbrayıllı və Əbülfəz Kərimzadənin məruzə ətrafında çıxışlarından sonra konfrans iştirakçıları yekdilliklə YAP Yasamal rayon təşkilatının “Azərsu” ASC ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov ölkəmizin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışıb, Ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib: “YAP-ın yarandığı gündən öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları onun cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirib, ümumxalq partiyası olduğunu təsdiqləyib. YAP “Azərsu” ASC ilk ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edilməli, partiya sıralarına gənclərin axını fərəhləndirici hal kimi qiymətləndirilməlidir”.
Konfransda çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov YAP-nın yaranma tarixi, keçdiyi inkişaf yolu haqqında danışaraq qeyd edib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasi kursunun möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz inkişaf edir və hər bir vətəndaş müstəqil dövlətimizlə qürur duyur. “Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri bu gün partiyanın devizinə çevrilib. Birmənalı şəkildə demək olar ki, Azərbaycan xalqı Ümummilli liderin siyasi kursuna sədaqətini daim nümayiş etdirir və bu siyasətin alternativi olmadığını qəbul edir. Ümidvarıq ki, partiya üzvlərimiz bundan sonra da möhtərəm Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kursun həyata keçirilməsinə, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına layiqli töhfələrini verəcəklər”.
Sonra təşkilati məsələlərə baxılaraq ilk partiya təşkilatının 13 nəfərdən ibarət idarə heyəti seçilib. Eyni zamanda Heydər Abbasov ərazi ilk partiya təşkilatının sədri, Günay Məmmədli və Qafar Mədətov isə sədr müavinləri seçiliblər.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 691 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30