Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Bakcell”in dəstəyi ilə şahmat üzrə beynəlxalq turnir keçirilib

“Bakcell”in dəstəyi ilə şahmat üzrə beynəlxalq turnir keçirilib

20.04.2017 [09:13]

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti Azərbaycan Şahmat Federasiyası, “Gənclik” şahmat klubu və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən XVI Beynəlxalq uşaq şahmat turnirinə dəstək verib. Şirkətdən verilən məlumatda qeyd olunur ki, 9-14 aprel 2017-ci il tarixləri arasında FİDE qaydalarına uyğun olaraq 7 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən yarışda 2002-ci il və aşağı təvəllüdlü Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Fransa, Portuqaliya və Qazaxıstandan 56 gənc şahmatçı iştirak edib.
Yarışlarda ən çox xal yığan Azərbaycan şahmatçıları Fransada keçiriləcək Beynəlxalq Turnirdə iştirak etmək hüququ qazanıblar. Turnirin digər qalibləri isə “Bakcell” şirkəti tərəfindən smartfon və dəyərli hədiyyələrlə təltif ediliblər.
Xatırladaq ki, “Bakcell” şirkəti 2006-cı ildən başlayaraq Azərbaycanda uşaqlar arasında təşkil edilən çoxsaylı yerli və beynəlxalq səviyyəli şahmat turnirlərinin təşkilinə dəstək göstərib.
Səlim LOĞMANOĞLU

Paylaş:
Baxılıb: 369 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30