Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası beynəlxalq fərqlənmə sertifikatı ilə təltif olunub

“Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası beynəlxalq fərqlənmə sertifikatı ilə təltif olunub

19.04.2017 [09:57]

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mərkəzi Laboratoriyası öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun davam etdirir. 2015-ci ildə Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçmiş Mərkəzi Laboratoriya hər il akkreditasiya sahəsinə daxil olan metodların sayını artırır. Mərkəzi Laboratoriya dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən laboratoriyaların təcrübəsini əsas götürərək beynəlxalq səriştəlilik testi proqramlarına qoşulur.
Mərkəzi Laboratoriyanın Tullantı Suların Mikrobioloji Analizlərin Aparılması şöbəsinin analiz metodları Amerikanın ERA şirkəti tərəfindən təşkil olunan səriştəlilik testi proqramına təqdim edilib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 356 laboratoriyanın iştirak etdiyi səriştəlilik testi proqramında Mərkəzi Laboratoriyada tullantı sularında aparılan mikrobioloji analizləri 100 faiz nəticə toplayaraq fərqlənmə sertifikatı ilə təltif olunub. Bu nailiyyət Mərkəzi Laboratoriyada analizlərin yüksək keyfiyyətlə aparılmasının, burada tətbiq olunan metodların düzgünlüyünün, kadrların peşəkarlığının göstəricisidir.
Qeyd edək ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası 16 sentyabr 2013-cü ildə fəaliyyətə başlayıb. Ümumi sahəsi 1800 kvadratmetr olan laboratoriya binası içməli su və tullantı suları bölmələrindən ibarətdir. Laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. İstənilən ərazidə və şəraitdə analizlərin aparılması məqsədilə səyyar laboratoriya kimi fəaliyyət göstərən 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb.

Paylaş:
Baxılıb: 340 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30