Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Huzurlu ailə” adlı konfrans keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Huzurlu ailə” adlı konfrans keçirilib

13.04.2017 [09:00]

Bu günlərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Huzurlu ailə” adlı konfrans keçirilib. Konfrans Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı, Azərbaycanlı-Türkiyəli Ailələr Birliyinin dəstəyi ilə reallaşıb. Konfransın mövzusunu ailə-uşaq, kişi-qadın münasibətləri təşkil edib.
Konfransda çıxış edən Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım rəhbərlik etdiyi qurum haqqında, məqsəd və vəzifələri barədə məlumat verib, tədbirin önəmindən danışıb.
Azərbaycanlı-Türkiyəli Ailələr Birliyinin rəhbəri Arzu Korkmaz huzurlu ailəyə həsr edilmiş konfransı yüksək dəyərləndirərək, tədbirə qatılan türkiyəli ilahiyyatçı-yazar Abdulqafur Leventə minnətdarlığını bildirib.
İlahiyyatçı-yazar Abdulqafur Levent çıxışında slaydlarla huzurlu ailə modeli barədə danışıb. Bildirib ki, ailənin təməlində sevgi, hörmət, sədaqət, məsuliyyət varsa, bu ailə möhkəmdir. “İslama görə qadın və kişi bir-birini tamamlayır. Ona görə də hər iki cins birlikdə dünyaya gəlmiş, həyatı birlikdə paylaşmış, ilk qadağanı birlikdə pozmuş, birlikdə tövbə etmişlər. Bu birlikdəlik axirətdə də davam edəcək”, - deyən Abdulqafur Levent ailənin sirləri, həmçinin uzunömürlü və nümunəvi olması üçün kişi və qadının üzərinə düşən vəzifə və məsuliyyətlər barədə söz açıb.
Sonra ilahiyyatçı-yazar konfrans iştirakçılarının suallarını cavablandırıb.

Paylaş:
Baxılıb: 385 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31