Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib

YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib

13.04.2017 [08:49]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib. İclasda əvvəlcə aprel ayı ərzində görüləcək işlər müzakirə olunub. YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev bildirib ki, təşkilat Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə silsilə tədbirlər keçirilməsini nəzərdə tutur. Eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da anadan olmasının 94-cü ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək.
Ş.Hacıyev həmçinin “İslam Həmrəyliyi İli” çərçivəsində də tədbirlərin keçiriləcəyini qeyd edib: “Azərbaycan dünyada İslam həmrəyliyinə böyük önəm verir. Dövlət başçısı tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması da bu reallığın ifadəsidir”.
Ş.Hacıyev bildirib ki, Azərbaycan müsəlman dünyasında böyük nüfuza sahib olan dövlətdir. Onun sözlərinə görə, ölkəmiz beynəlxalq müstəvidə də İslam həmrəyliyinin gücləndirilməsi yönündə səylərini davam etdirir. “Çünki bəzi dairələr İslam dinini dünyada gözdən salmağa çalışırlar. Yaxın Şərqdə qarşıdurmalar, qanlı toqquşmalar, terror hadisələri dinc, günahsız insanlara fəlakətlər gətirir. Bütün bunlara son qoymaq üçün İslam dövlətləri birliyini gücləndirməlidirlər. Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bu baxımdan böyük əhəmiyyət kəsb edir. Bu oyunlarda 50-dən çox dövlət iştirak edəcək və islami dəyərlərin təbliği baxımından da bu mötəbər tədbir geniş imkanlar yaradır. Ümumilikdə, dünyada İslam dinini mütərəqqi din kimi qəbul edirlər. Amma bəzi qüvvələr İslam dinini gözdən salmağa cəhd göstərirlər. Həm IV İslam Həmrəyliyi Oyunları, həm də “İslam Həmrəyliyi İli” çərçivəsində ölkəmizdə keçirilən tədbirlər belə qüvvələrə tutarlı cavabdır. Hazırda ölkəmizin hər yerində İslam həmrəyliyi mövzusunda müxtəlif tədbirlər keçirilir. YAP Səbail rayon təşkilatı tərəfindən də yaxın vaxtlarda “İslam sivilizasiyası qlobal proseslər müstəvisində” və “Azərbaycan İslam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi” mövzularında tədbirlərin keçirilməsi nəzərdə tutulur”, - deyə Ş.Hacıyev vurğulayıb.

Paylaş:
Baxılıb: 735 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30