Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin sabiq Prezidenti Abdullah Gülü qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin sabiq Prezidenti Abdullah Gülü qəbul edib

12.04.2017 [09:35]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gülü qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Güllə Bakıda, Türkiyədə və başqa ölkələrdə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
“Azərbaycan hər zaman bizim qəlbimizdə, könlümüzdədir”, - deyən Türkiyə Respublikasının sabiq Prezidenti Abdullah Gül Türkiyədə Baş nazir və prezidentlərin, o cümlədən özünün də ilk xarici səfərlərini Azərbaycana etməsindən məmnunluğunu ifadə edib. Abdullah Gül ölkəmizə hər gəlişi zamanı Azərbaycanın sürətli inkişaf etdiyinin və daha da gözəlləşdiyinin şahidi olduğunu deyib.
Öz növbəsində dövlət başçısı kimi ilk rəsmi səfərlərini Türkiyəyə həyata keçirdiyini məmnunluqla qeyd edən Prezident İlham Əliyev yüksək rütbəli dövlət məmurlarının da ənənəvi olaraq bu cür qarşılıqlı səfərlərinin önəmini vurğulayıb.
Söhbət zamanı dövlətimizin başçısı son bir neçə ildə Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlarla bağlı məlumatları diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 774 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30