Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis ilə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis ilə görüşüb

17.03.2017 [10:20]

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva martın 16-da V Qlobal Bakı Forumunda iştirak edən UNESCO-nun xoşməramlı səfiri, ELPIDA Assosiasiyasının və Marianna Vardinoyannis Fondunun prezidenti Marianna Vardinoyannis ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, qonaq Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi münasibətilə təbrik edib. Azərbaycan ilə Yunanıstan arasında sosial, təhsil, səhiyyə sahələrində əməkdaşlığın inkişaf etdiyini deyən Marianna Vardinoyannis Mehriban Əliyevanın 2014-cü ildə Yunanıstana səfərini məmnunluqla xatırlayıb. O, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün yaradılan mərkəzin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qonaq bu sahədə təcrübə mübadiləsinin vacibliyini və gələcəkdə əlaqələri daha da genişləndirməyin mümkünlüyünü vurğulayıb. O, Azərbaycanın Birinci vitse-prezidentini Azərbaycan ilə Yunanıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak etmək üçün ölkəsinə səfərə dəvət edib.
Dəvətə görə təşəkkürünü bildirən Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə inkişaf etdiyini bildirib. Mehriban Əliyeva Yunanıstana səfərini məmnunluqla xatırlayıb, bu ölkədə Heydər Əliyev Fondunun təşkil etdiyi konsert proqramının maraqla qarşılandığını qeyd edib və bunun Azərbaycan mədəniyyətinin Yunanıstanda təbliği sahəsində mühüm rol oynadığını vurğulayıb.

Paylaş:
Baxılıb: 345 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30