Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Latviya Prezidenti Raymonds Veyonis: Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır

Latviya Prezidenti Raymonds Veyonis: Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunmalıdır

17.03.2017 [10:05]

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll edilməlidir. Dünya ölkələri bu münaqişənin sülh yolu ilə, diplomatik yolla həllində maraqlı olmalıdırlar. Latviya bu məsələdə Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyir. Münaqişənin həlli region üçün çox vacibdir. Dövlətlərin ərazi bütövlüyü təmin olunmalıdır”.
Bu fikirləri jurnalistlərə müsahibəsində Beşinci Qlobal Bakı Forumunda iştirak edən Latviya Prezidenti Raymonds Veyonis deyib.
Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olduğunu qeyd edən Raymonds Veyonis ölkəsinin Bakı Forumuna xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. Dünyanın üzləşdiyi problemlərin müzakirəsi baxımından bu cür görüşlərin vacibliyinə toxunan Latviya Prezidenti deyib ki, ekstremizm, korrupsiya, insan hüquqlarının pozulması Atlantik məkanında ağır fəsadlara gətirib çıxarır və bu, təəssüfləndirici haldır. Mövcud problemlərin beynəlxalq sülhə və sabitliyə ciddi təhlükə törətdiyini bildirən Raymonds Veyonisin fikrincə, BMT ölkələrarası münasibətləri sabitləşdirmək üçün fəaliyyətini gücləndirməlidir.
Azərbaycan ilə Latviya arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açan Prezident Raymonds Veyonis deyib: “Bizim münasibətləri daha geniş məcrada inkişaf etdirmək üçün böyük potensialımız var. Cənab Prezident İlham Əliyev ilə görüşümüz zamanı əlaqələrimizin yeni imkanları barədə geniş fikir mübadiləsi apardıq. Cari ildə Azərbaycan Prezidentinin Latviyaya səfəri gözlənilir. Bu bir daha ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Münasibətlərimizin inkişafı üçün qarşılıqlı səfərlərin təşkili olduqca vacibdir”.

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30