Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti Raymonds Veyonis ilə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti Raymonds Veyonis ilə görüşü olub

17.03.2017 [09:58]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Latviya Respublikasının Prezidenti Raymonds Veyonis ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Latviya Prezidenti Raymonds Veyonisin V Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu bildirib və bu tədbirin artıq bir ənənəyə çevrildiyini vurğulayıb.
Latviya Prezidenti Raymonds Veyonis V Qlobal Bakı Forumunda 53 ölkədən nümayəndələrin iştirakının önəmini qeyd edib və Azərbaycan tərəfinin bu tədbiri yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. Raymonds Veyonis Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri olmasından qürur hissi keçirdiyini deyib.
Prezident Raymonds Veyonis Prezident İlham Əliyevin Latviyaya rəsmi səfərə dəvət məktubunu dövlətimizin başçısına təqdim edib və bu səfərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Latviya arasında müxtəlıf sahələrdə əlaqələrə toxunan Raymonds Veyonis təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində işlərin görüldüyünü bildirib və azərbaycanlı tələbələrin Latviya universitetlərində təhsil almaları üçün müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar ətrafında fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığın bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Paylaş:
Baxılıb: 706 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30