Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub

Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub

15.03.2017 [10:07]

Martın 14-də Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer “Yeni Azərbaycan” qəzetinin redaksiyasında olub. Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ilə görüşdə ölkəmiz haqqında xoş təəssüratlarını bölüşən U.Turganer Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında bir sıra sahələrdə əlaqələrin inkişafı istiqamətində mühüm işlərin görüldüyünü bildirib. Kütləvi informasiya vasitələrinin əlaqələrin daha da möhkəmləndirilməsinə özünəməxsus töhfə verdiyini diqqətə çatdıran U.Turganer “Yeni Azərbaycan” qəzetinin Türk dünyası ilə bağlı məsələlərə xüsusi həssaslıq nümayiş etdirdiyini vurğulayıb. Qeyd edilib ki, məhz bu yaxın münasibətlər türk birliyinin inkişafında əhəmiyyətli rol oynayır.
Şimali Kipr Türk Respublikasının əsasən turizm və təhsil sektorunda əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyən U.Turganer ölkəsində təhsil alan xarici tələbələrin arasında azərbaycanlı tələbələrin çoxluq təşkil etdiyini məmnunluqla bildirib. U.Turganer yaxın illərdə bu sayın daha da artması üçün lazımi işlərin görüləcəyini də vurğulayıb.
Öz növbəsində, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu ölkəmizdə Türkiyəyə, həmçinin Şimali Kipr Türk Respublikasına xüsusi sevginin, hörmətin olduğunu deyib. Azərbaycanda Türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verildiyini və bu mənada mətbuatın əhəmiyyətli rola malik olduğunu bildirən Hikmət Babaoğlu “Yeni Azərbaycan” qəzetinin hər zaman Türk dünyası ilə bağlı məsələləri diqqətdə saxladığını deyib. Millət vəkili həmçinin ölkəmizlə Şimali Kipr Türk Respublikası arasında işgüzar və ədəbi əlaqələrin də inkişafı məsələsinə toxunub. Vurğulanıb ki, Şimali Kiprin turizm sektorunda əldə etdiyi təcrübə böyükdür və orada təhsil alan gənclərimiz ölkəmizdə bu sektorun daha da inkişaf etməsində yüksək rol oynaya bilərlər.
Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer millət vəkili Hikmət Babaoğluna öz təşəkkürünü bildirib və qəzetin kollektivinə bayram təbriklərini çatdırıb.
Görüşdə Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin elm və mədəniyyət məsələləri üzrə müşaviri Əhməd Simitçioğlu da iştirak edib.

Paylaş:
Baxılıb: 414 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31