Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Gənclər Birliyinin üzvləri Cocuq Mərcanlı kəndinin bərpası prosesində iştirak edəcəklər

YAP Gənclər Birliyinin üzvləri Cocuq Mərcanlı kəndinin bərpası prosesində iştirak edəcəklər

02.03.2017 [09:44]

Bu məqsədlə “Cocuq Mərcanlıdan Şuşaya” adlı gənclərin inşaat dəstəsi yaradılıb
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyi tərəfindən yaradılmış “Cocuq Mərcanlıdan Şuşaya” adlı gənclərin inşaat dəstəsinin fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib. YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun uğurları gənclərdə böyük ruh yüksəkliyi yaradıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında Sərəncamı Qarabağa böyük qayıdışın müjdəsidir.
YAP Gənclər Birliyinin sədri qeyd edib ki, bu Sərəncam xalqımız tərəfindən çox yüksək qiymətləndirilir, o cümlədən cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərimiz də Cocuq Mərcanlıya qayıdışı böyük ruh yüksəkliyi ilə qarşılayırlar: “Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz ötən ilin aprel ayında düşmənə ağır zərbə vurdu, torpaqlarımızın bir hissəsi işğaldan azad olundu. Ordumuzun qazandığı uğurlar bütün vətəndaşlarımızda, xüsusilə gənclərimizdə vətənpərvərlik ruhunu daha da yüksəldib, könüllü hərbi xidmətə getmək istəyənlərin sayı artıb. Bu gün Azərbaycan gəncləri müraciətlərində hər an işğal altındakı torpaqlarımızın azad olunmasında Ali Baş Komandanın ətrafında sıx birləşməyə hazır olduqlarını bildirirlər. Gənclərimiz həmçinin işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasında iştirak etmək üçün könüllü inşaat-tikinti dəstələri yaratmaq istədiklərini qeyd ediblər. YAP Gənclər Birliyinin müxtəlif rayon təşkilatlarından olmaqla mindən çox üzvü bu təşəbbüsə qoşulub. Bu təşəbbüsün əsasında “Cocuq Mərcanlıdan Şuşaya” adlı gənclərin inşaat dəstəsi yaradılıb. Bu dəstənin ilk olaraq mart ayında Cocuq Mərcanlıya səfəri nəzərdə tutulur. Daha sonra gənclərimizin könüllü dəstələrinin bu ərazidə ağacəkmə kampaniyası, sosial obyektlərdə tədbirlərin keçirilməsi, bölgə gəncləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulur. İnşaat dəstəsinin adı rəmzi xarakter daşıyır. Çünki biz inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz bütün torpaqlarımızı işğaldan azad edəcək və gənclərimiz Şuşaya qədər bütün ərazilərimizin bərpa olunmasında iştirak edəcəklər”.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı da çıxışında gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirib. O qeyd edib ki, bu günlərdə YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin fəal üzvləri də Cocuq Mərcanlı kəndinin bərpasında iştirak etmək üçün könüllü inşaat dəstələri yaratmaq istədiklərini bildiriblər: “YAP gənclərindən ibarət inşaat dəstələrinin Cocuq Mərcanlı kəndinin bərpası prosesində görəcəyi işlərin planı bu sahəyə cavabdeh qurumlara göndərilib”.
M.İbrahimqızı deyib ki, Azərbaycanda yüksək vətənpərvərlik ruhunda böyüyən gənc nəsil yetişib. Onun fikrincə, Ali Baş Komandanın əmri ilə bu gənclik torpaqlarımızı istənilən vaxt işğaldan azad etməyə hazırdır.
Daha sonra jurnalistlərin sualları cavablandırılıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 713 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30