Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezidentin Sərəncamından irəli gələn vəzifələr Baş Prokurorluqda müzakirə edilib

Prezidentin Sərəncamından irəli gələn vəzifələr Baş Prokurorluqda müzakirə edilib

17.02.2017 [10:09]

Fevralın 16-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamından irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Baş prokuror Zakir Qaralov çıxış edərək xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin humanist siyasətinin təzahürü olan həmin Sərəncamın mükəmməl şəkildə hazırlanmış strateji əhəmiyyətə malik sənəd olmaqla, ölkənin hüquq sisteminin əsaslı şəkildə yenilənməsinə və müasirləşməsinə imkan yaradacağını bildirib. Qeyd edilib ki, Sərəncamda Ədliyyə Nazirliyinə Baş Prokurorluqla birgə elektron nəzarət vasitələrinin tətbiqi məqsədilə normativ hüquqi aktlara dəyişikliklərin edilməsinə dair təkliflərin hazırlanıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb.
Prokurorluq orqanları tərəfindən üzərlərinə düşən vəzifələrin vaxtında və keyfiyyətli icrası məqsədilə geniş tərkibdə işçi qrupu yaradılıb və işçi qrupuna konkret tapşırıqlar verilməklə 20 gün ərzində müvafiq qanun və normativ aktların layihələrinin hazırlanması tapşırılıb.
Əməliyyat müşavirəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev, Baş prokurorun müavini Namiq Əsgərov, Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Daxili İşlər Nazirliyinin Baş istintaq və təhqiqat idarəsinin rəisi Sərvər Mehrəliyev, Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş idarəsinin rəisi Həsən Mansurov, Baş prokurorun böyük köməkçisi Mübariz Əhmədov Sərəncamdan irəli gələn məsələlər ətrafında çıxışlar edib, sənədin icrası ilə əlaqədar görüləcək işlər müzakirə olunub.
Tədbirə yekun vuran Baş prokuror dövlət başçısının verdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək üçün rəy və təkliflərin hazırlanaraq qısa müddət ərzində işçi qrupuna təqdim olunması, eləcə də mövcud nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmaması ilə bağlı konkret göstərişlər verib.

Paylaş:
Baxılıb: 592 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31