Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub

YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub

17.02.2017 [10:03]

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının yaradılmasının 24-cü ildönümü qeyd olunub. Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov partiya üzvlərini təşkilatın yaranmasının 24 illiyi münasibəti ilə təbrik edərək, ötən dövr ərzində şəhər təşkilatının gördüyü işlərdən bəhs edib. O qeyd edib ki, hazırda şəhər təşkilatının 57 ərazi ilk partita təşkilatı var ki, burada ümumilikdə 7207 nəfər birləşib. Təşkilat üzvlərinin 4311 nəfəri qadın, 2195 nəfəri gəncdir. Təkcə bu ilin yanvar ayında 23 nəfər partiya sıralarına qəbul olunub.
Sonra C.Yusubov YAP şəhər təşkilatının qurucularından və təşkilatın ilk sədri olan, YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin təbrik teleqramının mətnini tədbir iştirakçılarına çatdırıb.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsində əldə edilən uğurlardan geniş bəhs edib. O, eyni zamanda, son illər ərzində ölkə başçısının Mingəçevirə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq şəhərdə yeni salınacaq Sənaye Parkının tikintisi haqda məlumat verib. Bildirib ki, Mingəçevir şəhəri günü-gündən daha da inkişaf edir, şəhər gözəlləşir, mütəmadi olaraq abadlıq və quruculuq işləri aparılır ki, bütün partiya üzvləri də bu işlərdə yaxından iştirak edirlər: “YAP Mingəçevir şəhər təşkilatının üzvləri də ictimai-siyasi proseslərdə, quruculuq işlərində yaxından iştirak edir və şəhər rəhbərliyi tərəfindən verilən tövsiyə və tapşırıqların öhdəsindən uğurla gəlirlər”.
N.Bayramov təşkilat üzvlərini əlamətdar gün münasibəti ilə təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb.
Sonda YAP sıralarına yeni qəbul edilən gənclərə partiya vəsiqələri təqdim edilib.

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31