A+   Yenilə  A-
Azərbaycanda gənclərin inkişafı dövlət üçün hər zaman prioritetdir

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev www.yap.org.az saytına müsahibə verib:
- İntiqam müəllim, hər il 2 fevral – Gənclər Günü ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri nədən ibarətdir?
- Bilirsiniz ki, bu il 2 fevral - Gənclər Gününün Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsis olunmasının 20 ili tamam olur. Bu, bizim üçün çox əlamətdar bir gündür. Aydın məsələdir ki, ilboyu dövlət tərəfindən məqsədyönlü şəkildə gənclərin inkişafına yönəlmiş siyasət həyata keçirilir. Amma Gənclər Günü hər bir ölkədə yoxdur. Ölkəmizdə bu günün təsis edilməsi o deməkdir ki, Azərbaycanda gənclərin inkişafı dövlət üçün hər zaman prioritetdir. Biz hər il görülən işlərlə bağlı gənclərə hesabat veririk, eyni zamanda, onların fikir və təkliflərini dinləyirik.
Ümumiyyətlə, Azərbaycanda dövlət gənclər siyasəti beynəlxalq müstəvidə bir modeldir. Bu faktı müxtəlif ölkələrin nümayəndələri də vurğulayırlar. Azərbaycana gələn xarici qonaqlar deyirlər ki, gənclərlə iş sahəsində nəyisə öyrətməyə gəlmişdik, amma burdan nəsə öyrənib qayıdırıq. Çünki artıq bu sahədə Azərbaycanın böyük təcrübəsi və nailiyyətləri var. Görülən işlər nəticəsində gənclərimiz bu gün nəinki ölkə daxilində, eyni zamanda beynəlxalq müstəvidə keçirilən tədbirlərdə də Azərbaycanı uğurla təmsil edirlər. Bir çox gənclərimiz xaricdə təlimçi qismində iştirak edərək əcnəbi gənclərlə təcrübəmizi bölüşürlər.
Biz öz siyasətimizi “Gənclər siyasəti haqqında” Qanuna uyğun olaraq qurmuşuq. Bununla yanaşı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” adlı sənəd var ki, bu gün həmin sənəddə nəzərdə tutulan tədbirləri həyata keçiririk. Strategiyaya əsasən gənclərimizin hərtərəfli inkişafına şəraitin yaradılması istiqamətində addımlar atmağa çalışırıq. İstedadlı, yaradıcı gənclərə stimul verilməsi, gənclərin elmə marağının artırılması, gənclərimizin beynəlxalq müstəvidə layiqincə təmsilçiliyi və digər mühüm məsələlər fəaliyyətimizin ön sıralarında gedir. Gənclər siyasəti vasitəsi ilə təkcə gənclərin inkişafı üçün deyil, ölkəmizin, mədəniyyətimizin təbliğinə də öz dəstəyimizi verməyə çalışırıq.
- Başa vurduğumuz 2016-cı ildə Gənclər və İdman Nazirliyi nə kimi tədbirlər reallaşdırıb?
- Ötən il Gənclər və İdman Nazirliyinin xətti ilə 150 tədbir-layihə reallaşdırılıb. Bu tədbirlərin 30-u beynəlxalq, 120-si respublika səviyyəli olub. Bölgələrimizdə də çoxsaylı tədbirlər keçirilib. Nazirlik olaraq gənclərimizin beynəlxalq əlaqələrinə xüsusi diqqət yetiririk. Belə ki, 2016-cı ildə 1000-dən artıq gənc bizim mübadilə proqramında iştirak edib. Xaricdən gələn gənclər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə qatılıb, həmçinin bizim gənclərimiz başqa ölkələrdə beynəlxalq tədbirlərdə iştirak ediblər. Onların sırasına gənc alimlər, ictimai fəal, yaradıcı və s. gənclər daxildirlər.
Qeyd edim ki, ötən il ərzində kifayət qədər maraqlı tədbirlər keçirilib. Bu tədbirlər ölkəmizlə yanaşı, Avropa və MDB məkanını əhatə edib. Məsələn, mən “Youthvision” layihəmizi xatırlatmaq istəyirəm. Mədəniyyət sahəsinə aid bir layihədir. Azərbaycanın bir ölkə olaraq “Eurovision” musiqi yarışmasında iştirakını nəzərə alaraq ona oxşar bir layihə keçiririk. 2016-cı ildə bu layihəni 20 ölkənin iştirakı ilə reallaşdıra bildik. Bilirsiniz ki, hazırda dünyada maliyyə-iqtisadi böhran, qeyri-sabitlik var. Belə bir şəraitdə 20 ölkədən gənclər öz hesablarına bu layihədə iştirak edərək öz maraqlarını nümayiş etdirdilər. Bu, təkcə layihəyə deyil, ölkəmizə olan maraqdır. Azərbaycanın dinamik inkişafı, mövcud olan ictimai-siyasi sabitlik bu gəncləri çox maraqlandırıb ki, həmin layihədə iştirak ediblər.
Keçən il həmçinin “Multikulturalizm ili” çərçivəsində də tədbirlər keçirdik. Gənclər arasında bu ideyanın təbliği, milli-mənəvi dəyərlərin təbliği, gənclər arasında dini radikalizmin profilaktikası baxımından maraqlı tədbirlərimiz oldu.
Gənclərin elmə marağının artırılması baxımından “İstedadların hazırlıq laboratoriyası” layihəsini xüsusi qeyd etmək istəyirəm. Hər il keçirdiyimiz bu laboratoriyada minlərlə məktəbli yeniyetmə, gənc iştirak edir. Bizim üçün çox vacib məqamdır ki, bu layihədə bölgədən olan gənclər fəal iştirak edir və qaliblərin 30-40 faizi cənub bölgəsindən olan oğlan və qızlardır. Böyük uğurdur ki, gənc məktəbli qızlar fizika, riyaziyyat, kimya fənnindən qalib gəlirlər. Bu layihənin növbəti mərhələsi odur ki, qalib olan bu uşaqlar beynəlxalq olimpiadalarda iştirak edirlər. Həmin uşaqlardan bu gün Prezident təqaüdçüləri, xaricdə ali təhsil alanlar da var.
Digər bir məsələ isə gənc alimlərimizlə bağlıdır. Gənclərin elmə həvəsləndirilməsi ilə yanaşı, elmdə olan gənclərin fəaliyyətinə dəstək verilməsi də nazirliyin diqqətindədir. Biz hər il gənc alimlərin elmi işlərini nəşr edirik və düşünürəm ki, alim üçün onun beyninin məhsulunu nümayiş etdirmək, təcrübəsini bölüşmək, tərəf-müqabilləri ilə fikir mübadiləsi aparmaq böyük nailiyyətdir. Eləcə də gənc alimlərin beynəlxalq elmi konfranslarda iştirakına dəstək veririk. Həmçinin gənclərin sahibkarlıq, iqtisadi biliklərinin artırılması üçün, biznesinə dəstək üçün layihələrimiz var.
Eyni zamanda, gənclərimizin yeni texnologiyalara yiyələnmələri üçün potensiallarını stimullaşdırmağa çalışırıq. Ölkəmizdə kompüter oyunları üzrə çempionatlar təşkil olunur. İlk vaxtlarda bəzən tənqid olunurduq ki, dövlətin vəsaiti kompüter oyunlarına xərclənir. Amma bu, lazımdır, çünki dünyada da belə təcrübə mövcuddur. Bu layihə vasitəsilə dünya auditoriyalarına çıxmaq lazımdır. Bu baxımdan, 2016-cı ildə nailiyyətlərimiz var. Dünya çempionatında 2-ci yerə çıxmış qalibimiz var.
- Gənclərin vətənpərvərlik, o cümlədən hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi də daim diqqət mərkəzindədir. Bu baxımdan, nazirliyin əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?
- Əlbəttə ki, gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsi fəaliyyətimizin əsasını təşkil edən mühüm istiqamətlərdən biridir. Bu mənada, təbii ki, xeyli sayda layihələrimiz, tədbirlərimiz var. Bizim gənclərimiz var ki, milli kompüter oyunlarını icad edirlər. Artıq bir neçə məhsulumuz var. Məsələn, onların sırasında “Şuşa və Ağdam işğal altında” layihəsinin adını çəkə bilərəm. Gənclərin fantaziyasına görə, xüsusi təyinatlılarımız torpaqlarımızı erməni işğalından azad edirlər. Bu, kifayət qədər çox oynanılan oyundur. Buna görə ermənilər bizə qarşı kampaniya aparırdılar ki, guya Azərbaycan gəncləri militarist kimi böyüyürlər. Amma onların iddialarının əsası yoxdur. Çünki torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın işğalçılıq siyasətinin dünyada ifşa olunması əsas vəzifələrimizdəndir. Eyni zamanda, “Odlar yurdu” kompüter oyunları istehsala buraxılıb ki, burada da tariximiz, mədəniyyətimiz geniş təbliğ olunur.
Tədbirlər sırasında mən Virtual Qarabağ Mərkəzinin məhsullarını qeyd etmək istəyirəm. Bu mərkəz tərəfindən Laçın, Şuşa, qədim Azərbaycan şəhəri olan İrəvan və başqa ərazilərimiz haqqında film hazırlanıb. Bu istiqamətdə işlər davam edir. Virtual Qarabağ Mərkəzi 2011-2015-ci illəri əhatə edən Azərbaycan gəncliyinin inkişafı Dövlət Proqramı çərçivəsində yaradılıb. Amma Dövlət Proqramı bitsə də, layihə fəaliyyətini davam etdirir. Çünki uğurludur. Nazirlik dəstək göstərir. Bu məhsullar bir neçə dildə hazırlanır.
Hərbi vətənpərvərlik mövzusunda layihələrimiz sırasında “Şahin” hərbi idman oyunlarını qeyd etmək istəyirəm. Bu, hər il yüz minlərlə məktəblinin qatıldığı layihədir. Gənclər hərbi xidmətə çağırılır, vətənin müdafiəsində dayanırlar. Buna görə də onlar üçün indidən hərbi texnika ilə işləmək, hərbi fiziki işlər görmək hərbi vətənpərvərlik hisslərinin yüksəlməsi baxımından çox əhəmiyyətli layihədir. Eyni zamanda, hər il Xocalı soyqırımı ərəfəsində keçirdiyimiz “Mahir nişançı” müsabiqəmiz var ki, gənclər, tələbələr arasında böyük maraqla qarşılanır.
Bütün bunlarla yanaşı, hərbi xidmətdə olan gənclərlə mülki gənclər arasında daim ünsiyyət qurulur. Biz gənclərin xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrə səfərlərini təşkil edirik. Bu, bizim ənənəmizdir. Eləcə də, nazirliyin yerli idarələri əlamətdar günlərdə hərbi hissələrə baş çəkib hərbçilərimizlə görüşlər keçirirlər.
Nazirlik olaraq mütəmadi şəkildə “Əsgər bayramı”, “Hünər” mahnı festivalı və digər layihələr reallaşdırırıq ki, bu, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir.
Mən bir məqamı da xüsusi vurğulamaq istəyirəm ki, ötən ilin aprel döyüşləri bizim üçün sınaq idi. Azərbaycan gəncləri nümayiş etdirdilər ki, onlarda vətənpərvərlik ruhu daim yüksəkdir və öndədir. Aprel döyüşləri xalqımızın həmrəyliyini göstərdi. Dünya da, öz cəmiyyətimiz də gördü ki, gənclərimiz nəyə, hansı gücə qadirdirlər. O proseslər zamanı on minlərlə gəncimiz cəbhəyə getməyə can atırdı. Amma işğalçı Ermənistan isə insanların cəbhə zonasından qaçmasının qarşısını almağa çalışırdı. Bir sözlə, gənclərimizdə böyük ruh yüksəkliyi var. Sosialoji sorğularda da vətənpərvərlik baxımından mütləq faiz yüksəkdir.
- Qeyd etdiyiniz kimi, Gənclər və İdman Nazirliyi gənclərlə iş sahəsində səmərəliliyi daha da artırmaq üçün müxtəlif layihələr həyata keçirir. Bəs bu sahədə infrastruktur təminatı hansı səviyyədədir?
- Gənclər və idman sahəsində infrastrukturumuz genişlənir. 2016-cı ildə də ölkədə Gənclər evlərinin sayı artıb. Artıq respublikamızda 39 Gənclər evi və mərkəzləri var. Bunların 12-si nazirliyimiz tərəfindən inşa edilib və bir neçəsi də inşa olunmaqdadır. Digərləri isə müvafiq rayon icra hakimiyyətləri tərəfindən inşa edilib. Biz çalışırıq ki, bütün bu mərkəzlərin fəaliyyətini əlaqələndirək. Bu mərkəzlər müasir standartlara tam cavab verən məkanlardır, maddi-texniki təchizatı yüksək səviyyədədir. Gənclər evləri və mərkəzləri ictimai fəallıq, ən müxtəlif mövzularda diskussiyaların aparılması baxımından münasib məkanlardır. Bu il ərzində çalışacağıq ki, onların fəaliyyətini daha da gücləndirək.
Maraqlıyıq ki, partnyorlarımız olan gənclər təşkilatları da tədbirlərini bu məkanlarda keçirsinlər. Bu amil rayon və şəhər gənclərinin ictimai fəallaşması deməkdir. Eləcə də Olimpiya mərkəzlərində də təkcə idman yarışları deyil, digər tədbirlər, intellektual oyunlar keçirmək imkanlarımız var. Bu mərkəzlərin də potensialından istifadə edirik.
- Azərbaycanda gənclərin inkişafı üçün müxtəlif Dövlət proqramları həyata keçirilib. Hazırda da yeni proqramlar üzərində iş gedirmi?
- Yuxarıda qeyd etdiyim kimi, “Gənclər siyasəti haqqında” Qanuna uyğun olaraq fəaliyyət göstəririk. Eyni zamanda, gənclərin inkişafı ilə əlaqədar Dövlət proqramları var. Bu istiqamətdə artıq iki Dövlət Proqramı icra olunub. Düşünürəm ki, üçüncü Dövlət Proqramı yaxın zamanlarda qəbul ediləcək. Bu yöndə işlər gedir və sənədin digər dövlət qurumları ilə razılışdırılması prosesi başa çatmaq üzrədir.
Belə bir ənənəmiz var ki, gənclərlə bağlı sənəd hazırlandıqda ictimai müzakirələr təşkil olunur, gənclərin fikirləri, təklifləri nəzərə alınır. Cənab Prezidentin də tapşırığı belədir ki, proqramlar konkret olmalı və gənclərin maraqlarını əks etdirməlidir. Dövlət başçısı ilə gənclərin görüşlərində də canlı dialoq olur və bunun özü dünya üçün müsbət təcrübədir.
- Gənclər və İdman Nazirliyi ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları ilə işi hansı səviyyədə qurub?
- Hazırda respublikamızda 330-dan çox gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlarda ictimai fəaliyyətlə məşğul olan, elm, təhsil və digər sahələrdə çalışan gənclər təmsil olunurlar. Dövlət proqramlarının mühüm nəticələrindən biri də Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılmasıdır. Fəaliyyət göstərdiyi 5 il ərzində minlərlə layihə icra olunub. Burada müsbət cəhət odur ki, fərdlərin layihələri maliyyələşdirilir.
Bütövlükdə gənclərin öz potensialını reallaşdırmaq üçün şərait yaradılıb. Müxtəlif sahələrdə çalışmaq istəyən gənclər var. Müxtəlif sahələrdə uğur qazanan gənclər hər il dövlət başçısı tərəfindən mükafatlandırılır, təltif olunurlar.
Özlərini siyasətdə sınamaq istəyən gənclər var ki, onlar YAP Gənclər Birliyinin ətrafında birləşiblər. Təşkilat təkcə siyasi deyil, ən müxtəlif mövzularda layihələr həyata keçirir. Biz nazirlik olaraq YAP Gənclər Birliyi ilə sıx əməkdaşlıq edirik. Təşkilatda müxtəlif sahələr üzrə çox bacarıqlı, istedadlı gənclər var ki, onların potensialından istifadə etməyə çalışırıq.
- İntiqam müəllim, bildiyimiz kimi, ölkə Prezidenti cənab İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edib. Gənclər və İdman Nazirliyi bu il çərçivəsində hansı tədbirləri keçirməyi nəzərdə tutur?
- Ölkə Prezidenti tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması cəmiyyətimizi çox yüksək səviyyədə ruhlandıran qərardır. Bu il ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək və bu Oyunlara minlərlə insan qatılacaq. Yəni bu tədbirə dünyada çox böyük maraq olacaq.
Eyni zamanda, bu qərarın siyasi yükü də böyükdür. Azərbaycan dövlət olaraq Şərqlə Qərb arasında körpü rolunu oynayır, dünya miqyasında nüfuzlu ölkədir. İl ərzində keçiriləcək müxtəlif tədbirlər Azərbaycanın beynəlxalq mövqeyini gücləndirəcək, təbliğatı genişlənəcək. Xaricdən gələn qonaqlar ölkəmizlə daha yaxından tanış olacaqlar. Eyni zamanda, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ölkəmizə gələn turistlərin də sayı çox olacaq.
Nazirlik olaraq, təbii ki, bu il çərçivəsində layihələr keçirəcəyik. Bunların içərisində “Mən Azərbaycan haqqında nə bilirəm” ənənəvi layihəmizi qeyd etmək istəyirəm. Bu layihəni müxtəlif ölkələrin tələbələri arasında keçiririk və qalib gələn tələbələrin Azərbaycana səfərini təşkil edirik. Nəzərdə tutmuşuq ki, həmin layihəni bu il müsəlman ölkələrində keçirək və qalib gələn gənclərin yay aylarında ölkəmizə səfərini təşkil edək. Eyni zamanda, İslam ölkələrinin gənc klassik müsiqi ifaçılarının müsabiqəsi də keçiriləcək. Həmçinin İslam ölkələrinin gənc alimlərinin Azərbaycanda toplantısının keçirilməsini planlaşdırırıq.
Ümumiyyətlə, bu ilə sırf İslam dini məqamından deyil, İslam dünyasında elm, təhsil, mədəniyyət və digər sahələrdə birliyin gücləndirilməsi baxımından yanaşmaq lazımdır. Bu baxımdan, Azərbaycanın İslam dünyasına böyük töhfələr verməsi böyük əhəmiyyət kəsb edir və ölkəmiz bu prosesdə də bir daha özünü təsdiq edəcək.

 
  • Oxunub:  9540  |  
  • Tarix:  02-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA