Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Musa Quliyev: Əhalinin sosial rifahının daha da yaxşılaşması dövlətimizin fəaliyyətinin prioritet istiqamətidir

Musa Quliyev: Əhalinin sosial rifahının daha da yaxşılaşması dövlətimizin fəaliyyətinin prioritet istiqamətidir

01.02.2017 [10:37]

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda toxunduğu məsələlər bir daha onu göstərir ki, əhalinin sosial rifahının daha da yaxşılaşması dövlətin fəaliyyətinin prioritet istiqamətidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib.
Musa Quliyev deyib ki, bu il də sosial məsələlərin həlli ilə bağlı bütün proqramlar icra ediləcək. 2017-ci ilin dövlət büdcəsinin 40 faizdən çoxu sosial layihələrin icrasına yönəlib. Bu, bir daha Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olduğunu göstərir.
Milli Məclisin deputatı qeyd edib ki, görüləcək digər tədbirlər hesabına on minlərlə iş yeri yaradılacaq və işsizlik aşağı səviyyədə qalacaq. Kənd təsərrüfatı sahəsində iri layihələrin həyata keçirilməsi, o cümlədən yeni pambıq, fındıq, badam sahələrinin salınması əlavə iş yerlərinin açılmasına səbəb olacaq. Təkcə bu il 40 mindən çox yeni iş yerinin açılması planlaşdırılır.
Musa Quliyev vurğulayıb ki, Azərbaycan Prezidentinin əsas hədəfi ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını artırmaqdır. Dövlətimizin başçısı vurğuladı ki, ölkə vətəndaşı daha da yaxşı yaşamalıdır. Ona görə, sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulub, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşıya məqsəd kimi qoyulub.

Paylaş:
Baxılıb: 306 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30