Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov və Milli Məclisin deputatları Tərtər rayonunda olublar

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov və Milli Məclisin deputatları Tərtər rayonunda olublar

01.06.2016 [09:39]

Səfər çərçivəsində erməni təxribatları zamanı dağılmış evlərə baxış keçirilib, xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr verilib

 

Əli Əhmədov: Hər bir Azərbaycan vətəndaşı qəti əmindir ki, əsgərlərimiz Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmək qüdrətindədirlər
Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Eldar İbrahimov və Hüseynbala Mirələmov mayın 28-də Tərtər rayonunda olub, əsgər və zabitlərlə görüşüblər.
Baş nazirin müavini, Milli Məclisin deputatları və Tərtər rayon rəhbərliyi əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar. Sonra şəhərin mərkəzi meydanında qurulmuş böyük monitorda Tərtər rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin birgə layihəsi olan və Tərtər rayonuna həsr olunan “Qəhrəman Tərtərim” musiqili kompozisiyası təqdim edilib.
Daha sonra Baş nazirin müavini Əli Əhmədov aprelin əvvəllərində cəbhənin Tərtər istiqamətində gedən döyüşlərdə fərqlənən hərbçilərlə görüşüb. Hərbçilər qarşısında çıxış edən Əli Əhmədov bildirib ki, əsgərlərimiz Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpa edilməsi üçün hər cür qəhrəmanlığın nümayiş etdirilməsinə hazır olduqlarını sübuta yetirdilər. Hərbçilərimizin göstərdiyi şücaətin yüksək səviyyədə qiymətləndirildiyini bildirən Baş nazirin müavini əsgərlərimizin bu şücaətlərinin, erməni təxribatına verilən layiqli cavabın, eyni zamanda, Tərtər sakinlərinin göstərdiyi dəyanətin Azərbaycanı gözlədiyi qələbəyə yaxınlaşdırdığını söyləyib: “Azərbaycan əsgəri öz qabiliyyətini, döyüş şücaətini, hünərini göstərdi, düşmənə layiqli cavab verdi. Eyni zamanda, Ali Baş Komandanımızın hər bir əmrinə hazır olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı öz hərbi qüvvələri ilə, öz döyüşçüləri ilə fəxr edə bilər. Azərbaycan xalqı şəhid verməklə qələbəyə yaxınlaşmaq qüdrətində olduğunu göstərdi. Şəhidlik bizim əsgərlərimiz üçün bir nümunə, qəhrəmanlıq simvoluna çevrilibdir. Şəhid verən, şəhid verməyi bacaran xalq qələbəsini təmin etmək qüdrətində olduğunu sübut edir. Bu gün biz çox məmnunuq ki, Respublika Günündə bizim qəhrəman əsgərlərimizlə və Tərtər sakinləri ilə birlikdəyik. Bu bir daha xalqımızın və hərbçilərimizin birliyindən xəbər verir. Biz əsgərlərimizlə fəxr edirik, onların şücaətinə, qəhrəmanlığına güvənirik. Ali Baş Komandanımızın rəhbərliyi ilə səngərdə olan əsgərlərimizin, öz canını Vətən yolunda qurban verməyə hazır olan hərbçilərimizin qəhrəmanlığı sayəsində Azərbaycan torpaqları işğaldan azad ediləcək. Bütün əsgərlərimizə bu günə qədər göstərdikləri şücaəti bundan sonra da nümayiş etdirmələrini arzulayıram. Millətimiz, xalqımız, dövlətimiz və Ali Baş Komandanımız əsgərlərimizdən bu şücaəti gözləyir”.
Daha sonra Baş nazirin müavini Əli Əhmədov xidmətdə fərqlənən hərbçilərə hədiyyələr təqdim edib, xatirə şəkli çəkdirib.
Tərtər rayonuna səfər çərçivəsində Baş nazirin müavini Əli Əhmədov və Milli Məclisin deputatları Ermənistan silahlı bölmələrinin şiddətli artilleriya atəşi nəticəsində dağılmış evlərə baş çəkiblər. Tərtər şəhərində dağılan evlərə baxış keçirən, ev sahibləri ilə görüşən Əli Əhmədov bildirib ki, ziyan çəkmiş evlər birmənalı şəkildə bərpa edilir. Bununla bağlı ölkə Prezidentinin xüsusi tapşırığının olduğunu söyləyən Baş nazirin müavini evlərin əvvəlkindən daha yüksək səviyyədə təmir olunacağını diqqətə çatdırıb: “Mən məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, aprel ayında baş verən hadisələr Azərbaycan Ordusunun qəhrəman əsgərlərinin erməni təxribatlarına layiqli cavab verməyə hazır olduqlarını göstərdi. Hesab edirəm ki, bu, eyni zamanda, bizim ordumuzun döyüş qabiliyyətinin, əsgərlərimizin, bütün hərbçilərimizin əhval-ruhiyyəsinin kifayət qədər yüksək olduğunu bir daha təsdiq etmiş oldu. Azərbaycan Ordusu Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycanın işğal altında olan bütün ərazilərini azad etməyə hazırdır, qadirdir. Əlbəttə ki, biz münaqişənin dinc yolla həll olunmasının tərəfdarıyıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla əlaqədar dövlətimizin, xalqımızın və şəxsən dövlət başçısı olaraq Özünün mövqeyini dəfələrlə ifadə edib. Biz bu münaqişənin dinc yolla, qan tökülmədən həll olunmasının tərəfdarıyıq. Təbii ki, Azərbaycanın işğal altında olan torpaqları qeyd-şərtsiz işğaldan azad olunmalı, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Əgər bu şərtlər daxilində münaqişə öz həllini tapmasa, təbii ki, münaqişəni həll edən başlıca amil Azərbaycanın qəhrəman hərbçiləri olacaq. Bu gün hər bir Azərbaycan vətəndaşı qəti əmindir ki, əsgərlərimiz Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etmək qüdrətindədirlər. Güman edirəm ki, torpaqlarımızın işğaldan azad olunacağı gün o qədər də uzaqda deyil”.
Əli Əhmədov onu da əlavə edib ki, Tərtər rayonunun sakinlərinin qəhrəmanlığı, dəyanəti ayrıca vurğulanmalıdır. Onun sözlərinə görə, aprel ayında baş verən hadisələr zamanı Tərtər əhalisi qəhrəmanlıq nümunəsi sərgilədi: “Zərər çəkmiş evlərlə bağlı məsələ artıq öz həllini tapır, təmir-bərpa işləri aparılır. Azərbaycan hökuməti Prezidentin tapşırığı əsasında bu istiqamətdə lazımi olan işləri görür. Eləcə də, yerli hakimiyyət strukturları, İcra Hakimiyyəti öhdəsinə düşən işləri layiqincə yerinə yetirir. Biz zərər görmüş evlərdə olduq, davam edən təmir işləriylə tanış olduq. Bütün evlər təmir olunacaq. Hesab edirəm ki, həmin evlərin sahibləri heç bir əziyyət çəkməyəcəklər. Mən bir daha aprel hadisələri zamanı Tərtər sakinlərinə götərdikləri qəhrəmanlıq, dəyanətə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Bu qəhrəmanlıqlar bizi qələbəyə yaxınlaşdırır”.
Evləri ziyan görmüş sakinlər - Rəbiyyə Qarayeva, Elmira Səfərova, Abbas Abbasov və digərləri görülən işlərdən razılıqlarını bildiriblər. Ölkə Prezidentinin diqqət və qayğısını hər zaman hiss etdiklərini dilə gətirən sakinlər bildiriblər ki, evlərin təmir-bərpa işləri sürətlə gedir. Ermənilərin törətdikləri təxribatlardan çəkinmədiklərini deyən ev sahibləri ölkə Prezidentinin ətrafında sıx birləşdiklərini, qələbənin təmini üçün əllərindən gələni etməyə hazır olduqlarını bildiriblər.
Qapanlı kəndində də Ermənistanın hərbi birləşmələrinin artilleriya zərbələri nəticəsində dağılmış evlərə baxış keçirən Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, bu gün Azərbaycanla Ermənistanı heç bir müstəvidə müqayisə etmək mümkün deyil. İqtisadi potensial, güc, inkişaf perspektivləri baxımından Azərbaycanın üstünlüyü özünü bariz şəkildə nümayiş etdirir: “Ermənilərin atdıqları mərmilər bir neçə evi zədələyib. Azərbaycan dövlətinin imkanı var ki, qısa zamanda bu evləri bərpa etsin. Bu mənada hər hansı bir narahatlığımız yoxdur. Müharibənin taleyini isə bir-iki mərmi ilə, bir-iki evə ziyan vurmaqla təmin etmək mümkün deyil. Müharibənin taleyini əsgərlərimizin şücaəti, Ali Baş Komandanımızın əmrləri və insanlarımızın yüksək əhval-ruhiyyəsi, qəhrəmanlığı həll edəcək. Əgər erməni tərəfi münaqişənin dinc yolla nizamlanması üçün lazımi addımları atmasa, torpaqlarımızı işğaldan dinc yolla azad etməsə, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bir yumruq kimi birləşib, malik olduğu potensialı səfərbər edib çox qısa bir zamanda münaqişəni həll edəcəkdir”.
Daha sonra Baş nazirin müavini Əli Əhmədov və millət vəkilləri ön xətdə xidmət edən əsgər və zabitlərlə görüşüb, onların xidmət şəraiti ilə tanış olublar.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 428 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31