Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan Prezidenti İlham Əliyev Maltanın Prezidenti Mari-Luiz Koleyro Preka ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev Maltanın Prezidenti Mari-Luiz Koleyro Preka ilə görüşüb

27.04.2016 [10:22]

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti xanım Mari-Luiz Koleyro Preka ilə görüşüb.
Prezident İlham Əliyev Maltanın Prezidenti Mari-Luiz Koleyro Prekaya BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya gəldiyinə görə təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu səfəri həm də ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət kimi dəyərləndirib və ölkələrimiz arasında əlaqələrin müsbət məcrada inkişaf etdiyini söyləyib.
Prezident İlham Əliyev Azərbaycan ilə Malta arasında qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq sahələrinin mövcud olduğunu da bildirib. Ölkəmizin bu cür mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini söyləyən dövlətimizin başçısı xanım Prezidentin Bakıya səfərinin səmərəli keçəcəyinə ümidvar olduğunu vurğulayıb.
Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Malta Prezidenti Mari-Luiz Koleyro Preka Forumun əhəmiyyəti, yüksək səviyyədə təşkili və tədbirin açılışında Prezident İlham Əliyevin məzmunlu çıxışının yaratdığı yüksək təəssüratdan danışıb. İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfərlərin önəmini vurğulayan Malta Prezidenti ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq perspektivlərinə də toxunub.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 729 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31