Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağstafanın 60 minə yaxın sakini pulsuz tibbi müayinədən yararlanıb

Ağstafanın 60 minə yaxın sakini pulsuz tibbi müayinədən yararlanıb

27.04.2016 [10:05]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, cari ilin fevralın 15-dən mayın 2-dək ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi aksiyası Ağstafa rayonunda da uğurla davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Mustafayev AZƏRTAC-a bildirib ki, tərtib olunan qrafikə əsasən rayon sakinləri həkim briqadaları tərəfindən hərtərəfli müayinə edilir. Artıq 59 min 718 nəfər tibbi müayinədən keçib. Müayinə zamanı xəstəlik aşkarlanan 4883 nəfər ambulator, 126 nəfər stasionar müalicəyə cəlb olunub. Bundan əlavə, 120 nəfər müalicələrini davam etdirmək üçün Bakı şəhərinə göndərilib.
Tibbi müayinədən yararlanan sakinlər bu xeyirxah aksiyaya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31