Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ADA Universitetində konfliktlərin gənclərin fəaliyyətinə təsiri mövzusunda müzakirələr aparılıb

ADA Universitetində konfliktlərin gənclərin fəaliyyətinə təsiri mövzusunda müzakirələr aparılıb

01.04.2016 [10:28]

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə ADA Universitetində “Konfliktlərin ictimai həyata və gənclərin fəaliyyətinə təsiri” layihəsi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, Milli Məclisin deputatlarının, elm xadimlərinin və gənclər təşkilatların təmsilçilərinin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə “Konfliktlərin rəngi” adlı rəsm sərgisinə və təqdimat videosuna baxıblar.
Milli Məclisin gənclər və idman komitəsinin, həmçinin “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov layihə haqqında məlumat verərək bildirib ki, əsas məqsəd konfliktlərin, soyqırımların, terror aktlarının ictimai həyata və gənclərin fəaliyyətinə göstərdiyi təsiri diqqətə çatdırmaqdır.
Fuad Muradov deyib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi hər birimiz üçün əsas istiqamət olmalıdır. Bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət sülhə və əməkdaşlığa əsaslanır. Biz daim dünyada konfliktlərin, terrorun əleyhinə olsaq da, özümüz bu dəhşətli bəlaya məruz qalmışıq. Məhz bu layihə gənclərin beynəlxalq və lokal konfliktlərin həllində iştirakının artırılmasına, münaqişələrdən zərər çəkən gənclərin vətəndaş hüquqları barədə maarifləndirilməsinə xidmət edir. Layihənin digər istiqaməti yerli gənclərin beynəlxalq layihələrdə ixtisaslaşması və təcrübə qazanmaları, onların əlaqələrinin gücləndirilməsidir.
ADA Universitetinin vitse-prezidenti Fariz İsmayılov çıxışında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlardan danışıb, bu barədə həqiqətlərin, faktların gənc nəslə aşılanmasının vacibliyini bildirib. Qeyd edib ki, bunlar dövlətimizin, dövlətçiliyimizin qorunmasında vacib amillərdəndir. O, eyni zamanda, belə layihələrin, ideyaların gələcəkdə də dəstəklənməsinin əhəmiyyətini qeyd edib.
Milli Məclisin deputatları Rövşən Rzayev və Sevinc Hüseynova çıxışlarında gənclərin beynəlxalq səviyyədə müdafiəsi, ictimai həyatın bütün sahələrində onların hüquqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə dövlətlərin və müvafiq beynəlxalq təşkilatların əməkdaşlığını tənzim edən hüquq normalarının yaradılmasının vacibliyini vurğulayıblar.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, sənətşünas Dilarə Müzəffərli çıxış edərək soyqırımı və münaqişələr mövzusunda rəsm sərgisinin açılmasının əhəmiyyətini qeyd ediblər.
Sonra müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Tədbirin sonunda rəsm sərgisinin qalibləri mükafatlandırılıb.

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31