Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Abşeronda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mərasim keçirilib

Abşeronda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mərasim keçirilib

01.04.2016 [10:25]

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Abşeron rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının və rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə anım tədbiri keçirilib.
Tədbir iştirakçıları soyqırımı qurbanlarının, Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş igid oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxış edərək 1918-ci ilin martında erməni daşnaklarının və bolşevik qüvvələrinin Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımı həyata keçirdiklərini bildirib. Bu qanlı qırğında on minlərlə azərbaycanlının kütləvi şəkildə öldürülməsi XX yüzilliyin ən qanlı səhifələrindəndir. Erməni millətçilərinin xalqımıza qarşı apardığı bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti qurmaqdır.
B.Vəliyev bu soyqırımının əsl hüquqi-siyasi qiymətinin Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra verildiyini vurğulayıb. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olub.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan mühüm addımlardan biridir. Belə bir kompleksin inşası son dərəcə vacib əhəmiyyətə malikdir.
Bilman Vəliyev xalqımıza qarşı törədilən faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun fəaliyyətini xüsusi qeyd edib.
Sonra tədbirdə YAP Abşeron rayon təşkilatının Qadınlar Şurasının sədri Təyyubə Hüseynova, Mehdiabad 3 saylı orta məktəbin müəllimi İlqar Rüstəmov və Abşeron rayon təhsil şöbəsinin əməkdaşı Zərifə Cəbiyeva 31 Mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün görülmüş işlərdən danışıblar.
Arif ƏSƏDOV

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31