Ana səhifə »  Analitik »  Mehriban xanım Əliyevanın milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə olduqca yüksək qiymətləndirilir
A+   Yenilə  A-
Mehriban xanım Əliyevanın milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan səmərəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə olduqca yüksək qiymətləndirilir

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xalqımızın dərin rəğbətini və sevgisini qazanıb
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli və çoxşaxəli fəaliyyəti milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanır. Bu fəaliyyət, eyni zamanda, respublikamızın tərəqqisinin sürətləndirilməsi və davamlı xarakter alması, ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsi, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün də parlaq nümunədir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.
Mehriban xanım Əliyevanın çoxşaxəli, məqsədyönlü fəaliyyəti xalqımızın və dövlətimizin mənafeyinə xidmət edir
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tez-tez cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşlərdə olur. Belə görüşlər, müzakirələr çox səmimi ortamda keçir. Elə Mehriban xanım Əliyevanın fəaliyyətinin, təşəbbüslərinin mənbəyində də cəmiyyətdən, əhalinin müxtəlif təbəqələrindən gələn sosial sifarişlər dayanır. Onun özü dəfələrlə bildirib ki, öz missiyasını insanları narahat edən məsələlərin həllinə yardım göstərməkdə görür. Mehriban xanım Əliyevanın ifadə etdiyi “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır” sözləri onun portretinin konkret ştrixlərini göz önündə canlandırır.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. O, fəal ictimai-siyasi xadim kimi, Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür. Mehriban xanım Əliyeva ölkəmizi beynəlxalq miqyasda layiqincə təmsil edən, öz fəaliyyəti ilə Azərbaycanın davamlı inkişafına müstəsna töhfələr verən ictimai-siyasi xadim kimi tanınır. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın ictimai-siyasi xadim kimi portret cizgilərini tamamlayan ştrixlər kifayət qədər zəngindir. Mehriban xanım Əliyeva hələ millət vəkili kimi fəaliyyət göstərərkən xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub, sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Məhz buna görə də seçicilər Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyətini rəğbətlə qarşılayaraq yüksək qiymətləndiriblər. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr uğurla həyata keçirilib. Mehriban xanım Əliyeva, eyni zamanda, Milli Məclisdə Amnistiya aktlarının qəbul olunması təşəbbüsü ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub, yenidən cəmiyyətə inteqrasiya olunub. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının (YAP) V Qurultayında Mehriban xanım Əliyevanın partiyanın Sədr müavini seçilməsi partiya və cəmiyyət üçün əlamətdar olmaqla yanaşı, YAP-ın və dövlətimizin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olub.
Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən, Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması isə yuxarıda sadalanan milli və ictimai məzmunlu işlərin, xalqa xidmət fəlsəfəsinə söykənən çoxşaxəli və səmərəli fəaliyyətin qanunauyğun nəticəsidir. Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Mehriban xanım Əliyeva yeni təyinatadək ona həvalə olunan bütün vəzifələrin öhdəsindən layiqincə gələrək özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirmişdi. O zamana qədər Azərbaycan ictimaiyyəti Mehriban xanım Əliyevanın Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı yarışmasını, tarixdə ilk dəfə keçirilən Birinci Avropa Oyunlarını təşkil edən peşəkar komandanın rəhbəri kimi necə böyük əzmkarlıq, iradə, təşkilatçılıq, ətrafındakıları gələcək uğurlara inandırmaq bacarığı nümayiş etdirdiyinin şahidi olmuşdu. Bəhs olunan mötəbər tədbirlərdə Azərbaycan yeni yüksək standartlar nümayiş etdirdi, özünü güclü, hər şeyə qadir olan dövlət kimi göstərdi ki, burada Mehriban xanım Əliyevanın xidmətləri müqayisəyəgəlməzdir. Yuxarıda qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın Milli Məclisin bir neçə çağırış deputatı kimi səmərəli fəaliyyəti də yaddaşlarda dərin iz qoyub. Bundan başqa, qeyd olunduğu kimi, Mehriban xanım Əliyeva tərkibində 760 mindən çox fəal insanı birləşdirən Yeni Azərbaycan Partiyasının Sədr müavinidir. Onun Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi fəaliyyəti də təqdirəlayiqdir. Bütün bu amillər, heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin olunmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Mehriban xanım Əliyevanı təqdim edərək deyib: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.
Qeyd etmək gərəkdir ki, Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının siyasi tarixində ilk dəfə yaradılmış Birinci vitse-prezident postunda uğurla fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın fəaliyyəti, onun tərəfindən irəli sürülən təşəbbüslər və reallaşdırılan layihələrin nəticələri həm Azərbaycanda, həm də beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir.
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə atılan addımlar və gerçəkləşdirilən layihələr sosial məsələlərin həllində vacib rol oynayır
Ötən müddət ərzində Birinci vitse-prezident Mehriban Əliyeva dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərib, mühüm təşəbbüslərlə çıxış edib. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Əlbəttə, əsas diqqətini sosial məsələlərin, xüsusilə də əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəsini məhz Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Bəhs olunan müşavirədə müvafiq qurumlar qarşısında bu sahədə görüləcək işlərlə bağlı konkret vəzifələr qoyan Mehriban xanım Əliyeva yeni mənzillərin, yeni binaların tikilməsi və inşa olunan binaların keyfiyyət standartlarına tam cavab verməsi ilə bağlı göstəriş verdi. İlkin mərhələdə dörd min köçkün ailəsini yeni mənzillə, həmçinin iş yerləri ilə təmin etmək vəzifəsi qarşıya qoyuldu. Qısa zaman ərzində Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün 1026 mənzildən ibarət müasir yaşayış kompleksinin təməlinin qoyulması, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində onlara Abşeron rayonunun Masazır və Mehdiabad qəsəbələrində yeni mənzillərin verilməsi, iş adamlarının yardımı ilə bir çox ailənin yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi, eyni zamanda, digər rayon və qəsəbələrdə yeni binaların istifadəyə verilməsi ilə məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə icra edildiyini, görülən işlərin əhəmiyyətini göstərir.
Bundan başqa, Mehriban xanım Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi də xüsusi qeyd edilməlidir. Əlbəttə, sadalananlar Birinci vitse-prezidentin rəhbərliyi və təşəbbüsü ilə görülən işlərin heç də tam siyahısı deyil, amma bütün bunlar Mehriban xanım Əliyevanın cəmiyyətin həssas təbəqəsinin problemlərinin həllini diqqət mərkəzində saxladığını göstərməklə yanaşı, onun fəaliyyətinin humanizm və vətənpərvərlik prinsiplərinə söykəndiyini əks etdirir.
Fəaliyyəti Ümummilli Liderimizin ideyalarına əsaslanan Heydər Əliyev Fondu milli məqsədlərin reallaşdırılmasına müstəsna töhfələr verir
Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsinə böyük ehtiramının ifadəsi olaraq Ulu Öndərin adını daşıyan Fondun prezidenti kimi müqayisəyəgəlməz fəallıq və təşəbbüskarlıq nümayiş etdirir. Mehriban xanım Əliyevanın təəssübkeşliyi, Vətənə, xalqa bağlılığı, daim qurub yaratmaq həvəsi ilə yaşadığı, gördüyü işdən mənəvi zövq aldığı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrdə daha qabarıq şəkildə nəzərə çarpır. Ümumiyyətlə, xeyirxahlıq və humanizm Heydər Əliyev Fondunun istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələrin əsas qayəsini təşkil edir.
Xüsusi olaraq vurğulanmalıdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti Ümummilli Liderimizin ideyalarına əsaslanır, Azərbaycanın inkişafına, milli məqsədlərin həyata keçirilməsinə müstəsna töhfələr verir. Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir. Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz dəyərli - layiqli töhfəsini verir.
Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində də əhəmiyyətli təşəbbüslər irəli sürülür və müvafiq layihələr uğurla reallaşdırılır. Başqa sözlə, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində yaxından iştirak edir. Bu kontekstdə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını xüsusi olaraq vurğulamaq lazımdır. Qeyd edək ki, bu proqramın müvəffəqiyyətlə icra olunması nəticəsində ölkəmizdə yeni məktəb binaları tikilərək istifadəyə verilib, müxtəlif təhsil ocaqlarının maddi-texniki bazası yaxşılaşdırılıb, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfələr verilib. Bununla yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və regionlarda çoxsaylı uşaq bağçaları, körpələr evi, xüsusi təyinatlı uşaq müəssisələri əsaslı şəkildə və yüksək səviyyədə təmir olunub, bütün növ avadanlıqlarla təchiz edilib. Fondun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində çoxsaylı internat və uşaq evləri yenidən qurularaq istifadəyə verilib. Bütün bunlar Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun uşaqların, yeniyetmələrin təhsili və sağlamlığı üçün reallaşdırdığı layihələrin böyük əhəmiyyətini ortaya qoyur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün çoxmənzilli yaşayış binalarının inşa olunması da xüsusi əhəmiyyətə malikdir. Fond, eyni zamanda, bu vaxta qədər sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi və bu kimi digər mühüm işlərin altına imza atıb.
Mehriban xanım Əliyeva həm də mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük hamisi və təbliğatçısıdır. Təsadüfi deyil ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu, eyni zamanda, milli mədəniyyətimizin qorunması və inkişafı istiqamətində genişmiqyaslı fəaliyyət göstərir, eləcə də Azərbaycanın zəngin tarixi və mədəni irsi dünya ictimaiyyətinə çatdırılır. O cümlədən ölkəmizin və zəngin mədəniyyətimizin təbliğində UNESCO platformasından geniş istifadə olunması təqdirəlayiq haldır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Mehriban xanım Əliyevanın səyləri sayəsində Azərbaycan-UNESCO əlaqələri yeni səviyyəyə yüksəlib.Məlum olduğu kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva mədəniyyət, təhsil və idman sahələrində geniş fəaliyyət göstərir. Mehriban xanım Əliyeva 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunun xətti ilə təşkil etdiyi müxtəlif səpkili tədbirlər vasitəsilə ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə təbliğinin, onun mühafizəsinin təmin olunması, gələcək nəsillərə çatdırılması sahəsində böyük xidmətlər göstərib. Onun zəngin mədəniyyətimizin qorunub saxlanılması və təbliği sahəsində çoxşaxəli fəaliyyəti beynəlxalq səviyyədə yüksək dəyərləndirilib. Belə ki, Mehriban xanım Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESCO tərəfindən 2004-cü ilin sentyabr ayında qurumun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülüb. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəniyyətimizin beynəlxalq miqyasda təbliği, görkəmli elm və incəsənət xadimlərimizin tanıdılması məqsədinə xidmət edən fəaliyyətinin əhatə dairəsi kifayət qədər genişdir. İndiyədək UNESCO baş qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər təşkil edilib. Görkəmli alim, akademik Yusif Məmmədəliyevin, Azərbaycan ədəbiyyatının tanınmış siması Mir Cəlal Paşayevin 100 illik yubileylərinin UNESCO səviyyəsində qeyd edilməsi deyilənlərə misaldır. Mehriban xanım Əliyeva bu qəbildən olan tədbirlərdə şəxsən iştirak edir. 2006-cı il oktyabrın 21-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva UNESCO-nun 60 illiyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda” adı altında keçirilən Azərbaycan günü ilə bağlı tədbirə qatılıb. 2011-ci il aprelin 19-da UNESCO-nun baş qərargahında respublikamızın müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert proqramı təşkil olunub. Eyni zamanda, 2011-ci il aprelin 19-dan 29-dək UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi keçirilib. Mehriban xanım Əliyeva 2011-ci il oktyabrın 26-da UNESCO-nun baş konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunan “UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?” mövzusunda Liderlər Forumunda iştirak edib. 2013-cü il iyulun 18-də UNESCO-nun baş qərargahında respublikamızın UNESCO-ya üzv olmasının 20 illiyi ilə əlaqədar təntənəli tədbir keçirilib. Tədbir çərçivəsində Azərbaycan hökuməti tərəfindən 20 illik yubiley münasibətilə təşkilatın daxili həyətində yerləşdirilmiş daş at və daş qoç abidələrinin, eləcə də Azərbaycanda daş sənətinə həsr edilmiş sərginin açılış mərasimi baş tutub. Tədbirdə UNESCO-nun baş direktoru İrina Bokova və UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış ediblər. Tədbir iştirakçılarına Azərbaycanda daş sənətinin tarixini əks etdirən kitablar paylanıb. 2013-cü il oktyabrın 22-də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilib. Eyni zamanda, 2013-cü il oktyabrın 22-də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan - tolerantlıq məkanı” adlı foto-sərginin açılışı baş tutub. Sərgidə Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənib. 2014-cü il iyunun 2-də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun dəstəyi ilə “Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar” adlı Azərbaycan mətbəxi həftəsi təşkil olunub. 2014-cü il sentyabrın 15-18-də UNESCO-nun baş qərargahında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə Qobustan həftəsi keçirilib, Qobustanın UNESCO-da tanıtımı çərçivəsində Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı baş tutub. Yeri gəlmişkən, onu da vurğulayaq ki, Mehriban xanım Əliyevanın UNESCO səviyyəsində çoxşaxəli fəaliyyəti yüksək dəyərləndirilir. Mehriban xanım Əliyeva dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycanın mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə 2008-ci ildə qurumun keçmiş baş direktoru Koiçiro Matsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib.
Bunlarla yanaşı, Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer alması əlamətdar haldır. Məlumdur ki, Azərbaycan uzun illər ərzində həm respublika daxilində, həm də ölkə hüdudlarından kənarda dünya irs abidələrinin qorunması istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ayrı-ayrı Avropa ölkələrində, həmçinin İslam coğrafiyasında beynəlxalq əhəmiyyət daşıyan bir sıra abidələr bərpa edilərək onlara ikinci həyat verilib. Ötən il UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi ümumdünya irs obyektlərinin qorunması məsələsində Azərbaycanın xidmətlərinin beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini təsdiqləyir. Bu fakt dünyanın mədəni-turistik xəritəsində Azərbaycanın mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir. Sessiyada Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qəbul edilən qərar Azərbaycan xalqının dünya mədəniyyətinə xüsusi töhfəsinin beynəlxalq səviyyədə növbəti təsdiqidir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıblar. Dövlət başçısı təbrikində xüsusi olaraq nəzərə çatdırıb ki, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur. “Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilmişdir. Qeyd edilməlidir ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESCO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Təsadüfi deyil ki, “İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır”, - deyə Prezident İlham Əliyevin xalqımıza ünvanladığı təbrikində vurğulanır. Şübhə yoxdur ki, gələcəkdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti sayəsində Azərbaycanda UNESCO-nun mədəni irs siyahısına daxil olan abidələrin sayı daha da artacaq. Respublikamızda beynəlxalq səviyyədə tanınmalarının növbəsini gözləyən çoxlu sayda mədəniyyət abidələri var. Atəşgah, Naxçıvandakı mavzoleylər, Xəzər sahilindəki müdafiə qurğuları və digər abidələr bu qəbildəndir.
Bunlardan başqa, muğam sənətinin qorunması və yüksək səviyyədə təbliği məqsədilə tədbirlərin görülməsi də tarixi əhəmiyyətə malik olan strateji məsələdir. Bu tədbirlər sırasında Heydər Əliyev Fondunun dəstəyi ilə muğam mərkəzlərinin yaradılmasının önəmini xüsusi qeyd edə bilərik. 2008-ci il dekabrın 27-də Bakıda dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzi istifadəyə verilib. Eyni zamanda, Fondun dəstəyi ilə regionlarda da bir neçə muğam mərkəzi yaradılıb. Bakıda istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzi ilə yanaşı, Ağcabədidə, Füzulidə, Ağdamda inşa olunan Muğam mərkəzləri də ölkəmizdə muğamın inkişafında mühüm rol oynayır. Xatırladaq ki, Heydər Əliyev Fondu 2005-ci ildən “Azərbaycan muğamları” layihəsini uğurla həyata keçirir. Layihə çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu iş olub. Fond tərəfindən 2008-ci ildə hazırlanan “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Heydər Əliyev Fondunun muğamın qorunması və təbliği istiqamətindəki növbəti uğurlu layihələri “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu və “Muğam aləmi” nəşridir. Heydər Əliyev Fondunun bir sıra dövlət qurumları ilə birgə təşkil etdiyi Respublika muğam müsabiqəsi və 2009-cu ildən keçirilən Beynəlxalq Muğam Festivalı həm Azərbaycanda muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb. Təsadüfi deyil ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən 26 avqust tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Beləliklə, məhz Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində muğamımız kiçik konsert salonları səviyyəsindən çıxarılaraq UNESCO səviyyəsinə qaldırılıb, muğama layiq olduğu beynəlxalq status verilib.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü və ardıcıl iş aparılır
Deyilənlərlə yanaşı, Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də məqsədyönlü və ardıcıl iş aparır. Xüsusilə də Fondun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaratdığı internet portalı, müxtəlif dillərdə hazırladığı “Qarabağ həqiqətləri” adlı bukletlər dünya ictimaiyyətinə problemin səbəbləri haqqında kifayət qədər məlumat çatdırıb. Fondun dəstəyi ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif ölkələrdə Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar təqdim olunur. Şübhəsiz ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə əsası qoyulan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə atılan ən önəmli addımlardandır. Təsadüfi deyil ki, məhz bu kampaniyaya start veriləndən sonra bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımının tanınması ilə bağlı qərarlar qəbul edib, ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı abidələri qoyulub. Bir sözlə, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər səmərəli nəticələr verir.
Mehriban xanım Əliyevanın humanitar layihələri respublikamızın hüdudları ilə məhdudlaşmır, dünya ölkələrini əhatə edir
Digər tərəfdən, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir çox ölkələri, qitələri əhatə edir. Heydər Əliyev Fondunun bir sıra xarici ölkələrdə reallaşdırdığı layihələr dünyada tolerantlığın və multikultural dəyərlərin təbliği baxımından müstəsna əhəmiyyətə malikdir. Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistanda, Gürcüstanda, Misirdə, Rusiyada bir neçə məktəbin yenidən qurulmasına, Vatikanda Müqəddəs Roma katakombalarının və Strasburq Kafedral kilsəsinin bərpasına dəstək nümayiş etdirib. Bu həm də sivilizasiyalararası dialoqun təşviq olunması baxımından böyük önəm kəsb edir. Digər tərəfdən, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır. Eyni zamanda, Versal sarayının bir hissəsinin, Luvr muzeyi qalereyasından birinin bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr də Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərini əks etdirən nümunələrdəndir.
Ümumiyyətlə, o da vurğulanmalıdır ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr, bir qayda olaraq, cəmiyyətin ən həssas qruplarının maraq dairəsində olan məsələləri əhatə edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında Özünüməşğulluq Proqramının icrası sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən icra olunan “Sosial bağlar” layihəsi çərçivəsində regionlarda sosial cəhətdən həssas qruplar üçün meyvə bağlarının salınması, tərəvəz və bostan məhsulları istehsalı üzrə ailə təsərrüfatlarının yaradılması işlərinin aparılması bu kontekstdə xüsusi vurğulanmalıdır. Ümumiyyətlə, “Sosial bağlar” layihəsi üzrə respublikanın müxtəlif rayonlarında həssas qrupları əhatə edən ailələr üçün intensiv meyvə bağları salınıb. Yaradılmış təsərrüfatlara aqrotexniki qulluq, sahiblərinə müvafiq məsləhət xidmətləri göstərilib.
Azərbaycanda mötəbər beynəlxalq yarışların keçirilməsi ölkəmizin imicinin daha da möhkəmlənməsi baxımından mühüm önəm kəsb edir
Azərbaycan bu gün beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Bunu göstərən mühüm amillərdən biri ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsidir. Bu məqamda vurğulamaq yerinə düşər ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Məsələn, nüfuzlu “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilib, bu, ölkəmizin dünyada tanıdılması işinə xüsusi töhfələr verib. Eyni zamanda, 2015-ci ildə paytaxtımızda keçirilən ilk Avropa Oyunları zamanı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin yüksək əzmkarlığı sayəsində Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Oyunların möhtəşəm açılış və bağlanış mərasimləri dünyaya Azərbaycanın güclü potensialını, eləcə də yüksək nüfuzunu və qüdrətini bir daha nümayiş etdirdi. 2017-ci ildə paytaxt Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərdi, nəticə etibarilə, Azərbaycan IV İslam Həmrəylik Oyunlarına da müvəffəqiyyətlə ev sahibliyi etdi. Beləliklə, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizdə uğurla keçirilən tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına müstəsna töhfələr verib.
Mehriban xanım Əliyeva qlobal miqyasda böyük nüfuza malik olan ictimai-siyasi xadimdir
Mehriban xanım Əliyeva qlobal miqyasda böyük nüfuz qazanan ictimai-siyasi xadimdir. Ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, məşhur siyasətçilər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə görüşlərdə ona dərin hörmətlərini ifadə ediblər. Bu da ilk növbədə onunla bağlıdır ki, Azərbaycanın Birinci vitse-prezidenti daim ölkəmizin qlobal əməkdaşlığın dərinləşməsində rolunu artırmağa, eləcə də xalqımızın zəngin ənənələrinə əsaslanaraq Yer üzündə tolerantlıq, birgəyaşayış, sülh ideyalarının təbliğinə çalışır.
Qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Bunun göstəricisidir ki, Mehriban xanım Əliyeva indiyədək mədəniyyətin təbliği və beynəlxalq mədəniyyət mübadiləsi, elm, səhiyyə, idman, təhsil, texnologiya və ekologiyanın inkişafı işinə verdiyi töhfəyə, həmçinin ictimai, sosial və mədəni həyatda fəal iştirakına, cəmiyyətin dinamik inkişafına verdiyi mühüm töhfələrə, mədəniyyətimizin dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə, ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə görə müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar - Fransanın “Şərəf legionu” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Rusiyanın Yüzillik Messenatları Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni, II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni onun dünyadakı nüfuzunun göstəricisidir.
Bunlarla yanaşı, Mehriban xanım Əliyeva Rusiyanın, Fransanın, Polşanın, Pakistanın, Serbiyanın, çoxsaylı beynəlxalq təşkilatların yüksəksəviyyəli mükafatları ilə təltif olunub. 2019-cu ildə isə Prezident Vladimir Putinin Fərmanı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub. Birinci vitse-prezident bu mükafata Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsindəki xidmətlərinə görə layiq görülüb.
Bütövlükdə, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir. Azərbaycanın Birinci vitse-prezidenti ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, milli maraqlardan irəli gələn strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqımızın dərin rəğbətini və sevgisini qazanıb. Birinci vitse-prezident təyin olunduqdan bir neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışan Mehriban Əliyeva “Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”, - deyə bildirirdi. Əminliklə söyləmək olar ki, o, buna müvəffəq olub. Başqa sözlə, bir daha vurğulamaq yerinə düşər ki, Mehriban xanım Əliyeva xalqımızın firavanlığı və qüdrətli dövlətimizin tərəqqisini naminə çoxşaxəli fəaliyyəti ilə Prezident İlham Əliyevin və ona inanan, böyük ümidlər bəsləyən insanların etimadını doğrultmağı bacarıb.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  5430  |  
  • Tarix:  26-08-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir

02 Dekabr 18:36
QDİƏT PM və Baltik Assambleyasının Daimi Komitələrinin birgə iclası keçirilib
02 Dekabr 18:31
Mövlud Çavuşoğlu: Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində danışıqlar yolu ilə həllini hər zaman dəstəkləyib
02 Dekabr 18:30
Tarixi Zəfər qazanmaqla Azərbaycan özünü qalib xalq,məğlubedilməz dövlət kimi təsdiq etdi
02 Dekabr 17:42
Həkim-infeksionist: Qanda anticisimlərin olmasına baxmayaraq, yenidən koronavirusa yoluxma ehtimalı var
02 Dekabr 17:28
Livanlı muzdlu-terrorçu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məsuliyyətə cəlb edilib
02 Dekabr 17:06
Misir qəzetində “Xalqının tarixi liderinə çevrilən Prezident” sərlövhəli məqalə dərc edilib
02 Dekabr 16:54
Çinin kosmik aparatı Ayda ilk süxur nümunələrini toplayıb
02 Dekabr 16:52
Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsinə başlanılır
02 Dekabr 16:46
Deputat: Böyük iqtisadi imkanlara malik Azərbaycan işğaldan azad edilmiş ərazilərin sürətli inkişafına nail olacaq
02 Dekabr 16:41
Hulusi Akar: Türkiyə və Rusiya zabitləri Qarabağda atəşkəsin davamlı olması üçün birlikdə xidmət aparacaqlar
02 Dekabr 16:38
Akif Qurbanov: insanların bir qismində koronavirusa qarşı immunitet yaranmayana qədər pandemiya ilə mübarizə aparmaq çətin olacaq
02 Dekabr 16:05
Səfir: Azərbaycanın ərazi bütövlüyünə dəstək vermək İranın prinsipial mövqeyidir
02 Dekabr 15:44
Deputat: Qələbənin mənəvi-psixoloji əhəmiyyəti heç də hərbi və siyasi nəticələrindən az önəm kəsb etmir
02 Dekabr 15:40
Yoluxma saylarını azaltmaq və vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var
02 Dekabr 15:39
Türkiyə mediası: Azərbaycanın qazandığı qələbə bölgənin inkişafı üçün yeni perspektivlər açır
02 Dekabr 15:37
Azərbaycanın və Özbəkistanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub
02 Dekabr 15:33
Son vaxtlar koronavirusa yoluxmada əsas artım mənbəyi ailədaxili yoluxmalardır
02 Dekabr 15:31
“Bakı Prosesi” qlobal təşəbbüsünün 12 ili tamam olur
02 Dekabr 15:29
Koronavirus daşıyıcıları əsasən 20 yaşa qədər olan vətəndaşlardır
02 Dekabr 15:13
Anar Məmmədov: İşğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçiriləcək və həmin torpaqlarda həyat yenidən canlanacaq
02 Dekabr 15:00
Adil Əliyev: Laçın rayonunun işğaldan azad edilməsi şanlı qələbəmizin təcəssümüdür
02 Dekabr 14:59
Ağalar Vəliyev: “Laçının işğaldan azad edilməsi Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin uzun illər apardığı düşünülmüş siyasətin nəticəsi və son iki ayda qazandığı möhtəşəm hərbi və siyasi uğurların zirvəsinə çevrildi”
02 Dekabr 14:56
Mehriban Abasquliyeva: Azərbaycan dövləti Laçının əvvəlki şöhrətini özünə qaytaracaq
02 Dekabr 14:50
Müdafiə Nazirliyi Laçın rayonunun Qarıqışlaq kəndindən videogörüntülər yayıb VİDEO
02 Dekabr 14:48
Həkim təyinatı olmadan müalicə aparılması yolverilməzdir
02 Dekabr 14:33
Ötən həftə Azərbaycanda 25 min 895 nəfər koronavirusa yoluxub
02 Dekabr 14:22
Şuşaya aparan yeni yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
02 Dekabr 14:20
Azərbaycanda koronavirus infeksiyasına daha 3942 yoluxma faktı qeydə alınıb, 2265 nəfər sağalıb
02 Dekabr 14:19
Soltan Məmmədov: Azərbaycan Prezidentinin qətiyyəti, xalqın inamına söykənən iradəsi qazanılmış qələbənin əsasını təşkil edir
02 Dekabr 14:07
Kəlbəcər rayonu Söyüdlü qızıl yatağı - VİDEO
02 Dekabr 14:01
“Qarabağ” klubu “Makkabi” ilə oyun üçün İstanbula yola düşüb
02 Dekabr 13:47
UNESCO-nun İcra Şurasının 210-cu sessiyasının plenar iclası başlayıb
02 Dekabr 13:37
Paytaxtın Nəsimi rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
02 Dekabr 13:34
Azərbaycanda Zəfər Günü təsis edilib - SƏRƏNCAM
02 Dekabr 13:32
Müzəffər Ali Baş Komandan və rəşadətli Ordumuz 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı
02 Dekabr 13:17
Publisistik düşüncələr: Günəşli payızın qırx dörd anı
02 Dekabr 13:13
Otuz illik münaqişənin nəticəsi: Ermənistan məğlub oldu, Azərbaycan isə qələbə qazanaraq ərazi bütövlüyünü təmin etdi
02 Dekabr 13:11
Laçın sakini: Rayonumuzdan ağlaya-ağlaya çıxmışdıq, gülə-gülə qayıdacağıq
02 Dekabr 13:09
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir
02 Dekabr 13:06
Prezident İlham Əliyev Azərbaycanda Anım Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb
02 Dekabr 12:21
“Azərkosmos” cari ildə 30 ölkəyə 37,8 milyon dollarlıq xidmət ixrac edib
02 Dekabr 12:19
Ermənistanın hərbi texnika itkisinin dəyəri 3,8 milyard dollardır – Təhlil
02 Dekabr 12:16
Azərbaycan XİN Fransa parlamentinin bir qrup üzvünün Dağlıq Qarabağa planlaşdırılan səfərinə münasibət bildirib
02 Dekabr 12:10
Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib
02 Dekabr 12:08
Hikmət Babaoğlu: Azərbaycan yeni reallıq yaratmaqla özünə mühüm strateji perspektiv təmin edib
02 Dekabr 10:09
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi barədə danışılıb
02 Dekabr 10:07
Tarixi zəfərimiz Prezidentin müdrik siyasətinin təsdiqidir
02 Dekabr 09:53
Gənclər təşkilatları ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə Ulu Öndərin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib
02 Dekabr 09:32
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
02 Dekabr 09:31
Yeni növ koronavirus infeksiyası bütün dünyanı təhdid edir
02 Dekabr 09:30
Budurmu “Fransa demokratiyası”?!
02 Dekabr 09:25
Təmraz Tağıyev: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tarix yazdı
02 Dekabr 09:24
Fəqət Şadlinskaya: Bu gün Azərbaycan xalqı möhtəşəm qələbənin sevincini yaşayır
02 Dekabr 09:21
Ənvər Haqverdiyev: 44 günlük müharibə Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı
02 Dekabr 09:20
Rövlan Heydərov: Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı
02 Dekabr 09:18
Sabir Rüstəmxanlı: Qərəzli qətnamə Azərbaycan üçün heç bir əhəmiyyət daşımır
02 Dekabr 09:17
Elşən Musayev: Fransa Senatı tərəfindən belə qərəzli mövqe ortaya qoyulması qəbuledilməzdir
02 Dekabr 09:16
Tural Abbaslı: Fransa anlamalıdır ki, Azərbaycan artıq heç bir ədalətsizliyə, haqsızlığa dözmək niyyətində deyil
02 Dekabr 09:14
Fərəc Quliyev: Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyib

02 Dekabr 09:12
Radikal müxalifət möhtəşəm tarixi qələbəmizə kölgə salmaq üçün canfəşanlıq edir

02 Dekabr 09:10
Ermənistan reallığı: xaos, anarxiya, böhran və qarşıdurma
02 Dekabr 09:07
Tütünçülüyün inkişafı dövlətimizin daim diqqət mərkəzindədir
01 Dekabr 21:57
İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyənləşdirilməsi üçün BQXK və Rusiya sülhməramlılarının komandanlığı ilə təmaslar davam etdirilir
01 Dekabr 21:43
Uşaqlarda koronavirus infeksiyası
01 Dekabr 21:26
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib
01 Dekabr 21:24
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:21
“Vətən müharibəsi iştirakçısı” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:18
“Laçının azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:16
“Ağdamın azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri
01 Dekabr 21:15
“Kəlbəcərin azad olunmasına görə” Azərbaycan Respublikası medalının təsviri

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +12
gecə+4 +6