Ana səhifə »  Analitik »  Prezident İlham Əliyevdən Serj Sarkisyana dərs
A+   Yenilə  A-
Prezident İlham Əliyevdən Serj Sarkisyana dərs

Azərbaycanın dövlət başçısı BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında parlaq çıxışı ilə Ermənistan prezidentinin yalanlarını ifşa etdi
Məlumdur ki, Azərbaycan özünün ardıcıl şəkildə həyata keçirdiyi xarici siyasətində daim milli maraqlardan çıxış edir, eyni zamanda qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verməyə çalışır. Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri ilə görüşlərində, qlobal əhəmiyyət daşıyan mötəbər tədbirlərdəki çıxışlarında ölkəmizin ədalətli mövqeyini qətiyyətlə diqqətə çatdırır. Bu baxımdan Prezident İlham Əliyevin sentyabrın 20-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışı da xüsusilə xarakterikdir. Azərbaycanın dövlət başçısı parlaq çıxışında vurğulayıb ki, BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır. BMT Baş Assambleyasının tribunasından Azərbaycanı dünyaya sosial-iqtisadi cəhətdən uğurla inkişaf edən, qlobal miqyasda mədəniyyətlərin yaxınlaşmasına böyük töhfə verən ölkə kimi təqdim edən Prezident İlham Əliyev eyni zamanda diqqəti ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə yönəldib.
Prezident İlham Əliyev Ermənistanın azərbaycanlılara qarşı soyqırımını faktlarla diqqətə çatdırdı
Azərbaycan dövlətinin xarici siyasət kursunun strateji prioritetlərindən birini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları - ölkəmizin ərazi bütövlüyü əsasında həll olunması təşkil edir. Bu istiqamətdə ölkəmiz özünün bütün diplomatik resurslarından istifadə edir, qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev istər beynəlxalq təşkilatlar səviyyəsində çıxışlarında, istərsə də müxtəlif bəyanatlarında ölkəmizin öz qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcəyini ifadə edir və münaqişənin həllinin zəruriliyini vurğulayır. Prezident İlham Əliyev həm də konkret və prinsipial mövqe nümayiş etdirərək ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, bunun üçün isə Ermənistanın konstruktiv mövqedən çıxış etməsinin vacibliyini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı da bu əhəmiyyətli məqamlarla yadda qaldı. Dövlətimizin başçısı BMT-nin yüksək tribunasından bir daha Ermənistanın işğalçılıq siyasətini ifşa etdi və Ermənistanın faşizmini, azərbaycanlılara qarşı soyqırımını faktlarla diqqətə çatdırdı: “25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır.
Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.
Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən rəsmən tanınıb. 1992-ci il fevralın 26-da Ermənistan Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirərək, hərbi cinayət törədib. Bəşəriyyətə qarşı bu dəhşətli cinayəti törədən hərbi kriminallardan biri Ermənistanın hazırkı prezidentidir”.
Ermənistan despotik və orta əsrlər rejiminin idarə etdiyi, korrupsiyaya uğramış, uğursuz dövlətdir
Sirr deyil ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində fəallıq göstərsə də, Ermənistan qeyri-konstruktiv mövqe və təxribatçı hərəkətlər nümayiş etdirməklə danışıqlar prosesini pozmağa çalışır. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu günə kimi irəli sürülmüş təşəbbüslərin reallaşmasına əngəl törədir, bu məqsədlə bütün vasitələrdən istifadə edir. Başqa sözlə, işğalçı ölkə sülh təşəbbüslərinə qarşı çıxmaqla sülh istəmədiyini nümayiş etdirir və mövcud status-kvonun saxlanması üçün hər bir vasitəyə əl atır. ATƏT-in Minsk qrupunun münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllini ehtiva edən təklif və təşəbbüsləri də məhz işğalçı Ermənistanın destruktiv mövqeyi nəticəsində reallaşmayıb. Həmçinin, beynəlxalq münasibətlərdə müşahidə olunan ikili standartlar münaqişənin illərdir davam edən həlsizliyinin başqa bir səbəbidir. Bununla belə, Azərbaycan dəfələrlə bəyan edib ki, sülh danışıqları sonsuza qədər davam edə bilməz və yekun həllə xidmət edən konkret addımlar atılmalıdır. Prezident İlham Əliyev də sözügedən çıxışında bildirib ki, status-kvo dəyişməlidir: “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. ATƏT-in Minsk qrupunun həmsədrləri - Fransa, Rusiya və ABŞ dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir.
Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır”.
Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq
İşğalçı Ermənistan cəzasız qaldıqca, ona qarşı beynəlxalq hüquq çərçivəsində sanksiyalar tətbiq olunmadıqca Sarkisyan hakimiyyəti öz terrorçu siyasətini davam etdirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər. Ona görə də, atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfi təxribatlarından əl çəkmir. Xatırlatmaq yerinə düşər ki, belə təxribatların biri də ötən ilin aprel ayında baş vermişdi. Amma o zaman Azərbaycan Ordusu bu təxribatların cavabını layiqincə verdi. Nəticədə Ermənistan silahlı qüvvələri 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirib, həmçinin 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklikləri geri qaytarılıb, silahlı qüvvələrimiz on minlərlə hektar əraziyə nəzarət etmək imkanı qazanıb.
Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxışı zamanı bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Dövlət başçısı vurğulayıb ki, beynəlxalq ictimaiyyət erməni terrorizmini və faşizmini dayandırmalıdır. Cənab Prezident qeyd edib ki, əgər erməni hərbi təxribatı davam edərsə, Azərbaycan öz əhalisini müdafiə edəcək: “Ötən ilin aprelində Ermənistan şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, onların sırasında bir uşaq da var idi. Bundan əlavə, 26 mülki şəxs yaralandı. Yüzlərlə evlərimiz dağıdıldı.
Azərbaycan öz vətəndaşlarını müdafiə etməli oldu. Uğurlu əks-hücum nəticəsində Azərbaycan 3 işğal olunmuş rayonda - Ağdərə, Füzuli və Cəbrayılda bir neçə əraziləri azad etdi və öz bayrağını azad edilmiş ərazilərdə qaldırdı. Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq”.
Yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar
Əlbəttə, Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Bununla belə, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin imperativ xarakter daşımaması, təcavüzkarın cəzalandırılması yönümündə heç bir real addımın atılmaması təəssüf hissi doğurur. Ona görə də Azərbaycan bəşəriyyətin üzləşdiyi problemlərin həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda islahatların aparılmasının zəruriliyini daim bildirir. Məhz buna görə də rəsmi Bakı BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün təşkilat daxilində islahatların həyata keçirilməsi ilə bağlı illər öncə təkliflər irəli sürüb. Azərbaycan hesab edir ki, bu islahatların həyata keçirilməsi təşkilatın müasir dövrdə baş verən proseslərə və inkişafa adekvat fəaliyyət göstərməsini, yeni yaranmış qlobal risklərə operativ cavab verməsini, sülh və təhlükəsizliyin təmin olunmasına daha effektiv dəstək verməsini təmin etməlidir. Sessiyada Prezident İlham Əliyev bu məsələnin zəruriliyini diqqətə çatdırıb. Sonda isə dövlətimizin başçısı bir daha vurğulayıb ki, Azərbaycan bundan sonra da özünün müstəqil siyasi kursuna sadiq qalacaq: “Azərbaycanın uğurlu inkişafı bir daha göstərir ki, yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar. Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq”.
Serj Sarkisyan ağlını itirib, yaxud yalan erməni xislətidir
Beləliklə, müşahidələr göstərir ki, Prezident İlham Əliyevin parlaq çıxışının əsasını təşkil edən tutarlı arqumentləri və dərin təhlillərə əsaslanan fikirləri olduqca yüksək qarşılanıb. Əlbəttə ki, bu yaddaqalan çıxış fonunda Ermənistanın dövlət başçısı Serj Sarkisyanın yalan üzərində qurulan çıxışı olduqca sönük təsir bağışladı. Qısa şəkildə ifadə etsək, S.Sarkisyanın çıxışının leytmotivini yalan, yenə də yalan təşkil edirdi.
Ümumiyyətlə, bəllidir ki, bu gün az qala zərb-məsəl kimi işlədilən “erməni yalanı” ifadəsi təsadüfən yaranmayıb. Bu ifadə olduqları kimi görünmək istəməyən bədnam qonşularımızın dediklərini və heç bir insanlıq, hüquq norması gözləmədən etdikləri əməllərini ümumiləşdirmək məqsədilə formalaşıb. Həqiqətən də, erməni yalanını ayrıca götürülmüş bir fenomen kimi səciyyələndirmək mümkündür. Son onilliklərdə Dağlıq Qarabağ ətrafında baş verən hadisələrin xronologiyası bu qənaəti bir qədər də möhkəmləndirir ki, erməni yalanı tarixi hadisədir və sırf bədnam qonşularımızın mentalitetindən irəli gələn bir məsələdir. Mental dəyərlər isə gec dəyişir və yaxud heç dəyişmir, gen kodları kimi nəsildən-nəslə ötürülür. Tarixən yalana köklənən erməni xisləti də dəyişməyib - başqalarının gözünün içinə baxa-baxa yalan danışmaq, ağa qara demək milli adət halına keçib. Siravi Ermənistan vətəndaşından tutmuş işğalçı ölkənin rəhbərliyində təmsil olunan siyasətçilərə qədər əksər ermənilər yalan danışmaq xəstəliyinin ən azı simptomlarını daşıyırlar. Ölkənin prezidenti Serj Sarkisyan isə bu virusa elə dərəcədə yoluxub ki, o, yalan danışarkən artıq məkan və zaman ayrımını da müəyyənləşdirə bilmir. Hər halda BMT Baş Assambleyasının 72-ci sessiyasında o qədər mötəbər siyasətçilər, dövlət və hökumət başçıları qarşısında bu səviyyədə yalan danışan adamın əqli-durumunun normal olduğunu düşünmək sadəlövhlük olardı... S.Sarkisyan fərqinə belə varmır ki, BMT kimi mötəbər beynəlxalq qurumun Baş Assambleyasının tribunası baş aldatmaq, yalan üyütmək yeri deyil. Bütün dünyanın gözünü dikdiyi bu mötəbər tribunaya çıxan hər kəs məsuliyyətini dərk etməlidir. Ancaq diqqət edin, qarşınızdakı bir başqası yox, işğalçı Ermənistanın dövlət başçısı Serj Sarkisyandır. Onda isə etika və məsuliyyət yerli-dibli yoxdur.
Kimdir Serj Sarkisyan? Sualın cavabı Dağlıq Qarabağ hadisələrindən az-çox məlumatı olan hər kəsə bəllidir. Erməni ictimai fikrində “Dağlıq Qarabağ klanının təmsilçisi” kimi özünəməxsus tərzdə “şöhrət tapan” bu şəxs məhz insanlığa sığmayan hərəkətləri ilə - azərbaycanlılar yaşayan kənd və qəsəbələrdə müxtəlif çirkin əməllər törətməklə, əlini uşaqların, qadınların, qocaların qanına batırmaqla karyerasını qurub, Ermənistanın dövlət başçısı vəzifəsinədək yüksəlib. S.Sarkisyan kimi birisini ölkənin (oxu: forpostun - red.) prezidenti kürsüsünə əyləşdirmələri ermənilərin öz işidir. Ancaq Ermənistan cəmiyyəti ilə BMT öz miqyasına görə bir-birindən tamam fərqlənir. Söhbət S.Sarkisyanın məzlum hala saldığı ermənilərə deyil, dünya ictimaiyyətinə münasibətdən gedir.
S.Sarkisyanın çıxışına nəzər saldıqda aydın olur ki, o, yenə də erməni xislətinin əsiridir. Heç kəsə sirr deyil ki, S.Sarkisyan Dağlıq Qarabağ ətrafında baş verən hadisələrə, yaşanan faciələrə, dinc insanların öz doğma yurd-yuvalarından didərgin düşmələrinə görə birbaşa məsuliyyət daşıyır. O, BMT-nin yüksək tribunasından insan hüquqlarından dəm vurarkən qətlə yetirdiyi körpələrin iniltisini, qırılan taleləri, anaların fəryadlarını göz önündə canlandırmalı idi. Onun çıxışından isə bir daha bəlli olur ki, kor erməni təəssübkeşliyi bu adam üçün humanizm dəyərlərini tamam heçə endirib. Xalqının xoşbəxtliyini başqalarının bədbəxtliyi, terror üzərində axtaran S.Sarkisyanın Ermənistanın dövlət başçısı vəzifəsində ali dəyərlərə xidmət etdiyinə necə inanmaq olar? Bu, əsla mümkün deyil!
S.Sakisyan BMT Baş Assambleyasının tribunasından bəyan edib ki, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etmək istiqamətində atdıqları addımların qarşısını almaq məqsədilə Azərbaycan güc vasitəsinə əl atıb. Burada məntiq və yaxud ədalət haradadır? Axı havadarlarının göstərdiyi dəstək sayəsində Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz torpaqlarını işğal edən tərəf məhz Ermənistandır. Belə olan halda adını dövlət başçısı qoyan şəxs hansı haqla Azərbaycanı güc tətbiqində suçlaya bilər? Görəsən, S.Sarkisyan dünya ictimaiyyətinə bu qədərmi etinasız və sayğısızdır ki, faktları, reallığı belə açıq şəkildə təhrif edir?
S.Sarkisyan çıxışında yenə yalanlara “istinad” edərək həyasızcasına Azərbaycanın ermənilərə qarşı diskriminasiya apardığından, ermənilərin mədəni abidələrinin dağıdılmasından danışıb. Halbuki, Dağlıq Qarabağ hadisələri fonunda dinc insanların doğma yurd-yuvalarından ilk köçü məhz Ermənistandan başlayıb. Münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı ev-eşiyini itirərək qaçqın və köçkün vəziyyətinə düşüb. Ermənilərin işğal altına aldıqları ərazilərdə taladıqları sərvətlərin dəyəri milyardlarla dollarla ölçülür. Faktlar ortada ikən S.Sarkisyan hansı diskriminasiyadan danışır?
Ümumiyyətlə, S.Sarkisyanın BMT Baş Assambleyasının növbəti sessiyasındakı çıxışı onun dövlət başçısı statusu ilə qətiyyən bir araya sığmır. Bəhs olunan çıxış bir daha təsdiqləyir ki, S.Sarkisyan “Xocalı soyqırımını mən törətmişəm” stereotipindən hələ də yaxa qurtara bilməyib və ömrünün sonunadək bu təfəkkürdə qalacaq.
S.Sarkisyan BMT tribunasından BMT-yə qarşı
Qlobal miqyasda meydana çıxan münaqişələr bir qayda olaraq beynəlxalq hüquq normaları çərçivəsində həll olunur. Azərbaycan da o mövqedən çıxış edir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi mütləq beynəlxalq hüquq normaları tətbiq edilməklə həllini tapmalıdır. Ölkəmiz xalqımızın xoş məramına əsaslanaraq münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda konstruktiv mövqedən çıxış edir və sülh prosesinə öz töhfəsini verməyə çalışır. Yeri gəlmişkən qeyd edək ki, ayrı-ayrı ölkələr, nüfuzlu beynəlxalq təşkilatlar da Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlarla çıxış ediblər və mövcud status-kvonun saxlanmasının əleyhinə olduqlarını bildiriblər.
Bəs Ermənistan hansı mövqedən çıxış edir? S.Sarkisyanın yalan üzərində qurulan məlum çıxışından bəlli olur ki, bu ölkə qoşunların təmas xəttində işğal siyasəti nəticəsində yaranmış status-kvonu dəyişmək niyyətində deyil, sadəcə, imitasiya yolu ilə danışıqları sonsuzluğa qədər uzatmaq məqsədi güdür. S.Sarkisyan beynəlxalq birliyin iradəsinə qarşı çıxaraq bildirib ki, Dağlıq Qarabağın inkişafı naminə Ermənistanın həyata keçirdiyi layihələrə və proqramlara mane olmağa heç kəsin hüququ yoxdur. Deyəsən, indiyədək işğalçının cəzalandırılmaması S.Sarkisyanı o dərəcədə vəcdə gətirib ki, o, dünya birliyini təhdid etməyə belə özündə cəsarət tapıb. Belə çıxır ki, S.Sarkisyan hansı tribunadan çıxış etdiyinin belə fərqində deyil. Məlumdur ki, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğala məruz qalan ərazilərinin qeyd-şərtsiz azad edilməsi barədə 4 qətnamə qəbul edib. S.Sarkisyanın çıxışından isə bəlli olur ki, Ermənistan qonşu dövlətə qarşı ərazi iddialarından geri çəkilməyib və işğalçılıq siyasətini bundan sonra da davam etdirmək niyyətindədir. Bu, açıq-aşkar S.Sarkisyanın və onun forpost ölkəsinin beynəlxalq hüquq normalarına, o cümlədən də BMT-yə qarşı saymazlığının ifadəsidir.
Bu məqamda ekspertlər vurğulayırlar ki, Ermənistanın dövlət başçısının BMT Baş Assambleyasının növbəti sessiyasında baş-ayaq çıxış etməsi, beynəlxalq birliyi açıq-aşkar təhdid etməsi obyektiv reallıqla bağlıdır. Azərbaycanın regional güc faktoru kimi qəbul edilməsi, eyni zamanda, ölkəmizin beynəlxalq nüfuzunun artması öz növbəsində beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqəti artırmalarına və konstruktiv mövqe sərgiləmələrinə müsbət təsir göstərib. Təsadüfi deyil ki, son vaxtlarda istər bir sıra iri dövlətlərin rəhbərləri, istərsə də nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən status-kvonun dəyişdirilməsinə çağırışlar edilib.
Başqa bir mühüm məqam isə Azərbaycanın güclənməsi faktoru ilə bağlıdır. Məqsədyönlü siyasət sayəsində respublikamızın iqtisadi potensialı, maliyyə imkanları getdikcə genişlənir. Eyni zamanda, ölkəmizin hərbi qüdrəti artır. Bu gün Azərbaycan işğal altındakı torpaqlarını özünün güclü ordusunun köməyi ilə azad etmək iqtidarındadır. Elə Ermənistan prezidentinin kürkünə birə salan da budur. Yeri gəlmişkən, S.Sarkisyan məlum çıxışında ötən ilin aprelində baş verən dördgünlük aprel döyüşlərini xatırlamaq məcburiyyətində qalıb. Aprel döyüşlərində igid əsgərlərimizin göstərdikləri rəşadətə görə Azərbaycanı hansı arqumentlərlə günahlandırmaq mümkündür və yaxud S.Sarkisyanın bu xüsusda sərsəmləmələri kimdə ona qarşı rəğbət oyadacaq? Onun axıtdığı “göz yaşlarına” kim inanacaq?
Bəli, S.Sarkisyan və havadarlarına bir daha agah olsun ki, torpaqlarını azad etmək Azərbaycanın haqqıdır. S.Sarkisyan qorxursa, erməni əsgərləri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan torpaqlarından rədd olub çıxmalıdırlar.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  23580  |  
  • Tarix:  21-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

23:10
16 İyul
Brüssel sammiti Azərbaycanın uğurlu xarici siyasətinin real nəticələrini əks etdirdi
23:04
16 İyul
Prezident İlham Əliyev: Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz
23:03
16 İyul
Mahir Abbaszadə: Azərbaycan vətəndaşları dövlətin yanındadır və sabitliyi pozmaq istəyən qüvvələrə qarşı hər zaman öz sözünü deməyə hazırdır
20:25
16 İyul
Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımı ayrılıb
20:23
16 İyul
Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
20:21
16 İyul
Azərbaycanlı skautlar Belarusda keçirilən IV Avrasiya regional yığıncağında iştirak ediblər
20:15
16 İyul
Azərbaycanda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb
20:12
16 İyul
Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib
19:40
16 İyul
Sergey Lavrov: Rusiya və ABŞ prezidentləri arasında danışıqlar gözlənildiyindən də yaxşı keçdi
19:00
16 İyul
Hikmət Babaoğlu: "Mediadan bu işdə ayıqlıq tələb olunur"
17:56
16 İyul
Qəri Counz: Ceyhandan neftin 3 milyardıncı barrelinin nəqli BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir
17:32
16 İyul
Fərrux Haqverdiyev: “Təxribat cəhdlərinin qarşısının alınmasında hər zaman dövlətimizin yanında olacağıq”
17:18
16 İyul
Əflatun Amaşov: Müasir dövr Azərbaycan mətbuatı inkişafa, yeniliyə can atan monolit komandadır
16:58
16 İyul
Mədəniyyət Naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
16:40
16 İyul
Bu ilin birinci yarısında Samux rayonu iqtisadiyyatının bütün sahələrində artım dinamikası davam edib
16:32
16 İyul
Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub
16:29
16 İyul
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğunun birgə məlumatı
16:25
16 İyul
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib
15:55
16 İyul
Mahir Abbaszadə: Azərbaycan vətəndaşları dövlətin yanındadır və sabitliyi pozmaq istəyən qüvvələrə qarşı hər zaman öz sözünü deməyə hazırdır
15:52
16 İyul
Azay Quliyev: Ermənilər Gəncə hadisələrinə özlərinin sanki nicat yolu kimi baxırdılar
15:49
16 İyul
Rusiya-Azərbaycan dostluğunun gələcəyini gənclər müəyyən edir
15:48
16 İyul
Dünyəvi dövlətin sarsılmazlığı Gəncə hadisələrinin sifarişçiləri üçün ən ağır cəzadır
15:19
16 İyul
Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin Zirvə toplantısı keçirilib
14:48
16 İyul
Brenda Şaffer: TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir
14:46
16 İyul
“Prezidentin ilk 100 günü” adlı tədbir keçirilib
14:28
16 İyul
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub
14:12
16 İyul
ƏƏSMN və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB arasında özünüməşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
14:06
16 İyul
İranlı nazir: Azərbaycana səfərim zamanı səhiyyə sahəsində bir sıra razılıqlar əldə olundu
14:00
16 İyul
Mediaya diqqət və qayğı Azərbaycanda bu sahədə aparılan dövlət siyasətinin mühüm göstəricisidir
13:42
16 İyul
Professor Akkan Suver: Azərbaycanda sabitliyin qorunması region ölkələri üçün həyati əhəmiyyət daşıyır
13:34
16 İyul
Gəncədə törədilən hadisələr göstərir ki, bir qrup şəxs ölkədə çaxnaşma salmaq istəyir
13:29
16 İyul
Məhluqə Qaramanlı: Azərbaycanda güclü olan xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz
13:00
16 İyul
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni sosial kampaniyaya start verildi
12:45
16 İyul
Türkiyədəki 15 iyul hadisələrinin ikinci ildönümü ilə əlaqədar Bakıda anım mərasimi təşkil edilib
12:29
16 İyul
ADA Universitetində regional enerji təhlükəsizliyi üzrə simpozium işə başlayıb
12:27
16 İyul
Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib
12:23
16 İyul
Cavid Osmanov: Azərbaycan güclü dövlətdir və heç bir qüvvə ölkəmizdəki sabitliyə xələl yetirə bilməz
12:21
16 İyul
Mirzəcan Xəlilov: Təxribatçı qüvvələr heç vaxt bizim birliyimizi poza bilməyəcəklər
12:18
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyində TÜRKPA nümayəndə heyəti ilə görüş olub
12:04
16 İyul
Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”
11:31
16 İyul
Gənc heydərçilər hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar
11:25
16 İyul
Mübariz Qurbanlı: Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır
11:05
16 İyul
Səyyar “ASAN xidmət” davam edir
10:59
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində növbəti reyd keçiriblər
10:54
16 İyul
Dilarə Cəbrayılova: Gəncədə baş verən hadisə dövlətimizə, suverenliyimizə qarşı yönələn bir təxribatdır
10:51
16 İyul
Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası ilə bağlı qiymətləndirmələr aparacaq
10:24
16 İyul
Şahin Mustafayev: Çin şirkətləri Azərbaycana 800 milyon dollara yaxın investisiya qoyub
10:22
16 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 96 dəfə pozub
20:26
15 İyul
DİN: Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
20:22
15 İyul
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
16:54
15 İyul
Kann şəhər merinin müavini: Azərbaycan mədəniyyəti günləri əlaqələrimizi daha da zənginləşdirib
16:51
15 İyul
Alen Bezye: Kann şəhərinin sakinləri mədəniyyət günləri sayəsində Azərbaycanı yaxından tanıyırlar
16:45
15 İyul
Gəncə hadisələri ilə bağlı daha bir neçə şəxs saxlanılıb
16:43
15 İyul
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15:27
15 İyul
Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb
14:52
15 İyul
Türkiyədə 15 iyul - Demokratiya və Milli Birlik Günü qeyd olunur
14:40
15 İyul
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
14:40
14 İyul
Gəncədə törədilən cinayətlər ölkəmizin ən böyük sərvəti olan sabitliyi pozmaq cəhdi idi
14:35
14 İyul
Avropa İttifaqının və NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Prezident, Ali Baş Komandanın dünyadakı nüfuzunun göstəricisidir
14:29
14 İyul
Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib
11:51
14 İyul
Yarım ildə BTC ilə 16,5 milyon ton neft göndərilib
11:48
14 İyul
Kamilə Əliyeva: Xaricdən idarə edilən bəzi internet resursları insanları təxribatlara yönləndirir
11:46
14 İyul
İlin birinci yarısında Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3,65 milyard kubmetrdən çox qaz ötürülüb
11:41
14 İyul
Flora Qasımova: NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır
11:38
14 İyul
Azərbaycan əhalisinin sayı 9 milyon 929 min 513 nəfərə çatıb
11:37
14 İyul
Sumqayıt şəhəri üçün ilin birinci yarısı uğurlu olub
11:30
14 İyul
Mirhəsən Seyidov: Gəncə hadisələrinin arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır
11:25
14 İyul
Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza salınan körpülər
11:19
14 İyul
Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə minib
11:17
14 İyul
Aydın Quliyev: Azərbaycana qarşı olanların, separatizmi dəstəkləyənlərin Gəncədəki məlum hadisələri törədən xəyanətkarları müdafiə etməsi çox mətləblərdən xəbər verir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA