Ana səhifə »  Analitik »  Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanda və beynəlxalq miqyasda böyük rəğbətlə qarşılanır
A+   Yenilə  A-
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanda və beynəlxalq miqyasda böyük rəğbətlə qarşılanır

Prezident İlham Əliyev: Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır
İnsanın daxili məni, identikliyi, yaşam fəlsəfəsi onun əməllərində aydın şəkildə təzahür edir. Bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı geniş ictimaiyyətə xüsusi təqdim etməyə ehtiyac yoxdur. Sadəcə, onu qeyd etmək lazım gəlir ki, Mehriban xanım Əliyeva müxtəlif statuslarda və vəzifələrdə çoxşaxəli səmərəli fəaliyyəti ilə milyonlarla insanın qəlbində özünə qarşı dərin hörmət və rəğbət qazanıb. Mehriban xanım Əliyeva elə nadir şəxsiyyətlərdən, ictimai-siyasi xadimlərdəndir ki, onu sosial mənşəyindən asılı olmayaraq, hamı qəbul edir. Onun son dərəcə gözəl harmoniyada təzahür edən xarici və daxili cizgiləri, qarşıya qoyduğu məqsədlərə çatmaq naminə nümayiş etdirdiyi prinsipiallığı və fəaliyyətindən qırmızı xətt kimi keçən humanizmi cəmiyyətdə xoş aura yaradır, uşaqlara və böyüklərə inam, nikbinlik aşılayır.
Mehriban xanım Əliyevanın şəxsi nümunəsi, çoxşaxəli ali məqamlı məhsuldar fəaliyyəti Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi “məmur xalqa xidmət göstərməlidir” fəlsəfəsini real olaraq təcəssüm etdirir. Həqiqətən də, Mehriban xanım Əliyeva elə xəlqi davranış və fəaliyyət nümunəsi sərgiləyir ki, onun timsalında məmurla vətəndaşlar arasında hansısa bir miqyasda sədlər yaradıla biləcəyini heç kəs ağlına belə gətirmir. Mehriban xanım Əliyevanın gündəlik fəaliyyətinin prioritetləri real həyatdan uzaq nəzəri konseptlər əsasında deyil, cəmiyyətdən gələn sosial sifarişlər, ölkəmizin reallıqları və zaman-zaman meydana çıxan yeni çağırışlar əsasında müəyyənləşdirilir. Qarşıya konkret hədəflər qoyulur və real vaxt rejimində mütləq həmin hədəflərə nail olunur.
Daha bir məqam: Mehriban xanım Əliyeva bir qayda olaraq həlli çətin görünən problemlərin üstünə gedir. O, çox sevdiyi Vətəni, qırılmaz tellərlə bağlı olduğu xalqı qarşısında öz missiyasını məhz çətin görünən problemlərin həllinə nail olmaqda, köməyə ehtiyacı olan insanlara əl tutmaqda, uşaqları sevindirməkdə görür. Mehriban xanım Əliyevanın ifadə etdiyi: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır,” - sözləri onun portretinin konkret ştrixlərini göz önündə canlandırır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz həyat kredosuna sadiqdir
Məlum olduğu kimi, artıq respublikamızda Birinci vitse-prezidentlik institutu müstəqil Azərbaycanın həyatının yeni reallığına çevrilib. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Bu məqamda xüsusi olaraq vurğulayaq ki, Mehriban xanım Əliyevanın həyatının indiyəqədərki mərhələsində Azərbaycan naminə gördüyü genişmiqyaslı işlər ona böyük inam yaradıb. Belə ki, yeni təyinatadək Azərbaycan ictimaiyyəti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, həmçinin Bakının ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı yarışmasını, tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarını, zəngin təəssüratları hələ də yaddaşlardan silinməyən IV İslam Həmrəyliyi Oyunlarını təşkil edən peşəkar komandanın rəhbəri kimi necə böyük əzmkarlıq, iradə, təşkilatçılıq, ətrafındakıları gələcək uğurlara inandırmaq bacarığı nümayiş etdirdiyinin şahidi olmuşdu. Bəhs olunan mötəbər tədbirlərdə Azərbaycan yeni yüksək standartlar nümayiş etdirdi, özünü güclü, hər şeyə qadir olan dövlət kimi göstərdi ki, burada Mehriban xanım Əliyevanın xidmətləri müqayisəyəgəlməzdir. Mehriban xanım Əliyevanın Milli Məclisin bir neçə çağırış deputatı kimi səmərəli fəaliyyəti də yaddaşlarda dərin iz qoyub. Bundan başqa, Mehriban xanım Əliyeva tərkibində 700 mindən çox fəal insanı birləşdirən Yeni Azərbaycan Partiyasının Sədr müavinidir. Onun Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyəti də təqdirəlayiqdir. Bütün bu amillər, heç şübhəsiz ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyinat almasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının cari il 21 fevral tarixində keçirilən iclasında Mehriban xanım Əliyevanı təqdim edərək deyib: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.
Beləliklə, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması barədə dövlət başçısının qərarı və ictimai rəy tam olaraq üst-üstə düşürdü. Yeri gəlmişkən, Mehriban xanım Əliyeva Təhlükəsizlik Şurasının iclasında Azərbaycana layiqincə xidmət edəcəyini bir daha qətiyyətlə bəyan edib: “Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.
Dövlət başçısının və Azərbaycan ictimaiyyətinin yüksək etimadını qazanan Mehriban xanım Əliyeva yeni vəzifədə çalışdığı dövrdə öz həyat kredosuna sadiq qalaraq xalqın, ölkənin mənafeyi naminə uğurlu fəaliyyətini davam etdirir. Onun gördüyü işlər insanlarda böyük məmnunluq doğurur.
Heydər Əliyev Fondunun regionda ən böyük ictimai təşkilata çevrilməsində Mehriban xanım Əliyevanın müstəsna rolu var
Qeyd etdiyimiz kimi, Mehriban xanım Əliyevanın Azərbaycan naminə fəaliyyəti çoxşaxəlidir və müxtəlif istiqamətləri əhatə edir. Bu fəaliyyət sahələri bir-birlərindən nə qədər fərqlənsə də, Mehriban xanım Əliyeva ona həvalə olunan bütün işlərə son dərəcə məsuliyyətlə yanaşıb və diqqətəlayiq uğurlar qazanıb. Lakin bir fəaliyyət sahəsi Mehriban xanım üçün xüsusilə əvəzolunmazdır. O, Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə böyük ehtiramının ifadəsi olaraq Ulu öndərin adını daşıyan Fondun prezidenti kimi müqayisəyəgəlməz fəallıq və təşəbbüskarlıq nümayiş etdirir. Mehriban xanım Əliyevanın təəssübkeşliyi, Vətənə, xalqa bağlılığı, daim qurub-yaratmaq həvəsi ilə yaşadığı, gördüyü işdən mənəvi zövq aldığı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrdə daha qabarıq şəkildə nəzərə çarpır.
Məlum olduğu kimi, 2004-cü il mayın 10-da yaradılan Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə, sədaqətlə həyata keçirir. Fond görülən işlərin həcminə görə nəinki Azərbaycanda, eyni zamanda, regionda ən böyük ictimai təşkilata çevrilib ki, burada da Mehriban xanım Əliyevanın müstəsna rolu var. Fondun çoxşaxəli fəaliyyətindən bəhs edən Mehriban xanım Əliyeva vurğulayıb: “Rəhbərlik etdiyim Heydər Əliyev Fondu artıq 13 ildir ki, öz fəaliyyətini humanizm prinsipləri əsasında qurub. Biz bu illər ərzində bir çox irimiqyaslı layihələr icra etmişik. Biz Azərbaycanın ictimai və siyasi həyatında fəal iştirak edirik. Biz infrastruktur layihələri icra edirik. Eyni zamanda, biz 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç zaman biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək və eşitmək, köməyə ehtiyacı olana kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, dövlət qurumlarında çalışan bütün insanların əsas borcu və vəzifəsidir”.
Ötən dövrdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən müxtəlif istiqamətlər üzrə konkret layihələr reallaşdırılıb. Fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Azərbaycanda müasir təhsil infrastrukturunun yaradılmasında mühüm rol oynayır. “Xocalıya ədalət!” kampaniyası da məhz Fondun təşəbbüsü ilə başlayıb. Sonradan dövlət orqanları, ictimai qurumlar bu təşəbbüsə qoşulublar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyıb.
Azərbaycan musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Məhz Prezident İlham Əliyevin və UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, eləcə də Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Mehriban xanım Əliyeva insanlara kömək əli uzadanda özünü xoşbəxt sanır
Xoşbəxtlik nədir? Kimi xoşbəxt insan adlandırmaq olar? Yer üzündə xoşbəxtlik anlayışına münasibət, bəlkə də, elə insanların sayı qədər çoxdur və müxtəlifdir. Hər kəs xoşbəxtliyi öz baxış bucağından dəyərləndirir. Kimi xoşbəxtliyi naz-nemət içində yaşamaqda görür. Bir başqası çoxlu mal-mülkə sahib olmağı xoşbəxtlik sanır... Mehriban xanım Əliyeva üçün isə dəyərlər tamam fərqlidir. Hamı tərəfindən birmənalı şəkildə qəbul olunur ki, o, özünü məhz sadə insanlarla təmasda olanda, aztəminatlı ailələrə kömək əli uzadanda rahat və xoşbəxt sanır. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın istər ölkənin Birinci vitse-prezidenti, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyəti ilk növbədə humanizm prinsiplərindən, mənəvi dəyərlərdən qidalanır. Mehriban xanım Əliyeva deyir: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”.
Mehriban xanım Əliyeva həyatının xoş günlərini, milli bayramlarımızı bir qayda olaraq valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqlarla keçirir. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və respublikanın bölgələrində çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisəsinin yüksək səviyyədə təmir olunması və hər cür mebellə təchiz edilməsi də Mehriban xanım Əliyevanın qayğıya ehtiyacı olan uşaqlara xüsusi münasibətinin ifadəsidir. Ümumiyyətlə, Fondun təkcə “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsi çərçivəsində 30-dan çox internat və uşaq evi yenidən qurulub. Bununla yanaşı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün çoxmənzilli yaşayış binaları inşa olunur. İndiyədək Nizami və Abşeron rayonlarında bir neçə belə bina istifadəyə verilib və yenisi də tikilməkdədir.
Fəaliyyətində daim humanizm prinsiplərindən çıxış edən Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında Milli Məclis bir neçə amnistiya aktı layihəsini dəstəkləyərək müvafiq qərarlar qəbul edib. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 40 minə yaxın məhkum müxtəlif növ cəzalarından azad edilib.
Birinci vitse-prezident ilk müşavirəsini qaçqın və məcburi köçkün ailələrinin problemlərinə həsr etdi
Cari il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib. Bu, Mehriban xanım Əliyevanın yeni vəzifəyə təyinat aldıqdan sonra keçirdiyi ilk müşavirə idi.
Yuxarıda deyilənlər baxımdan Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində də ilk müşavirəsini cəmiyyətin həssas təbəqəsinin problemlərinə - Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etməsi təsadüfi deyil. Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının təsdiqlədiyi müvafiq proqramlara əsasən respublikanın müxtəlif bölgələrində məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb.
Lakin görülən işlərə baxmayaraq, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox sayda məcburi köçkün ailəsi yaşayır. Fəaliyyətində humanizm prinsiplərini əsas tutan Mehriban xanım Əliyeva isə bundan narahatlıq hissi keçirir. Buna görə də Birinci vitse-prezident müşavirədəki çıxışında hələ də çətin şəraitdə yaşayan məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün əlavə və təxirəsalınmaz addımların atılmasının zəruriliyini diqqətə çatdırıb. O deyib: “Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlamalıdır”.
İlk müşavirəsində Birinci vitse-prezident qarşıya konkret vəzifə qoyub. O bildirib ki, qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir.
Bəhs olunan müşavirədən çox az sonra - cari il mayın 30-da Mehriban xanım Əliyevanın şəxsən iştirakı ilə Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməli qoyuldu. Yeni yaşayış kompleksi 6 hektardan çox ərazidə salınır. Burada ümumilikdə 1026 ailə üçün onbirmərtəbəli 9 bina inşa olunacaq. Qəsəbənin bütün lazımi infrastrukturu olacaq. Mehriban xanım Əliyeva təməlqoyma mərasimindəki çıxışında əminliyini ifadə edərək deyib ki, çox yaxın gələcəkdə - 1 il ərzində insanların rahat yaşaması üçün burada yeni bir qəsəbə salınacaq.
Birinci vitse-prezidentin təqdim etdiyi yeni layihə əsasında aprel döyüşlərinin iştirakçıları yüksək texnologiyalı protezlərlə təmin olunublar
Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsində təqdim etdiyi “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi onun milli təəssübkeşliyini, vətənpərvərliyini, Azərbaycanın hər bir vətəndaşının dərd-sərini öz ağrısı kimi qəbul etməsini və əlbəttə ki, ana qəlbinin hərarətini ifadə edir. Ciddi sosial əhəmiyyət daşıyan layihənin təqdimat mərasimi Birinci vitse-prezidentin şəxsən iştirakı ilə 2017-ci il aprelin 3-də keçirilib. Təqdimat mərasimində çıxış edən Mehriban xanım Əliyeva vurğulayıb: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Münaqişə beynəlxalq hüququn normaları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapmalıdır, işğalçı qüvvələr Azərbaycan torpaqlarını tərk etməlidirlər, ondan sonra regionda sülh bərpa olunacaq və heç bir ana - nə erməni, nə də azərbaycanlı ana oğlunun məzarı üstündə göz yaşını tökməyəcək”.
Layihə çərçivəsində döyüşlərdə xəsarət almış əsgər və zabitlərimiz dünyanın müasir protez istehsalçıları olan Almaniyanın “Ottobock”, İslandiyanın “Ossur”, İngiltərənin “RSL Steeper” və ABŞ-ın “Fillauer” şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunublar. Layihə üzrə qısa müddətdə müvafiq işlər həyata keçirilib, hərbçilərin amputasiya olunan hərəki hissələrinə protezlər quraşdırılıb. Hər bir əsgər və zabitin bir çox fərdi xüsusiyyətləri, xüsusilə aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri nəzərə alınaraq onlar üçün uyğun və yüksəkkeyfiyyətli protezlər tətbiq olunub.
Dünyada ikinci elə bir şəxsiyyət yoxdur ki, həm UNESCO-nun, həm də İSESCO-nun xoşməramlı səfiri olsun
Azərbaycan dövləti və xalqı Mehriban xanım Əliyevanın ölkəmiz qarşısında xidmətlərini yüksək dəyərləndirir. İndiyədək Mehriban xanım Əliyeva bir sıra yüksək təltiflərə layiq görülüb. Prezident İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan mərasimdə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “Heydər Əliyev Mükafatı”nı təqdim edib. Dövlət başçısının 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə isə Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülüb.
Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, həmçinin xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr xarici ölkələr və təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. On ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun. Bundan başqa, Mehriban xanım Əliyeva Rusiyanın, Fransanın, Polşanın, Pakistanın, Serbiyanın, çoxsaylı beynəlxalq təşkilatların yüksək səviyyəli mükafatları ilə təltif olunub.
Bundan başqa, müxtəlif yerli və beynəlxalq təşkilatların keçirdikləri rəy sorğularının nəticələrinə əsasən Mehriban Əliyeva dəfələrlə “İlin adamı”, “İlin qadını” seçilib. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə onun Azərbaycan cəmiyyətində və beynəlxalq miqyasda nüfuzu daha da artıb. Şübhə yoxdur ki, yenidən rəy sorğusu keçirilərsə, Mehriban xanım Əliyeva qalib tituluna yiyələnmək üçün yenə də ən ideal namizəd olacaq!
“Mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram”
Bu günlərdə Mehriban xanım Əliyevanın ünvanına doğum günü münasibətilə çoxlu sayda təbrik məktubları gəlməkdədir. Bəhs olunan təbrik məktublarının müəllifləri arasında ictimaiyyətin müxtəlif sosial mənşəyə malik nümayəndələrinin imzalarını görmək mümkündür. Zənnimizcə, Mehriban xanım Əliyevanın həyatda ən böyük xoşbəxtliyi vətənpərvərliyə, humanizmə, milli dəyərlərə, tolerantlığa əsaslanan çoxşaxəli fəaliyyətində qazandığı ən böyük uğur da məhz elə budur. İnsan üçün həyatının özəl günündə xalqının təbriklərini almaqdan böyük sevinc, xoşbəxtlik təsəvvür etmək mümkündürmü? Bu o deməkdir ki, Mehriban xanım Əliyevanın insanların xoşbəxtliyi, ölkənin tərəqqisi naminə illər boyu sərgilədiyi çalışmaları çox uğurlu olub, uşaqlar da, böyüklər də onun əməllərindən bəhrələniblər və indi bütün bunlara görə özlərinin minnətdarlıq hisslərini ifadə edirlər. Bu, son dərəcə qürurverici və təsirləndirici məqamdır.
Yeri gəlmişkən, Mehriban xanım Əliyeva ona səmimi təbriklər ünvanlayanların, xoş arzular bildirənlərin hamısına müraciət ünvanlayaraq dərin minnətdarlığını ifadə edib. Mehriban xanım Əliyeva bəhs olunan müraciətdə yenə də çox səmimidir. O, ünvanına gələn təbriklərdən təsirləndiyini bildirərək vurğulayıb: “Belə bir gündə sizin səmimiyyətinizi bir daha hiss etmək mənə çox xoşdur. Mən sizin səmimi təbriklərinizdən çox təsirlənmişəm. Bu, həqiqətən ruhlandırır və müsbət, yaradıcı enerji verir. Mənim hər zaman hiss etdiyim rəğbətinizə, sevgi və dəstəyinizə görə çox sağ olun”.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini uğurlu edən bir neçə məqam sadalamaq olar ki, onların içərisində xalqa olan etimadı xüsusi vurğulamaq lazımdır. Mehriban xanım Əliyeva Azərbaycan naminə fəaliyyətində gücü insanlara olan sevgidən alır. Xalqına olan inam onu daha səmərəli, daha genişmiqyaslı fəaliyyətə sövq edir. Mehriban xanım Əliyeva bəhs olunan müraciətində Azərbaycanın əsas sərvətinə-xalqa inamını bir daha səmimiyyətlə etiraf edib: “Mən sizinlə bizim ümumi potensialımıza, insan kapitalımıza inanıram, mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram”.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  16170  |  
  • Tarix:  29-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək

15:50
17 Fevral
“Mağcan Cumabay anma ili”nin açılışı və TÜRKSOY-un mətbuat mükafatının təqdimatı keçirilib
15:40
17 Fevral
İrandan Ermənistana qaz kəmərinin çəkilməsi ideyası elə ideya olaraq da qalacaq
15:35
17 Fevral
Bakıda birinci Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu işə başlayıb
14:48
17 Fevral
“Kaspi” qəzeti TÜRKSOY-un mətbuat mükafatı ilə təltif olunub
14:47
17 Fevral
Heydər Əsədov: arıçılara subsidiyaların verilməsinə yaxın vaxtlarda başlanacaq
14:46
17 Fevral
“Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə turnir keçiriləcək
14:44
17 Fevral
YAP Yevlax rayon təşkilatı imzatoplama kampanyasınugurla davam etdirir
14:41
17 Fevral
YAP Cəbrayıl rayon təşkilatı imzatoplama kampaniyasını başa vurub
14:11
17 Fevral
Qida Təhlükəsizliyi Agentliyinin yaradılması məhsul üzərində nəzarəti həyata keçirməyə imkan verəcək
14:07
17 Fevral
Xaçmazlılar üçün ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb
14:06
17 Fevral
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
14:04
17 Fevral
Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalanıb
14:02
17 Fevral
Ötən il Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb
12:55
17 Fevral
“Azeri Light”ın bir barreli 66 dollardan baha satılır
12:53
17 Fevral
Balıqların artırılması və mühafizəsi işlərinin yerinə yetirilməsinə 3114,6 min manat vəsait sərf olunub
12:51
17 Fevral
“Fitch Ratings” SOCAR-ın reytinqini təsdiqləyib
12:50
17 Fevral
Antonio Lopes-İsturiz: Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsi getdikcə artır
12:41
17 Fevral
Universitet tələbələri tam orta məktəblərdə pedaqoji təcrübə keçəcəklər
12:40
17 Fevral
Yeniyetmələr arasında stolüstü tennis üzrə liqa yarışları davam edir
12:26
17 Fevral
Meksikada nazirin və ştat qubernatorunun olduğu helikopter qəzaya uğrayıb
12:22
17 Fevral
Budapeştdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
12:13
17 Fevral
Xaçmazlı məktəblilər arasından ədəbiyyat biliciləri seçilir
12:12
17 Fevral
Tennisçi Rocer Federer yenidən reytinq cədvəlinin birinci pilləsinə yüksəlib
12:10
17 Fevral
YAP Neftçala rayon təşkilatı imzatoplama kampaniyasını başa vurdu
12:08
17 Fevral
Zoologiya İnstitutunda mikroskopla təcrübi dərslər davam edir
12:07
17 Fevral
YAP Abşeron rayon təşkilatında imzatoplama kampaniyasına start verilib
12:05
17 Fevral
Misir ordusu: “Sinay 2018” antiterror əməliyyatı davam edir
11:54
17 Fevral
Neft hasilatının azaldılması Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək
11:52
17 Fevral
Naxçıvanda Qara Qarayevin 100 illik yubileyi qeyd edilib
11:34
17 Fevral
“Baker Hughes”: ABŞ-dakı neft-qaz quyularının sayı dəyişməyib
11:31
17 Fevral
Milli valyutada qoyulmuş əmanətlərin məbləği 66,9 faiz artıb
11:30
17 Fevral
Bu gün futbol üzrə Azərbaycan çempionatının XVI turuna start veriləcək
11:29
17 Fevral
SOCAR keçən il neft və neft məhsullarının ticarət dövriyyəsinin həcmini 108 milyon tona çatdırıb
11:27
17 Fevral
Prezident İlham Əliyev “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb
11:24
17 Fevral
Nazir Angeliono Alfano: Azərbaycan İtaliyanın etibarlı tərəfdaşıdır
11:22
17 Fevral
Dünyada orta ömür 70 yaşdan yuxarı, bəzi ölkələrdə isə 84 yaş hesab olunur
11:21
17 Fevral
Sağlamlıq imkanları məhdud gənclər peşələrə yiyələnirlər
11:19
17 Fevral
Türkiyənin tanınmış modelləri Bakıya gəlir
11:13
17 Fevral
ABŞ-ın neft hasilatı rekord göstəriciyə çatıb
11:07
17 Fevral
Hərbi verilişlər hazırlayan televiziya əməkdaşları ilə görüş keçirilib
11:03
17 Fevral
ABŞ-ın neft ehtiyatları artır
11:02
17 Fevral
Neftin qiyməti bahalaşır
11:00
17 Fevral
AZƏRTAC Türkiyədə keçirilən beynəlxalq treninqdə təmsil olunub
10:59
17 Fevral
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
10:57
17 Fevral
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 125 dəfə pozub
20:19
16 Fevral
Cənub Qaz Dəhlizi Azərbaycan iqtisadiyyatının inkişafına böyük töfhələr verəcək
18:25
16 Fevral
YAP Nərimanov rayon təşkilatı imzatoplama kampaniyasına başlayıb
18:22
16 Fevral
Şirvanda YAP-ın namizədinə kütləvi şəkildə imza verirlər
18:17
16 Fevral
Kürdəmirdə YAP-ın namizədi üçün imzatoplama kampaniyasına start verilib
18:12
16 Fevral
YAP Səbail rayon təşkilatı imzatoplama kampaniyasına start verildi
18:09
16 Fevral
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatında imzatoplama kampaniyası zamanı gənclər xüsusi fəallıq göstərirlər
18:01
16 Fevral
YAP Siyəzən rayon təşkilatı imzatoplama kampaniyasına yüksək fəallıq şəraitində başlayıb
17:56
16 Fevral
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını ruh yüksəkliyi ilə həyata keçirir
17:50
16 Fevral
Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı prezident seçkiləri ilə əlaqədar hazırlıq işlərinə start verib
17:48
16 Fevral
YAP Salyan rayon təşkilatı 700 imza toplamışdır
17:42
16 Fevral
YAP Qubadlı rayon təşkilatı seçici imzalarının toplanması prosesinə start verib
17:31
16 Fevral
Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib
17:29
16 Fevral
Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib
17:18
16 Fevral
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatında imzatoplama kampaniyasına başlanılmışdır
17:03
16 Fevral
Mədəniyyət və turizm naziri Göyçay şəhərində vətəndaşları qəbul edəcək
17:01
16 Fevral
Paytaxtətrafı məktəblərdə görüşlər başa çatıb
16:59
16 Fevral
İstehlakçı hüquqlarına dair konfrans və treninq təşkil olunub
16:54
16 Fevral
İtaliya KIV-ləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının çərçivəsində nazirlərin dördüncü toplantısından yazır
16:48
16 Fevral
Azərbaycanın xarici işlər naziri Münxen Təhlükəsizlik Konfransında iştirak edir
16:47
16 Fevral
Güllə atıcılığı üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
16:40
16 Fevral
Türkiyə və ABŞ münasibətlərin normallaşması barədə razılığa gəliblər
16:19
16 Fevral
Bakıda xanəndə və instrumental ifaçıların respublika müsabiqəsi təşkil ediləcək
16:03
16 Fevral
Gənclər və idman naziri Cəlilabadda vətəndaşların qəbulunu keçirib
16:00
16 Fevral
Yasamal rayonunda imzatoplama kampaniyasına start verilib
15:58
16 Fevral
Yeni Azərbaycan Partiyasının Hacıqabul rayon təşkilatı imzatoplama kampaniyasına uğurlu start verib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28
HAVA HAQQINDA