Ana səhifə »  Analitik »  Azərbaycanın 14 iyuldan başlayan inkişaf və rifah yolu
A+   Yenilə  A-
Azərbaycanın 14 iyuldan başlayan inkişaf və rifah yolu

1969-cu ilin 14 iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Ulu öndər Heydər Əliyev respublikamızda milli intibahın əsasını qoydu
Zaman-zaman ölkələrin, xalqların tarixində elə hadisələr baş verir ki, onların milli mənafe baxımından önəmi getdikcə daha aydın dərk olunur. Keşməkeşli tarixə malik Azərbaycan üçün taleyüklü belə hadisələrdən biri 1969-cu ilin 14 iyulunda baş verdi. Həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) növbəti plenumunda xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri oldu.
Ulu öndər Heydər Əliyevin bir neçə onillik ərzində və həm də müxtəlif ictimai-siyasi formasiyalarda, fərqli ideoloji çərçivələr daxilində Azərbaycana uğurla rəhbərlik etməsi, respublikanı daim inkişafa istiqamətləndirməsi lider şəxsiyyətin tarixdəki yeri və böyük rolu barədə konkret təsəvvür yaradır. Dünya ölkələrinin təcrübəsindən, keçdiyi yoldan da bəlli olduğu kimi, liderlər həmişə insanları yeni, mütərəqqi ideyalar ətrafında səfərbər ediblər, onları mübarizəyə ruhlandırıblar, bəzən tarixin axarını belə dəyişiblər, prosesləri cəmiyyətin sosial sifarişlərinə istiqamətləndiriblər. Ulu öndər Heydər Əliyevin həm keçmiş sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycanın rəhbəri kimi fəaliyyəti də məhz bu kimi taleyüklü məqamlarla səciyyələnir.
Ulu öndər Heydər Əliyev hələ sovet dönəmində Azərbaycanın gələcək inkişafı üçün fundamental əsaslar yaratmağa nail oldu
1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev respublikamız barədə keçmiş ittifaqda yaranan stereotipləri dağıtdı, rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, yeni intibaha, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Azərbaycanın gələcək inkişafı baxımından güclü iqtisadiyyat qurulmasının önəmini yüksək dəyərləndirən Ulu öndər Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar əlavəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi. Heydər Əliyev Öz nüfuzundan istifadə edərək bir sıra ümumittifaq əhəmiyyətli iqtisadi layihələrin məhz Azərbaycanda reallaşdırılmasına nail olurdu. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində tənəzzül meyilləri aradan qaldırıldı, neft və qaz ehtiyatlarından səmərəli istifadə edilməsi milli inkişafa mühüm töhfələr bəxş etdi.
Eyni zamanda, Heydər Əliyev respublikada aqrar sektoru da sənaye əsasında inkişaf etdirməyə, intensiv metodların tətbiqi yolu ilə bir sıra istiqamətlərdə, o cümlədən də gəlirli sahə olan pambıqçılıqda məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılmasına nail oldu. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi.
Ulu öndərin azərbaycanlı gəncləri keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi üzaqgörənliyin və milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Belə ki, ümumilikdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksək ixtisaslı mütəxəssis hazırlandı.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edirdi. Bu sırada Ulu öndərin milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.
Ümummilli liderin zamanında məqsədyönlü şəkildə yaratdığı zəngin irs sonralar müstəqil Azərbaycanın iqtisadi və mədəni əsaslarına çevrildi. Bu zəngin irsdən kənarda müstəqil Azərbaycanın nə iqtisadiyyatını, nə də mədəniyyətini təsəvvür etmək mümkün deyil.
Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi 13 il ərzində (1969-1982) respublikamızın regionları da daxil olmaqla bütün şəhərlərində ciddi tarixi inkişaf baş verib. Prezident İlham Əliyev Azərbaycanın sovet hakimiyyəti illərində müstəqil olmasa da, inkişaf etdiyini, ələlxüsus da ötən əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar qazandığını məmnunluq hissi ilə diqqətə çatdıraraq vurğulayıb: “70 il Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşayırdı. Baxmayaraq ki, müstəqil deyildik, Azərbaycan xalqı inkişaf edirdi. Xüsusilə 1970-1980-ci illərdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir, həm iqtisadi, həm sosial sahədə böyük uğurlar qazanmışdır”.
Ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi. Lakin vəzifədən getsə də, Heydər Əliyevin qəlbi yenə də Azərbaycanla döyünürdü. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı faciəni xatırlayaq. 20 Yanvar qətliamı imperiya qüvvələri tərəfindən törədilmişdi. Hadisələrin birbaşa günahkarları olan keçmiş ittifaqın rəhbərliyi Bakıda törədilən qırğın barədə xəbərlərin imperiyanın özündə və sərhədlərindən kənara yayılmasını qətiyyən istəmirdi və bu məqsədlə repressiv tədbirlərə əl atılırdı. Belə vəziyyətdə Heydər Əliyev heç nədən çəkinməyərək, Özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda törədilən qırğını qətiyyətlə pislədi və informasiya blokadasını yardı.
Ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısında misilsiz xidmətlərindən söhbət açarkən Onun ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvandakı fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı məlum hadisələr fonunda Naxşıvanda vəziyyət daha kritik həddə çatmışdı.
Belə vəziyyətdə sanki tale Naxçıvanın üzünə güldü. Məlumdur ki, keçmiş ittifaq rəhbərliyinin getdikcə artan təzyiqləri ilə üzləşən Ulu öndər Heydər Əliyev 1990-cı ildə Moskvadan Bakıya qayıtmaq məcburiyyətində qaldı. Lakin imperiya nökərləri - bəhs olunan dövrdə Azərbaycanın rəhbərliyində təmsil olunan şəxslər Heydər Əliyevin Bakıya qayıdışını kresloları üçün təhlükə hesab edərək Onun paytaxtda qalmasını əngəllədilər. Ulu öndər doğulduğu Naxçıvana üz tutdu və burada insanlar Onu böyük sayğı ilə qarşıladılar. Həmin ilin payızında Heydər Əliyev Babək rayonunun Nehrəm kəndindən Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçildi. Ulu öndər, eyni zamanda, Naxçıvan Ali Sovetinə də deputat seçilmişdi. Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra - 17 noyabr 1990-cı il tarixində çağırılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Ulu öndərin təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək onun Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı.
O dövrdə Ulu öndərin Naxçıvana və naxçıvanlılara böyük məhəbbətlə atdığı bu kimi addımlar böyük cəsarət nümunəsi idi. Qeyd etmək yerinə düşər ki, bəhs olunan dövrdə hələ Sovet İttifaqı, Kommunist Partiyası fəaliyyət göstərirdi. Heydər Əliyev isə təhdidlərdən, Özü və ailəsi üçün yarana biləcək təhlükələrdən çəkinməyərək respublikamızın gələcək taleyi baxımından müstəsna əhəmiyyət daşıyan qərarların qəbul olunmasına nail oldu.
1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyev Özünün şəxsi nüfuzundan və yüksək diplomatik bacarığından istifadə edərək qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi ilə təmasları gücləndirdi və blokada şəraitində yaşayan muxtar respublikanı erməni təcavüzündən, aclıqdan, səfalətdən qorudu. Eyni zamanda, Ulu öndər xalqda müstəqillik uğrunda mübarizə əzmini möhkəmləndirməyə çalışırdı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş Sovet İttifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən Azərbaycanın rəhbərliyinə gələrək ölkəni parçalanmadan xilas etdi
Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün şüurlu fəaliyyətini bu istiqamətdə quran və yuxarıda qeyd etdiyimiz kimi bunun üçün fundamental əsaslar yaradan Heydər Əliyev respublikamızın ötən əsrin 90-cı illərinin əvvəllərində əldə etdiyi müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. O dövrün mənzərəsini göz önündə canlandıraq. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Bir tərəfdən, zorakılıq yolu ilə hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarının səriştəsizliyi nəticəsində ölkədə yaranan vətəndaş qarşıdurması, digər tərəfdən isə, Ermənistanın respublikamıza qarşı elan olunmamış müharibə aparması, havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi Azərbaycanı, sözün əsl mənasında, ölüm, ya qalım dilemması ilə üz-üzə qoymuşdu. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.
Müstəqilliyimiz, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Ulu öndər bu dəfə də xalqının yanında olmağa qərar verərək iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bir qədər sonra isə Milli Məclisin qərarı ilə Ulu öndər Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu.
Yeni neft strategiyası, başlanan iqtisadi islahatlar ölkəni inkişafa istiqamətləndirdi
Ən vacib məqamlardan biri də o oldu ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın gələcəyinə hesablanan yeni neft strategiyasını işləyib hazırladı və Xəzərin zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə xarici sərmayələri cəlb etməyə nail oldu. Yeni neft strategiyasının reallaşdırılması çərçivəsində Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını alan müqavilə imzalandı. 1997-ci ildə “Çıraq” yatağından neft hasilatına start verildi. Bundan iki il sonra Azərbaycan “Əsrin müqaviləsi” çərçivəsində neftin hasilatından gəlir əldə etməyə başladı. Sonrakı illərdə neft gəlirlərinin artması hesabına ölkənin iqtisadi inkişafı üçün böyük imkanlar yarandı.
Bütövlükdə, 1995-2003-cü illər ərzində respublikamızda ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artdı. Bəhs olunan dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində sərmayə yönəldildi.
Azərbaycan müstəqilliyini bərpa etsə də, iqtisadiyyatda keçmiş sovet dönəmindən miras qalan yanaşmalar tətbiq edilirdi. Stereotipləri aradan qaldırmadan yeni dövrün iqtisadiyyatını da qurmaq mümkün deyildi. Ümummilli lider Heydər Əliyev iqtisadi sahədə dövlət siyasətinə belə aydınlıq gətirdi: “...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir”.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun uğurla həyata keçirilməsi sayəsində ölkədə iqtisadi fəallıq artdı, iqtisadiyyatın müxtəlif sahələrinin investisiya təminatı gücləndi, tələbata işləyən geniş müəssisələr şəbəkəsi yarandı, fəal insanların məşğulluğu təmin olundu və bu əsasda əhalinin sosial vəziyyəti yaxşılaşdı. Ulu öndər milli iqtisadiyyatın inkişafına mane olan bürokratik əngəllərin və o cümlədən də sahibkarlıq subyektlərində yoxlamaların qarşısının alınması, bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə bir sıra Fərman və sərəncamlar imzaladı.
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixdə imzaladığı “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” müvafiq Fərmanla respublikamızda geniş torpaq islahatına başlanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3 milyon 442 min 778 subyekt demək idi.
Bu gün Azərbaycan bir çox ölkələr üçün nümunədir
Ulu öndər Heydər Əliyevin parlaq ideyaları hər zaman mayak kimi Azərbaycanın yolunu işıqlandıracaq və ölkəmizi daim inkişafa aparacaq. Prezident İlham Əliyev hələ 2003-cü ildə dövlət başçısı kimi fəaliyyətə başlayarkən bəyan etdi ki, Onun üçün bundan sonra əsas vəzifə Heydər Əliyev siyasətini davam etdirmək olacaq. Son 13 ildə Prezident İlham Əliyev verdiyi vədə sadiq qalaraq Ulu öndərin əsasını qoyduğu siyasəti həm yüksək səviyyədə davam etdirib, həm də müasir çağırışları nəzərə alaraq yeni çalarlarla daha da zənginləşdirib.
Azərbaycanda Ulu öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilməsi ölkəmizin bugünkü müsbət reallıqlarını yaradıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz Azərbaycanda güclü, özünə güvənən, müstəqil dövlət qururuq. Bu dövlət əbədi yaşamalıdır və uğurla yaşamalıdır.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin varisliyinin təmin olunması sayəsində respublikamız istər siyasi müstəvidə, istərsə də sosial-iqtisadi sahədə böyük uğurlara imza atıb. Qısa müstəqillik tarixində respublikamız dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu gün əksər Avropa təsisatlarının üzvü olan Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatında uğurla təmsil olunaraq beynəlxalq əməkdaşlığın dərinləşməsinə, müxtəlif sivilizasiyaların bir-birlərinə yaxınlaşmasına öz sanballı töhfələrini verir.
Son illər ərzində dünya miqyasında bütün parametrlər baxımından Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmayıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır. Azərbaycanın iqtisadi potensialının artmasının miqyası region ölkələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Davamlı iqtisadi artım nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib.
Hazırda dünyada özünəməxsus inkişaf modeli ilə fərqlənən Azərbaycan, eyni zamanda, qlobal əhəmiyyət daşıyan bir sıra yeni layihələrin təşəbbüskarı və fəal iştirakçısı qismində çıxış edir. Getdikcə artan iqtisadi potensialı sayəsində bölgədə yeni reallıqları məhz respublikamız diktə edir. İndiyədək ölkəmiz regionun inkişafında əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi tarixi layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də onların reallaşdırılmasına və uğurla istismar edilməsinə sanballı töhfələr verib. Azərbaycanın əsas moderator rolunda çıxış etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası da layihə çərçivəsində uğurla davam etdirilir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunun artması da böyük məmnunluq doğurur. Bu gün Azərbaycanın bir çox ölkələr üçün nümunə olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb: “Cəmi 23 il ərzində - 1993-cü ildən başlayaraq, görün, Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan nə qədər güclənib, görün, Azərbaycan dünyada hansı möhkəm mövqelərə sahib olub. İqtisadi sahədə, sosial sahədə, bütün başqa sahələrdə Azərbaycan böyük uğurlara imza atıb və bu gün bütün dünya bunu bilir və qəbul edir. Bu gün Azərbaycan bir çox ölkələr üçün nümunədir”.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  56670  |  
  • Tarix:  14-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

26 Mart 13:47
Xanlıqlar dövrünün metafizikası: Akademik Ramiz Mehdiyevin yeni kitabı haqqında ilk təəssüratlar
26 Mart 12:25
Salyanda 30 min nəfərdən çox sakin tibbi müayinədən keçib
26 Mart 12:20
Bayram günlərində Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələri xüsusi iş rejimində çalışıb
26 Mart 12:15
Əli Həsənovun əsərləri Buxarestdə rumın dilində nəşr edilib
26 Mart 12:11
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25 Mart 14:14
Aprelin əvvəlindən müharibə veteranlarına Prezidentin aylıq təqaüdü təyin olunacaq
25 Mart 11:41
Pekin Xarici Dillər Universitetində Novruz şənliyi
25 Mart 11:24
Vaşinqtonda Novruz şənliyi keçirilib
25 Mart 11:21
Strasburqda “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimatı olub
25 Mart 11:18
"Avro-2020"-nin talismanı təqdim olunub
25 Mart 11:14
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
25 Mart 11:12
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasında fəal rol oynayır
25 Mart 11:10
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
25 Mart 11:07
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi: Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük nəticələr əldə edir
24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA