Ana səhifə »  Analitik »  Leyla Əliyeva: İşimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək qura bilərik
A+   Yenilə  A-
Leyla Əliyeva: İşimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək qura bilərik

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük ictimai məzmun daşıyan çoxşaxəli fəaliyyəti cəmiyyət həyatının bir çox istiqamətlərini əhatə edir, ən ali ideallara söykənir
“İşimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək qura bilərik”. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsus olan bu fikirlər həm də onun fəaliyyətinin məğzini, həyat kredosunu dəqiqliklə ifadə edir. Ümumiyyətlə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın böyük ictimai məzmun daşıyan fəaliyyətinin miqyası, əhatə dairəsi kifayət qədər genişdir. Azərbaycan cəmiyyətinin istəyi və Leyla Əliyevanın çoxşaxəli fəaliyyəti sanki bir uyğunluq, harmoniya təşkil edir. Leyla Əliyevanın gördüyü işlər, reallaşdırdığı layihələr cəmiyyətin sosial sifarişini ifadə edir və buna görə də bizim hamımıza ruhən çox yaxındır. Hər kəs Leyla Əliyevanın timsalında onun sözünü deyən, onun müxtəlif məsələlərlə bağlı narahatlığını ifadə edən, daima daxili yanğı ilə, milli təəssübkeşliklə, tükənməz enerji və sevgi ilə bütün problemlərin həllinə can atan xeyirxah bir insanı görür.
“Xocalıya ədalət!” Xocalı soyqırımı həqiqətlərini dünyaya tanıdır
Məlumdur ki, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi 13 il ərzində nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilib. Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa rəhbərliyi ilə reallaşdırılan layihələr cəmiyyət həyatının bütün sferalarını əhatə etməklə ən yüksək amallara, keyfiyyətlərə söykənir. Fondun irəli sürdüyü təşəbbüslər bir qayda olaraq ümumi mənafedən irəli gəlir. Hamı tərəfindən birmənalı şəkildə qəbul olunur ki, Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fond həmişə Azərbaycanın və ölkə vətəndaşlarının qarşısında duran, həlli çətin görünən problemlərin həllinə kömək edir.
Sirr deyil ki, Heydər Əliyev Fondunun fəaliyyətində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə vermək, işğalçı Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin nəticələri haqqında dünya ictimaiyyətini məlumatlandırmaq, o cümlədən Xocalı soyqırımının tanınmasına nail olmaq istiqamətində görülən işlər mühüm yer tutur. Bu mənada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər xüsusilə təqdirəlayiqdir. Bu kampaniya dünya birliyinə Xocalı soyqırımı haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır. Kampaniya çərçivəsində dünyanın, demək olar, bütün ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilib, konfranslar, seminarlar, sərgilər təşkil edilib, filmlər çəkilib, kitablar nəşr olunub. “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının faciə haqqında hər cür informasiyanın yer aldığı internet saytı açılıb. Kampaniyanın uğurla həyata keçirilməsi nəticəsində Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Panama, İordaniya, Sudan, Sloveniya, Honduras, Qvatemala, Cibuti parlamentləri Xocalı soyqırımını pisləyən rəsmi sənədlər qəbul ediblər. ABŞ-ın Arizona, Arkanzas, Corciya, İndiana, Pensilvaniya, Missisipi, Nyu Cersi ştatlarının qanunverici orqanlarında qətnamələr, eləcə də Konnektikut, Massaçusets, Meyn, Nyu Meksika, Oklahoma, Tennessi, Texas, Minnesota və Vest Virciniya ştatlarında bəyannamələr qəbul edilib. ABŞ-ın Havay, Montana, Yuta, Nebraska, Aydaho ştatlarının qubernatorları, Florida ştatının Hallandale Beach şəhərinin meri və Viskonsin ştatının Miluoki dairəsinin icra hakimiyyətinin başçısı Xocalı faciəsi ilə bağlı bəyannamə imzalayıb.
Leyla Əliyeva kampaniya və Xocalı soyqırımı haqqında danışarkən deyib: “Xocalı qurbanlarının xatirəsi bizim düşüncələrimizdə, gördüyümüz işlərdə və qəlbimizdə yaşayır. Biz inanırıq ki, ədalət tezliklə zəfər çalacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün sakinlər, məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar”.
RAGB - Azərbaycan gənclərinin ən böyük diaspor təşkilatı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli fəaliyyətində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yaradılması və fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi əhəmiyyətli məqamlardan biridir. “Bizim başlıca məqsədimiz Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və tarixini qoruyub saxlamaq, bütün xalqlara və dinlərə hörmət bəsləmək, qarşılıqlı yardım və qarşılıqlı dəstək, Rusiya cəmiyyətinə inteqrasiya və Azərbaycanı Rusiyada layiqincə təmsil etməkdir”, - deyən Leyla Əliyeva bu fikirləri ilə həm də 2008-ci ildən fəaliyyət göstərən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətinin məqsədlərini də ifadə edir. Ötən illərdə Rusiyadakı azərbaycanlı gənclərin istinad yeri, onların fəaliyyətinin istiqamətvericisi kimi böyük uğurlar qazanan RAGB azərbaycanlı gənclərin bu ölkənin həyatında fəal iştirakına kömək edir, Azərbaycanın təbliğinə yönəlmiş fəaliyyəti əlaqələndirir, Azərbaycan dövləti tərəfindən həyata keçirilən diaspor siyasətinə də əhəmiyyətli töhfələr verir. RAGB həm də özünün xeyriyyəçilik və sosiomədəni layihələri ilə diqqəti cəlb edir. Rusiyanın 70 regionunu əhatə edən RAGB fəalları uşaq evlərinə baş çəkir, bu evlərin balaca sakinləri üçün bayram şənlikləri təşkil edir, uşaqlara yardım göstərirlər. Təşkilatın təşəbbüsü və dəstəyi ilə məktəblər, uşaq bağçaları təmir edilir, müasir avadanlıqla təchiz olunur, istirahət parkları və zonaları yaradılır. Təşkilatın təşəbbüsü və dəstəyi ilə keçirilən müxtəlif müsabiqələr, RAGB Universiadası, “Qələbənin varisləri” adlı konfrans, ağacəkmə aksiyaları, “Nə? Harada? Nə vaxt?” intellektual oyunları, Liderlik məktəbləri, hərbi-vətənpərvərlik oyunları, həmçinin “Qanın milləti yoxdur!” kimi təşəbbüslər minlərlə gənci əhatə etməklə ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Bütün bunlar isə o qənaəti ifadə etməyə imkan verir ki, Azərbaycan gənclərinin ən böyük diaspor təşkilatı olan RAGB qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayır və Azərbaycan dövlətini, xalqını ən uğurlu şəkildə təmsil edir.
Yeri gəlmişkən xatırlatmaq yerinə düşər ki, Leyla Əliyevanın Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi əlaqələrin inkişafına, rus dilinin və rus mədəniyyətinin qorunub saxlanmasına və xaricdə populyarlaşdırılmasına verdiyi böyük töhfələr Rusiya Federasiyası tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o, bu xidmətlərinə görə Rusiyanın “Puşkin” medalı ilə təltif olunub. Leyla Əliyevaya mükafatı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təqdim edib. O həmçinin “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medallarına, III dərəcəli “Müqəddəs Mələksima Knyaginya Olqa” ordeninə də layiq görülüb. Əlbəttə ki, belə yüksək dövlət mükafatları ilə təltif olunması Leyla Əliyevanın fəaliyyətinin nə qədər genişmiqyaslı və əhəmiyyətli olduğunun daha bir ifadəsidir.
“Baku” jurnalı doğma Bakımızın ruhunu ifadə edir
Azərbaycan ictimaiyyəti bu günə qədər Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən bir çox mühüm layihələrə şahidlik edib. Bu layihələrin hər birini xarakterizə edən ən mühüm cəhətlərdən biri də onların yeniliyi, unikallığı və doğma vətənə bağlılığı ifadə etməsi ilə seçilməsidir. Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə işıq üzü görən “Baku” jurnalı da belə təşəbbüslərdən biridir.
2007-ci ildə Moskvada nəşr olunmağa başlayan “Baku” jurnalının 2011-ci ildə ingilis dili versiyası da təqdim olunub. Jurnal qarşısına Azərbaycanı dünyada tanıtmaq, sevdirmək və ölkəmizin geniş turizm potensialını təbliğ etmək missiyasını qoyub. Buna görə də jurnal beynəlxalq auditoriyaya Azərbaycan və onun paytaxtı Bakı şəhəri, xalqımızın zəngin adət və ənənələri, ölkənin dolğun mədəni həyatı, tarixi şəxsiyyətləri və bizim müasirlərimiz - öz əməyi, istedadı və sənəti ilə doğma diyarımızı dünyada şöhrətləndirən ədəbiyyatçılar, şairlər, rəssamlar, musiqiçilər, memarlar haqqında, nadir milli mətbəximiz, xalq sənətləri barədə genişhəcmli informasiya təqdim edir. Bu nəşr geniş oxucu auditoriyasını Azərbaycanın qədim tarixi, mənzərəli guşələri ilə tanış edir, xalqımızın humanizmi, milli-mənəvi dəyərləri, ölkədə bərqərar olmuş və artıq Azərbaycanın brendinə çevrilmiş nadir multikultural ab-hava barədə söhbət açır. Jurnalın hər nömrəsi çapdan çıxandan sonra oxucular Azərbaycanı daha yaxşı tanıyır, ölkəmizə səyahət edir, onun təklif etdiyi reseptlər əsasında yeməklər hazırlayır, Azərbaycanın tarixini yenidən dərk edir, dünyanın müxtəlif guşələrində yaşayan istedadlı bakılılarla tanış olurlar. Jurnalın nömrələrində təqdim edilən materiallarda Azərbaycana, xalqımıza, doğma Bakımıza sonsuz sevgi tərənnüm edilir, dünya insanı bu qədim, qədim olduğu qədər də müasir, əsrarəngiz gözəlliklərə və səxavətli, mehriban insanlara sahib ölkəyə baş çəkməyə çağırılır. Və baş redaktor Leyla Əliyevanın da söylədiyi kimi, Bakıya gələnlərin sayı artdıqca jurnalın oxucularının sayı da artır və əksinə: “Baku” jurnalını oxuyan hər kəs gec-tez, qısa müddətə də olsa, şəhərimizə gəlmək imkanı axtarmağa başlayır və belə bir imkan tapır. “Baku” beynəlxalq jurnalının 50-ci, yubiley nömrəsində baş redaktor Leyla Əliyeva yazıb ki, “Baku”nun hər nömrəsi Bakının ruhunu ifadə edir: “Jurnalın ən birinci nömrəsinin çapa imzalandığı gündən elə də çox vaxt keçməyib, amma artıq əllinci nömrə çapdan çıxır. Bu əlli nömrənin hər birinin öz süjetləri, öz qəhrəmanları və əlbəttə, öz taleyi olub. Onlar hamısı birlikdə və hər biri ayrılıqda öz adına tamamilə müvafiqdir. Həqiqətən, jurnalımızın hər nömrəsi redaktor sütunundan başlamış dünyəvi xronikaya qədər Bakının ruhunu ifadə edir”.
IDEA-nın fəaliyyət dairəsi olduqca genişdir
Leyla Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edərkən IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin fəaliyyətinə də ayrıca nəzər yetirmək lazımdır. IDEA Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlayıb. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır. IDEA ekoloji maariflənmə işini ailə, cəmiyyət və milli həyatın ən mühüm hissəsinə çevirmək üçün bütün fəaliyyətini gənclər üzərində qurub. Təşkilatın missiyası gənclərin regional və beynəlxalq səviyyədə real və virtual cəmiyyətlərinin yaradılması, ətraf mühitin qorunması ilə bağlı məlumatlar verən və praktik çağırışlar edən açıq dialoqlar vasitəsilə həmin cəmiyyətin inkişaf etdirilməsi, yerlərdə ekoloji maarifləndirmə işlərini həyata keçirmək üçün bu cəmiyyətin hər bir üzvünün lider kimi yetişməsini təmin etməkdir. Onu da qeyd edək ki, IDEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır.
Ətraf mühitin mühafizəsi istiqamətində ali missiyalı fəaliyyətə malik olan IDEA-nın fəaliyyət dairəsi olduqca genişdir. Qeyd edək ki, ötən il Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA-nın Heyvanlara Qayğı Mərkəzinin açılışı olub. Əsası 2014-cü ildə qoyulmuş Mərkəz Bakı və ətraf ərazilərdə heyvanların müayinəsi və müalicəsi, eləcə də onların müvəqqəti saxlanması üçün nəzərdə tutulub. Bundan başqa, kompleks ərazisində pişik və itlər üçün yemlərin istehsalı üzrə fabrik tikilib.
IDEA ölkəmizin yaşıllaşdırılması üzrə də olduqca fəal təşəbbüslərlə çıxış edir. Təşkilatın təşəbbüsü və dəstəyi ilə indiyə qədər ölkəmizdə 5 milyondan çox ağac əkilib. Leyla Əliyevanın təşəbbüskarı olduğu “Məktəb bağları” layihəsi sosial və ekoloji layihələri özündə birləşdirir. Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib. IDEA İctimai Birliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində Göyçay, Şəmkir, Hacıqabul, Quba, Masallı, Oğuz və Zaqatala rayonlarında, eləcə də Bakının Xəzər rayonunda orta məktəblərin həyətlərində meyvə ağaclarının salınması nəzərdə tutulur. Leyla Əliyeva isə IDEA-nın fəaliyyətini xarakterizə edərkən xüsusi olaraq vurğulayıb ki, IDEA müasir dövrün çağırışlarına cavab təşəbbüsüdür: “İndi ekologiya və ətraf mühitin qorunması barədə hamı danışır. Bizim təşəbbüs isə dəb xatirinə deyildir, bu, nə isə real və hissolunan işlər görmək istəyidir. Mənim fikrimcə, bugünkü gəncləri bir məsələ narahat etməlidir: Sabah biz necə dünyada yaşayacağıq?! Bizi nələr gözləyir, ekoloji problemlərin nə kimi nəticələri ola bilər?! Biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa hamısının qorunub saxlanmasına birgə töhfə verməliyik”.
O da qeyd edilməlidir ki, Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri kimi fəaliyyət göstərir. Vurğulayaq ki, 2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. Ümumiyyətlə, Leyla Əliyeva FAO-nun xoşməramlı səfiri kimi təşkilatın işinə və maarifçi siyasətinə böyük dəstək göstərir və qurumun missiyasının, mesajının bütün dünyaya çatdırılmasına yardım edir.
FAO-nun resursların səfərbər edilməsi və donorlarla əlaqələr üzrə rəhbəri Nadin Valat Leyla Əliyevanın bu təşkilatın xoşməramlı səfiri adına layiq görülməsi barədə deyib: “Leyla Əliyeva kimi şəxsiyyətlər unikal əqidə gücünə malikdirlər və onların müraciəti milyonlarla insan tərəfindən eşidilə bilər”.
Xeyirxahlıq Leyla Əliyevanın fəaliyyətində əsas amal kimi çıxış edir
Məlumdur ki, valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqların ailə qayğısı ilə əhatə olunması və onların təlim-tərbiyəsi, təhsili, asudə vaxtlarının səmərəli təşkili Heydər Əliyev Fondunun əsas prioritet istiqamətlərindəndir. Bununla əlaqədar Fond mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq evləri və internat məktəblərində olur, xüsusi qayğıya ehtiyacı olan uşaqlara baş çəkir, onların yüksək səviyyədə təhsil almalarında, asudə vaxtlarının səmərəli təşkilində, eləcə də gündəlik qayğılarının aradan qaldırılmasında yaxından iştirak edirlər.
Leyla Əliyevanın ali dəyərlərə söykənən çoxşaxəli fəaliyyətindən söz açarkən bir məqama xüsusi diqqət yetirmək lazımdır: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uşaq və yeniyetmələrin sağlamlığı, təhsili, hərtərəfli inkişafı üçün böyük layihələr həyata keçirilir. Başqa sözlə, Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti kimi qayğıya, yardıma daha çox ehtiyacı olanlara diqqət yetirməklə öz fəaliyyətində xeyirxahlıq amalını əsas götürdüyünü göstərir, bu isə cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Leyla Əliyeva, eyni zamanda, xeyriyyəçilik fəaliyyəti ilə müasir, müstəqil Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur.
“Mən hər zaman Onun məsləhətlərinə qulaq asıram”
Bəli, sadalanan və sadalanmayan onlarla fakt işığında bir nəticə hasil olur ki, Leyla Əliyevanın fəaliyyəti Azərbaycanın mədəni, sosial, humanitar həyatının bütün sferalarına sirayət edir, daim yeniliyi, müasirliyi, eyni zamanda, daşıdığı dəyərlərə bağlılığı, azərbaycançılığı tərənnüm edir. Əlbəttə ki, bu yüksək keyfiyyətlərin formalaşmasında onun mənsub olduğu ailənin rolu danılmazdır. Leyla Əliyeva isə müsahibələrinin birində həyata keçirdiyi layihələrin böyük uğur qazanmasının səbəblərindən danışarkən belə deyir: “Mən hər zaman Onun məsləhətlərinə qulaq asıram. Atam bir qayda olaraq, heç vaxt səhv etmir. Bu, mənim həyatım boyu anladığım ən əsas şeydir. Bu, həqiqətən, belədir! Bu, sadəcə, Onun mənim atam, yaxud Prezidentimiz olması ilə bağlı deyil. Eyni zamanda, O, heç vaxt Öz fikrini zorla qəbul etdirməyə çalışmır. İndiyədək heç vaxt Onun “Bunu belə etməlisən” deməsini eşitməmişəm. O, sadəcə, məsləhət verir. Son nəticədə isə, Onun məsləhətləri hər zaman düz olur. Bir müddət keçdikdən sonra Onun qabaqcadan dediyi nəticəyə gəlib çıxıram. Bunu Onun gözüaçıqlığı, ağlı və qeyri-adi insani keyfiyyətləri ilə izah etmək olar. Mən bütün işlərimdə Onunla məsləhətləşirəm. Bura həm Heydər Əliyev Fondu, həm ekologiya sahəsi, həm də “Bakı” jurnalı ilə bağlı gördüyüm işlər daxildir”.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  61680  |  
  • Tarix:  04-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

25 Aprel 10:17
Ermənistan ordusu sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
25 Aprel 10:12
YAP Quba rayon təşkilatı Gənclər Birliyinin hesabat-seçki konfransı keçirilib
25 Aprel 10:08
Prezident İlham Əliyev “Huawei” şirkətinin sədri ilə görüşüb
25 Aprel 10:05
İspaniya jurnalında Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş məqalə dərc edilib
25 Aprel 10:02
Əli Əhmədov: Hesabat BMT-nin saytından çıxarılmalıdır
25 Aprel 10:00
“Çinlə münasibətlər möhkəm təməl üzərində qurulub”
25 Aprel 09:58
“Çinlə əlaqələr getdikcə daha da dərinləşməkdədir”
25 Aprel 09:57
Fransa hökumətinin məsləhətçisi: Azərbaycanda dini icmalar arasındakı qardaşlıq münasibətləri böyük dəyərdir
25 Aprel 09:56
Ağcabədidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb
25 Aprel 09:52
YAP Qusar rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
25 Aprel 09:49
YAP Samux rayon təşkilatı Gənclər Birliyinin III hesabat-seçki konfransı keçirilib
25 Aprel 09:48
Akademik Zərifə Əliyeva Azərbaycanı dünyada tanıdan azsaylı şəxslərdən biridir
25 Aprel 09:46
Şura yeni brendi SƏLİS-ə daxil olan e-vətəndaş proqramının ilk təqdimatını BDU-da keçirib
25 Aprel 09:44
Tərtərdə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
25 Aprel 09:40
Nazir Azad Rəhimov Formula 1 SOCAR Qran-Prisi ərəfəsində jurnalistlərlə görüşüb
25 Aprel 09:38
“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyində Dağlıq Qarabağdan olan gənclərlə görüş keçirilib
25 Aprel 09:36
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
25 Aprel 09:34
Pərvin Kərimzadə: Uydurma “erməni soyqırımı” siyasi məqsədlərə xidmət edir
25 Aprel 09:31
Mario İzola: Bakı şəhər halqası Formula 1 təqvimindəki digər şəhər treklərindən çox fərqlənir
25 Aprel 09:28
Məşhur britaniyalı müğənni Cessi Cey Formula 1 SOCAR Azərbaycan Qran-Prisində çıxış edəcək
25 Aprel 09:24
Əbu-Dabidə İƏT festivalında AZƏRTAC-ın fotoşəkilləri nümayiş etdirilir
25 Aprel 09:22
Azərbaycanın regionlarında turizmin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür
24 Aprel 17:56
Əli Kərimlinın adı müxalifət düşərgəsində və ictimai şüurda xəyanət sözü ilə assosiasiya olunur
24 Aprel 15:28
Vyetnamda Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib
24 Aprel 15:27
Akademik Zərifə Əliyeva nəinki Azərbaycan, dünya oftalmologiya elminə də böyük töhfələr verib
24 Aprel 15:26
Akademik Zərifə Əliyevanın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq
24 Aprel 15:17
Azərbaycanla Səudiyyə Ərəbistanının investisiya sahəsində əlaqələrinin genişləndirilməsi müzakirə olunub
24 Aprel 15:05
İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam 9300-dən çox şəxsə şamil olunacaq
24 Aprel 15:03
Fuad Muradov: Nantda Azərbaycan məktəbinin açılması erməni lobbisinin ölkəmizə qarşı kampaniyalarını zərərsizləşdirmək üçün zəruri idi
24 Aprel 14:19
Yeni Azərbaycan Partiyasının qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib
24 Aprel 14:14
Kərim Vəliyev: Azərbaycan Moskva beynəlxalq təhlükəsizlik konfransında iştirakına böyük önəm verir
24 Aprel 14:09
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Dağlıq Qarabağda dinc əhalinin qırğınını və buna göz yumanları unutmayacaq
24 Aprel 13:45
Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb
24 Aprel 13:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Mine Mark” Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
24 Aprel 13:35
Ermənistan-Rusiya münasibətləri: daha iki erməni təxribatı
24 Aprel 13:25
AzTU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub
24 Aprel 13:19
Bakı Dövlət Universitetində Himayəçilər Şurası yaradılıb
24 Aprel 13:09
Erkan Özaral: Azərbaycanda qətliam törədənlər Ermənistanda qəhrəman elan ediliblər
24 Aprel 12:55
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edib
24 Aprel 12:53
Türkiyəli nazir: Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti daha da artacaq
24 Aprel 12:44
Ölkəmizdə pensiya sisteminin inkişafına dair beş illik planın hazırlanmasına dair seminar keçirilir
24 Aprel 12:39
VII Muğam Televiziya Müsabiqəsi davam edir
24 Aprel 12:36
Əli Əhmədov: Türkiyə və Azərbaycanın qarşısında duran əsas vəzifə erməni yalanlarını dünyaya çatdırmaq üçün birgə işlər görməkdir
24 Aprel 12:21
"ASAN ödəniş" sistemi ödənişləri qısa müddət ərzində həyata keçirmək imkanı yaradır
24 Aprel 12:15
BDU-nun 100 illik yubileyinə həsr olunan bilik yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilir
24 Aprel 12:01
Bakı Limanı Avropanın aparıcı logistika qovşağı ilə əməkdaşlığa başlayıb
24 Aprel 11:46
TAP boru kəməri layihəsi üzrə işlərin 86,5 faizi tamamlanıb
24 Aprel 11:29
Azərbaycan-Türkiyə birgə taktiki təlimlərində istifadə ediləcək silahlara, hərbi və xüsusi texnikaya baxış keçirilib
24 Aprel 11:21
Prezident İlham Əliyev Pekində “CETC International” Korporasiyasının baş direktoru ilə görüşüb
24 Aprel 11:08
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib
24 Aprel 10:59
Azərbaycanda istehsal olunan hərbi məhsullar Türkiyədə “IDEF-2019” sərgisində nümayişi etdiriləcək
24 Aprel 10:50
Azərbaycan Prezidenti İlham Əliyev Pekində “ZTE” Korporasiyasının sədri ilə görüşüb
24 Aprel 10:46
Cəbhəçiləri portağal qabığı kimi soyan Əli Kərimli, yaxud özünü azərbaycanlı hesab etməyən Vətən xaini haqqında
24 Aprel 10:31
Türkiyə mətbuatı: Ermənilər PKK terrorçuları ilə fəal əməkdaşlıq edirlər
24 Aprel 10:28
ADU-da Çin dili günü
24 Aprel 09:55
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 27 dəfə pozub
24 Aprel 09:45
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
24 Aprel 09:36
Vaşinqtonda dördüncü Trans-Xəzər Forumu keçiriləcək
24 Aprel 09:26
Azərbaycan Prezidenti İlham Əliyev Çinə işgüzar səfərə gəlib
24 Aprel 09:19
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib
24 Aprel 09:16
Yevlaxda “Oxu günü” keçirilib
24 Aprel 09:15
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
24 Aprel 09:13
Ümumdünya Kitab Günündə “Nar”-dan kənd məktəbinə dəstək
24 Aprel 09:11
2019-cu ilin ilk 3 ayında “Uşaq Qaynar Xətt” xidmətinə 801 müraciət daxil olub
24 Aprel 09:07
Ölkəmizdə pambıqçılığın inkişafı daim dövlətin diqqət mərkəzindədir
23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+14 +19
gecə+7 +9