Ana səhifə »  Analitik »  Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, azad ölkəyə çevirdi, müstəqilliyimizi daimi və əbədi etdi
A+   Yenilə  A-
Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, azad ölkəyə çevirdi, müstəqilliyimizi daimi və əbədi etdi

Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
12 dekabr Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən Ümummilli lider Heydər Əliyevin anım günüdür. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün Ümummilli liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq məqsədəmüvafiqdir.
Böyük inkişaf yolunun başlanğıcı
İlk olaraq Ümummilli liderin hakimiyyətinin birinci dövrünə (1969-1982-ci illər) nəzər yetirmək lazımdır. Məlum olduğu kimi, SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya idi. Bu tənəzzülün əsasında ayrı-ayrı sahə və sektorlarda idarəetmənin düzgün təşkil edilməməsi, o cümlədən mövcud potensialdan səmərəli istifadə edilməməsi kimi səbəblər dururdu.
Lakin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji əsas oldu.
Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər qeydə alındı. Həyata keçirilən institusional islahatlar sayəsində kənd təsərrüfatı, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində inkişaf tempi əldə edildi. Həmçinin milli-mənəvi dəyərlərin qorunması və dirçəldilməsi istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində respublikaya rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda Azərbaycan sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi.
Siyasi-ideoloji müstəvidə görülən işlər də milli inkişaf və həmrəyliyimizin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdi. Milli ideoloji siyasətin tərkib hissəsi kimi 1978-ci ildə Ulu öndər Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Ümummilli liderimiz bu dövrdə də Azərbaycan xalqı və dövlətinin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər göstərdi. Ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi.
Bir sözlə, Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm inkişaf göstəriciləri ilə tarixə daxil oldu. Eyni zamanda, siyasi-ideoloji müstəvidə həyata keçirilən işlər milli həmrəylik və bütövlüyümüzün təminatçısı qismində çıxış etdi.
Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətindən, misilsiz xidmətlərindən danışarkən vurğulamaq yerinə düşər ki, Ümummilli liderimizin fəaliyyətinin Naxçıvan dövrü xüsusi əhəmiyyət daşıyır.
1990-cı ildə Azərbaycan mürəkkəb situasiya qarşısında olduğu zaman muxtar respublikanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin Sədri seçilməsinədək olan mərhələdə daha da kəskinləşdi. Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Milli dövlətçilik ənənələrinin bərpası xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə muxtar respublikada dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, məhz Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Bununla da Naxçıvan MR-in müstəqil inkişafı üçün ilkin zəmin yaradıldı və sabitliyə real təhdid yaradan faktorların neytrallaşdırılması istiqamətində mühüm işlər görüldü.
Ulu öndər Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi.
Bütün bunlarla yanaşı, Ulu öndərin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqi meyillərinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Sosial-iqtisadi və aqrar islahatlar reallaşdırıldı, özəlləşdirmə prosesinə start verildi və infrastruktur sahələrinin inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı rasional, praqmatik addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Ulu öndər Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək dirçəliş yoluna çıxardı
18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində müxtəlif problemlər və dərin kataklizmlərlə üzləşdi. Bu durum 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik proseslərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Və Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.
Beləliklə, Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı.
Uğurlu dövlət quruculuğu müstəqil inkişafı təmin edən faktor oldu
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər.
İlk növbədə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır.
Digər tərəfdən, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli faktor oldu.
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan siyasi tarixinin mühüm hadisəsi idi
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini anlamaq və təsvir etmək üçün toxunulması zəruri olan başlıca məsələlərdən biri də ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. Məlum olduğu kimi, 91 nəfər ziyalı 1992-ci il oktyabrın 16-da Ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi.
1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına mane olmaq cəhdləri, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər.
Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.
Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.
Ümummilli lider Azərbaycanın müstəqil xarici siyasət kursunun banisidir
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən biri də ölkəmizin beynəlxalq arenada müstəqil dövlət kimi tanınması, ikitərəfli və çoxtərəfli səmərəli xarici əlaqələrin qurulması və nəticə etibarilə milli maraqlarımıza müvafiq xarici siyasət strategiyasının əsasının qoyulmasıdır.
Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi rasional xarici siyasət kursunun mühüm istiqamətlərindən birini enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edirdi. İlk növbədə 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyuldu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirməklə yanaşı, ölkəmizin gücünü və nüfuzunu artıran faktor qismində çıxış etdi. Bundan sonra milli maraqlarımıza müvafiq enerji layihələri gerçəkləşdirildi və bütün bunlar Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırdı. Ölkəmiz miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli strateji layihələrin mərkəzi oyunçusu qismində çıxış etməyə başladı.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu balanslaşdırma siyasəti sayəsində Azərbaycan qısa zaman kəsiyində regionun güclü və nüfuzlu aktoruna çevrildi, eyni zamanda, qlobal miqyasda milli dövlətlərin etibarlı strateji tərəfdaşı kimi qəbul edildi. Bu isə milli maraqların təmin edilməsi üçün fundamental strateji faktor qismində çıxış etdi.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil edirdi. Məhz Ümummilli lider Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Münaqişənin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin qurumun bir sıra zirvə toplantılarında məsələnin mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıran Ulu öndər Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştirak etməyə dəvət etdi. Ulu öndər bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq, Bişkek, Lissabon sammitlərində Azərbaycanın mövqeyinə və maraqlarına uyğun bəyanatların qəbul olunmasına nail oldu.
Bir sözlə, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi rasional xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını təmin etdi.
Ümummilli lider Heydər Əliyevin siyasəti uğurla davam etdirilir
Bu gün müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Təsadüfi deyil ki, 13 il bundan əvvəl Azərbaycan xalqı Ümummilli liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. O da məlumdur ki, bu müddət ərzində Azərbaycanı yolundan döndərməyə, xalqı aldatmağa yönələn cəhdlər, ölkənin inkişafına yaradılan süni maneələr də olub. Lakin dövlət başçısının üstün liderlik xüsusiyyətləri, siyasi iradəsi, möhkəm dövlət-xalq birliyi, vətəndaşların Prezidentin ətrafında sıx birləşməsi və ümumi gücün vahid məqsədə yönləndirilməsi nəticəsində formalaşan milli iradə sayəsində xalqımız bütün sınaqlardan uğurla çıxıb.
Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edərək uğurlu gələcəyə doğru irəliləyir, ölkəmizin bu günü, gələcəyi əmin əllərdədir. Ümummilli liderimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  37560  |  
  • Tarix:  10-12-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olunub

00:59
26 May
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir
00:59
26 May
Xain Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir
17:53
25 May
Tbilisidə Azərbaycanın Cənubi Qafqazın enerji təhlükəsizliyindəki rolundan danışılıb
17:52
25 May
Ekologiya və təbii sərvətlər naziri Bərdədə vətəndaşları qəbul edib
17:36
25 May
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti yaradılıb
17:25
25 May
Bakı Ali Neft Məktəbinin tələbələri “Baker Hughes”də fəaliyyətə başlayırlar
17:20
25 May
Gənclərin sosial mediada fəallığının Azərbaycan həqiqətlərinin təbliğində roluna dair tədbir keçirilib
17:01
25 May
Baş prokuror Masallı şəhərində vətəndaşları qəbul edib
16:39
25 May
Akademik İsa Həbibbəyli: Şükrü Haluku Akalın müasir türkologiyanın əsas simalarından biridir
16:36
25 May
Milli Aviasiya Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir
16:28
25 May
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
15:51
25 May
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edəcək
15:44
25 May
Birləşmiş Millətlər Təşkilatı: müasir çağırışlar, intersosiallıq və islahatların zəruriliyi işığında
15:34
25 May
Elmira Süleymanova: Azərbaycan yeganə ölkədir ki, qısa müddətdə 11 amnistiya aktı, 64 əfv sərəncamı icra olunub
15:33
25 May
Əli Əhmədov: "Prezident İlham Əliyevin rəhbərliyi dövründə 1,9 milyon iş yeri yaradılıb"
15:21
25 May
Los-Ancelesdə keçirilən tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və gördüyü işlər barədə məlumat verilib
15:13
25 May
Mirzəcan Xəlilov: Satqın Rüstəm İbrahimbəyov bütün titullarından məhrum edilməlidir
15:08
25 May
Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı elmi konfrans keçirilib
14:49
25 May
Milli Məclisin komitə iclasında bir sıra qanun layihələrinə baxılıb
14:33
25 May
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
14:23
25 May
Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti-100 il” adlı tədbir keçirilib
14:21
25 May
Mədəniyyət naziri Salyanda vətəndaşlarla görüşüb
14:18
25 May
Azərbaycan Milli Antidopinq Agentliyinin səlahiyyətləri artırılacaq
14:05
25 May
Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar Bakıda fotosərgi açılıb
14:04
25 May
2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 170 milyon manat kredit verilməsi nəzərdə tutulur
13:02
25 May
Dini radikalizmlə mübarizədə dini icmaların və gənclərin üzərinə böyük vəzifə düşür
12:41
25 May
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi Qırğızıstanda da qeyd edilib
12:40
25 May
Dünya Xəbər Agentliklərinin 6-cı Konqresi gələn il iyunun 13-14-də keçiriləcək
12:36
25 May
Energetika Nazirliyində Avropa Enerji Cəmiyyəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib
12:28
25 May
Professor Nərgiz Paşayeva: Oksford Universitetində keçirilən imzalanma mərasimini elm, təhsil və mədəniyyət sahəsində Azərbaycanda "Əsrin kontraktı" adlandırmaq olar
12:24
25 May
“Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin” ilkin versiyası müzakirə edilib
12:19
25 May
Vilnüsdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi qəbul və konsert təşkil olunub
12:12
25 May
MM komitəsində “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna dəyişikliklər müzakirə olunub
11:55
25 May
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd olunub
11:49
25 May
31 mayadək cehizlik əldə etməyə tələsin!
11:29
25 May
ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə beynəlxalq konfrans təşkil edilib
11:26
25 May
Fransa Beynəlxalq Diplomatik Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı konfrans keçirilib
11:24
25 May
AZƏRTAC növbəti Peterburq Beynəlxalq İqtisadi Forumunun işində iştirak edib
11:18
25 May
Nursultan Nazarbayev: Azərbaycan beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb
11:12
25 May
MM-in komitə sədri: “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması vacib və əhəmiyyətlidir
11:11
25 May
Braziliyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
11:09
25 May
Si Cinpin: Azərbaycanın beynəlxalq arenada statusu və təsiri gündən-günə artır
11:02
25 May
Vladimir Putin: Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var
11:01
25 May
Xəzər dənizinin hüquqi statusu üzrə xüsusi işçi qrupunun növbəti iclası da Qazaxıstanda keçiriləcək
10:43
25 May
Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup Qarabağ müharibəsi əlili protezlərlə təmin olunub
10:41
25 May
Nazir: “Ərazi bütövlüyümüzün bərpasından sonra Ermənistanla yaxşı münasibət qurmağa hazırıq”
10:37
25 May
Ermənistanda növbəti hay-küy: təcriddən yalançı qurtuluş planları
10:33
25 May
Mingəçevirdəki “ASAN Peşə” Təhsil Mərkəzində dörd ixtisas üzrə tədris aparılacaq
10:32
25 May
Azərbaycanın təhsil işçiləri Avropa ali təhsil məkanı nazirlərinin konfransında iştirak edirlər
10:26
25 May
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncamının icrasına başlanılıb
10:04
25 May
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
00:44
25 May
“Qafqaz üçlüyü”, yoxsa Balayan, Əylisli və İbrahimbəyov “trio”su?!
18:09
24 May
“Avro-2020”: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb
17:52
24 May
Bakı Şopinq Festivalı zamanı ƏDV-nin bir qismini necə geri almaq olar?
17:42
24 May
Bakıda “Mənim Azərbaycanım” Ümumrespublika Gənclər Festivalı keçirilir
17:38
24 May
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub
17:29
24 May
Gürcüstan prezidenti azərbaycanlı tələbələri mükafatlandırıb
17:27
24 May
Şahdağ zirvəsində Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poster açılıb
17:18
24 May
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv sərəncamı imzalayıb
16:45
24 May
Türkiyə türkcəsinin tarixi və inkişaf metodları “dəyirmi masa”da müzakirə edilib
16:25
24 May
Fransa parlamentinin rəsmi jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi nömrəsi dərc olunub
16:17
24 May
İyunun 14-də “Caspian Energy Forum Nakhchivan – 2018” keçiriləcək
16:13
24 May
Karateçilərimiz beynəlxalq turnirdə iştirak etmək üçün Bolqarıstana yola düşüblər
15:52
24 May
İspaniyanın San-Sebastian şəhərində Dünya Turizm Təşkilatının 108-ci sessiyası işə başlayıb
15:37
24 May
Elman Nəsirov: Rüstəm İbrahimbəyov azərbaycanlı ad və soyadı daşısa da, əslində onun bütün mahiyyəti ermənidir
15:28
24 May
“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yol” kitabının təqdimatı olub
15:24
24 May
MM-in deputatı: Görünən odur ki, Sarkisyanı əvəzləyən Nikol Paşinyan onun yolu ilə getməkdədir
15:18
24 May
Donald Tramp: Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq
15:13
24 May
Aleksandr Mişenko: Azərbaycan-Ukrayna elmi konfransı ölkələrimiz arasında elmi əməkdaşlığa öz töhfəsini verəcək
15:12
24 May
“Leyli və Məcnun” operasının səhnəyə qoyulmasının 110 illiyi qeyd olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA