Ana səhifə »  Analitik »  YAP Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır
A+   Yenilə  A-
YAP Azərbaycanın aparıcı siyasi qüvvəsi, Cənubi Qafqazın ən böyük partiyasıdır

Noyabrın 21-də Azərbaycan siyasi palitrasında avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının yaranmasından 24 il ötür
Noyabrın 21-də Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 24 il ötür. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 7 ay sonra siyasi hakimiyyətə gəldi.
Milli siyasi iradəni təmsil edən YAP şərəfli inkişaf yolu keçib
Sirr deyil ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 24 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin partiyanın V Qurultayında vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır.
Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 700 min nəfərə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib.
Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, 1999-cu ildə keçirilmiş qurultaydan sonra Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açıldı. Ulu öndər Heydər Əliyev YAP üzvlərinin yeni mərhələdə əsas vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi. Ən mühüm amil isə partiyada Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu mənada xüsusilə qeyd olunmalıdır. Məhz 1999-cu ildə keçirilən qurultayda o zaman ARDNŞ-nin birinci vitse-prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev partiyanın rəhbər strukturuna seçildi. Bu, partiyanın yeni mərhələdə qazanacağı uğurların başlanğıc nöqtəsi də sayıla bilərdi. Ulu öndər Heydər Əliyevin siyasi varisi olaraq İlham Əliyev Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətini daha geniş beynəlxalq müstəvilərə daşımaq məqsədini uğurla həyata keçirdi.
1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı. Buna isə yeni dövrün yeni lideri olan cənab İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyasına gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sırasını daha da genişləndirdi.
2005-ci ilin mart ayında keçirilən YAP-ın III Qurultayında Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham Əliyevin partiyanın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı. Prezident İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu. Faktlara diqqət yetirdikdə ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II Qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III Qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Hazırda isə partiyamızın üzvlərinin sayı 700 minə yaxındır.
Beləliklə, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Ulu öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
Yeni Azərbaycan Partiyası siyasi sistemin avanqard siyasi institutudur
Beləliklə, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi: “Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir”.
Ümumiyyətlə, YAP-ın fəaliyyət mexanizminin əsasları kontekstində aşağıdakı siyasi ümumiləşdirmələri aparmaq lazımdır:
- Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında ən güclü və fundamental resurslara malik sosial-siyasi təsisatdır: Partiyanın fundamental resursları sırasına onun öz ətrafında cəmiyyətin ən nüfuzlu ictimai-siyasi fiqurlarını birləşdirməsi, üzvlərinin sayının 700 minə yaxın olması, güclü siyasi idarəçilik təcrübəsinə malik olması kimi kəmiyyət və keyfiyyət göstəriciləri daxildir;
- Yeni Azərbaycan Partiyası siyasi sistemdəki yerinə və fəaliyyət mexanizminə görə rəqabət partiyası (başqa sözlə, səfərbəredici partiya) kimi səciyyələndirilir. Belə ki, YAP öz fəaliyyəti ilə rəqiblərini aktiv siyasi mübarizəyə və rəqabətə cəlb edən, sosial konsensusu və siyasi sistemin rəqabətlilik qabiliyyətini təmin edən təsisatdır. Qısacası, Yeni Azərbaycan Partiyası siyasi plüralizmin yüksək səviyyədə təmin olunmasına və sistemin komponentlərinin tərəqqisinə xüsusi təkan və töhfələr verməkdədir.
Bununla yanaşı, qeyd etdiyimiz kimi, YAP-ın ideoloji prinsipləri milli həmrəylik və bütövlüyü təmin edən mexanizm kimi çıxış edir.
Bir sözlə, Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası Azərbaycanın həyatında ən güclü, ən böyük intellektual səviyyəyə, ən böyük hörmətə malik olan siyasi partiyadır: “Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününün partiyasıdır, Azərbaycanın sabahının partiyasıdır, XXI əsrin partiyasıdır, üçüncü minilliyin partiyasıdır”.
YAP-ın ideoloji prinsipləri milli həmrəyliyə və inkişafa xidmət edir
YAP-ın fəaliyyət mexanizminin mühüm istiqamətlərindən birini də onun ideoloji siyasəti təşkil edir. Partiyanın bu istiqamətdə siyasətinin əsasları onun başlıca ideoloji prinsiplərində öz əksini tapıb. Partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında qəbul edilmiş Proqramda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası qarşısına qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədilə öz fəaliyyətində aşağıdakı ideoloji prinsiplərə əsaslanır:
- Müstəqil dövlətçilik prinsipi: yaşadığımız tarixi dövrün reallıqları müstəqil dövlət quruculuğu prosesində xalqın iradəsini əsas imperativ kimi qəbul etməyi, intellekt azadlığına, peşəkarlığa, səriştəliliyə əsaslanıb əhalinin bütün səylərini birləşdirməklə sosialyönümlü iqtisadiyyata arxalanan demokratik, hüquqi, dünyəvi dövlət qurmağı tələb edir. Odur ki, müstəqil, güclü və qüdrətli dövlətçilik Yeni Azərbaycan Partiyasının birinci əsas prinsipidir.
- Qanunçuluq prinsipi: hüquqi dövlət və vətəndaş cəmiyyəti hakimiyyətin qanunverici, icraedici, məhkəmə qollarına bölünməsini və onlar arasında bir-birini tamamlayan qarşılıqlı münasibətlərin yaradılmasını tələb edir. Sivil, demokratik dövlətin fundamental əsaslarından birini təşkil edən bu prinsip ictimai praktikada reallaşdırılmadan qanunların aliliyi, idarəetmədə peşəkarlığın üstünlüyü və dövlət idarəçiliyinin mükəmməlliyi təmin edilə bilməz. Dünya praktikası sübut edir ki, hüquqi dövlət və vətəndaş cəmiyyətində qanunun aliliyi qorunur və ictimai həyatda hüquqi normalara hörmət etməklə vətəndaş birliyi yaranır. Məhz bu baxımdan, YAP-ın uğrunda mübarizə apardığı əsas amallardan biri cəmiyyətdə qanunun aliliyini qorumaq, yalnız qanunlar çərçivəsində insanların və hakimiyyət orqanlarının fəaliyyətini tənzimləməkdir. Buna görə də partiyanın ikinci əsas prinsipi qanunçuluqdur.
- Azərbaycançılıq, vətənçilik prinsipi: Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik və sosial mənşəyindən asılı olmayaraq, Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan bütün Azərbaycan vətəndaşlarını Azərbaycan xalqı, Azərbaycanı isə onların ümumi, bölünməz Vətəni, doğma yurdu hesab edir. Azərbaycan dövləti milli varlığımızın, birliyimizin, dinc və firavan həyatımızın təmin edilməsinin, hər kəsin hüquq və azadlıqlarının qorunmasının yeganə, etibarlı vasitəsidir. Odur ki, partiyanın üçüncü əsas prinsipi özündə milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirən Azərbaycançılıq və vətənçilikdir.
- Varislik, yaradıcı təkamül prinsipi: YAP-ın dördüncü əsas prinsipi özündə milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə zənginləşməsini və onların yaradıcı təkamül yolu ilə inkişafını ehtiva edən varislikdir. Dövlətçiliyin varislik və yaradıcı təkamül prinsipinə əsaslanması həm cəmiyyətin, həm də ictimai şüurun inkişaf qanunauyğunluqlarından irəli gəlib tərəqqinin qüdrətli vasitəsinə çevrilir.
- Konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi prinsipi: partiyanın beşinci əsas prinsipi vətəndaş həmrəyliyinə nail olmaq üçün Azərbaycanda fəaliyyət göstərən mütərəqqi və sağlam mövqeyə malik olan ictimai təşkilatlarla və partiyalarla fəal və konstruktiv əməkdaşlıq etməkdən, milli maraqlarımızın qorunması naminə bütün səviyyələrdə ümumi mənafeləri uyğunlaşdırmaqdan, başqa əqidədə olanlarla vicdanlı və açıq dialoqa hazır olmaqdan ibarətdir.
- Sosial ədalət prinsipi: cəmiyyətdə müxtəlif təbəqələrin nümayəndələrinə bərabər imkanların yaradılması, sosial dövlət vasitəsilə sosial rifahın təmin olunması kimi başlıca məsələlər YAP-ın ideoloji siyasətində sosial ədalət prinsipi ilə ifadə olunub.
Beləliklə, sadalananlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyasının ideoloji siyasəti milli həmrəylik və bütövlüyü təmin edən mexanizm qismində çıxış edir. Eyni zamanda, bir neçə istiqamətdə xüsusi əhəmiyyət kəsb edir:
- YAP-ın ideoloji siyasəti sosiumda siyasi iştirakçılığın və sosiallaşmanın artmasına fundamental töhfələr bəxş edir. Beləliklə, vətəndaşların siyasi iştirakçılıq səviyyəsinin artması cəmiyyətdaxili dinamikanı artırır və milli inkişafı sürətləndirən mexanizm qismində çıxış edir;
- YAP-ın öz fəaliyyətində rəhbər tutduğu ideoloji prinsiplər cəmiyyətdə təşəkkül tapmış demokratik norma və dəyərlərin möhkəmlənməsinə mühüm töhfələr bəxş edib və bu proses hazırda da davam etməkdədir. Yeni Azərbaycan Partiyasının bilavasitə təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ictimai, siyasi və hüquqi anlamda mühüm əhəmiyyət kəsb edən qanunlar qəbul olunmaqdadır. Qüvvəyə minmiş qanunların tətbiqi mexanizmlərinin mükəmməl surətdə müəyyən olunması ictimai, siyasi, iqtisadi və hüquqi müstəvidə inkişafa yol açan əhəmiyyətli dəyişiklikləri şərtləndirən faktor kimi çıxış edir.
Beləliklə, Yeni Azərbaycan Partiyasının ideoloji prinsipləri cəmiyyətdə milli dəyərlərin təşəkkül tapmasını və möhkəmlənməsini şərtləndirən, milli həmrəylik və bütövlüyü təmin edən mühüm institusional amil qismində dəyərləndirilməlidir.
YAP-ın gənclər siyasəti: ölkənin etibarlı gələcəyini təmin edən vasitə
Vurğuladığımız kimi, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, hələ 1993-cü ildə ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ulu öndərin səsləndirdiyi fikirlər həm gənclərimizə, həm də ölkəmizin mövcudluğunu həzm edə bilməyən qüvvələrə önəmli mesaj idi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”.
Beləliklə, Ulu öndərə böyük inam və etimad göstərən Azərbaycan gəncliyi tezliklə dövlətin və hakim Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. Ümummilli lider gənclərin cəmiyyətin fəal və aparıcı qüvvəsinə çevrilməsi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə aktiv cəlb olunması yönündə əməli addımlar atdı. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan verdi. Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu həm gənclərin təhsil almasında, həm sosial-maddi problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi.
Zaman keçdikcə YAP-ın gənclərə olan diqqət və qayğısı artdı, gənc nəslə yönələn fəaliyyəti genişləndi. 1995-ci ilin iyununda YAP Gənclər Birliyinin yaradılması isə partiyanın tarixinə əlamətdar hadisə kimi daxil oldu.
Müstəqil Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında və gənc nəslin geniş fəaliyyət meydanına çıxarılmasında Ulu öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumu xüsusi rol oynadı. 1996-cı il fevralın 2-də keçirilən forum Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi oldu. Təsadüfi deyil ki, məhz həmin vaxt Ulu öndərin Sərəncamı ilə 2 fevral tarixi Gənclər Günü kimi Azərbaycan tarixinə düşdü. Cənab İlham Əliyevin 2001-ci il 21 noyabrda YAP-ın II Qurultayında partiya Sədrinin birinci müavini vəzifəsinə seçilməsi isə gənclərimizdə daha böyük ruh yüksəkliyi yaratdı.
Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir. Qeyd edək ki, bu gün YAP sıralarında 250 mindən çox gənc birləşib, qadınların sayı isə ümumi partiya üzvlərinin 50 faizi civarındadır.
Görülən effektiv tədbirlərin nəticəsidir ki, hazırda Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır, habelə müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir. Dövlət başçısının müvafiq sərəncamları ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi, bu istiqamətdə çoxsaylı addımların atılması gənclərin ictimai fəaliyyətinin, yaradıcılığının və təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsinin bariz göstəriciləridir.
YAP-ın Gənclər Birliyi bu gün də istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür.
Yeni Azərbaycan Partiyası dövlətimizin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib
Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası dövlətimizin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir.
Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
Qeyd etdik ki, YAP-ın əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Məhz bu yanaşmanın doğruluğunu isbat edən başlıca göstəricilər partiyanın bütün ümummilli seçkilərdə əldə etdiyi parlaq qələbələrdir. YAP-ın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. 2003, 2008 və 2013-cü ildəki prezident seçkiləri buna sübutdur.
Onu da qeyd etmək gərəkdir ki, bu dövrdə partiyamız sosial sifarişə əsaslanaraq bir sıra ciddi təşəbbüslərlə də çıxış edib. Belə ki, 2008-ci ilin dekabr ayında YAP Azərbaycan Konstitusiyasında dəyişikliklər təşəbbüsü ilə çıxış edərək bununla bağlı ümumxalq səsverməsinin - referendumun keçirilməsini təklif etdi. Konstitusiya Məhkəməsi bu təkliflərə müsbət rəy verdikdən sonra Milli Məclis 2009-cu il martın 18-də Konstitusiya dəyişikliklərinin edilməsi ilə bağlı ölkədə referendum keçirilməsi haqqında qərar qəbul etdi. Referendumun nəticələri isə xalqın YAP-a olan inamını bir daha təsdiqlədi. Bu ilin 26 sentyabrında da ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevin təşəbbüsü ilə Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar referendum keçirildi. Bu prosesdə YAP “Yeni Azərbaycan” təşviqat qrupu yaradaraq referenduma çıxarılan məsələlərin cəmiyyətdə geniş təbliğatını həyata keçirdi.
YAP bu uğurları və qələbələri 2004-cü, 2009-cu və 2014-cü illərdə keçirilmiş bələdiyyə seçkilərində də təkrarlayıb. Əlbəttə ki, partiyamızın uğurları bununla bitməyib. YAP-ın əzəmətli qələbələri parlament seçkilərində də özünü göstərməkdədir. 2005-ci, 2010-cu və 2015-ci ildə keçirilən parlament seçkilərində də mütəşəkkil qaydada iştirak edən, güclü seçki kampaniyası aparan YAP-ın əhəmiyyətli qələbələr qazanması xüsusi vurğulanmalıdır. Bu qələbələri şərtləndirən mühüm amillərdən biri də YAP-ın daim yeni, müasir seçki texnologiyalarını seçki kampaniyası zamanı tətbiq etməsidir.
Cənubi Qafqazın ən böyük siyasi partiyasının beynəlxalq əlaqələri mütəmadi olaraq inkişaf edir
Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri də yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır.
YAP 51 ölkənin siyasi partiyalarının təmsil olunduğu “Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı” (İCAPP) Daimi Komitəsinin üzvüdür. YAP bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib.
YAP-ın Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin coğrafiyası getdikcə genişlənir. Bu əlaqələr, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının siyasi partiyalar səviyyəsində beynəlxalq təşkilatlarda təmsilçiliyinin yüksək nümunəsidir.
“Yeni Azərbaycan”ın
Analitik Qrupu

 
  • Oxunub:  26250  |  
  • Tarix:  19-11-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır

17:47
18 Oktyabr
Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi palitrasına yeni nəfəs gətirib
17:45
18 Oktyabr
Sahibə Qafarova: Rusiyanın Ermənistana silah verməsi regionda onsuz da həssas olan vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər
17:36
18 Oktyabr
Sınaq təcrübə stansiyalarında nümunəvi əkinlər zamanı ABŞ-ın təcrübəsi tətbiq oluna bilər
17:31
18 Oktyabr
Azərbaycan ilə Latviya arasında hüquqi əməkdaşlıq genişlənir
17:15
18 Oktyabr
İspaniya mətbuatı: Bakının mərkəzi hissəsi avanqard üslubda binalar və dəbdəbəli mehmanxanalarla zəngindir
17:02
18 Oktyabr
Bakıda Azərbaycan-Avstraliya biznes-forumu keçirilib
16:22
18 Oktyabr
YAP-ın yaranmasının 25-ci və dövlət müstəqilliyimizin 26-cı ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
16:04
18 Oktyabr
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanılıb, möhkəmləndirilib
15:59
18 Oktyabr
Azərbaycanın suverenliyinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir
15:48
18 Oktyabr
Daşkənddə “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilir
15:45
18 Oktyabr
Şahin Mustafayev: Prezident İlham Əliyev sosial-iqtisadi sahədə qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib
15:44
18 Oktyabr
Azərbaycan ilə Latviya arasında məhkəmə-hüquq sahəsində əlaqələr uğurla inkişaf edir
15:22
18 Oktyabr
Rob Sobhani: Azərbaycan torpaqlarının işğalı erməni xalqının maraqlarına cavab vermir
15:14
18 Oktyabr
Yaqub Mahmudov: Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi tarixi nailiyyətimizdir
15:11
18 Oktyabr
Nazir müavini: İkinci Bakı Şopinq Festivalında əsas hədəfimiz xarici turistlərdir
14:41
18 Oktyabr
Azərbaycan ilə Polşa arasında yüksək səviyyəli siyasi əlaqələr var
14:24
18 Oktyabr
Elmar Məmmədyarov: Sarkisyan məsuliyyətsiz şəkildə birgə bəyanatın çərçivəsindən kənara çıxdı
14:17
18 Oktyabr
Xalça Muzeyində maraqlı sərgi - “Uçan xalça”
14:14
18 Oktyabr
Müstəqilliyimizə qədəm qoyduğumuz gündən qazandığımız nailiyyətlər Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsidir
14:10
18 Oktyabr
Bakıda “Caspian Energy Tourism Forum” keçirilib
14:06
18 Oktyabr
Vitold Vaşçikovski: Azərbaycan Polşa üçün əhəmiyyətli ölkədir
14:01
18 Oktyabr
Fəzail İbrahimli: Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi uğrunda şərəflə mübarizə aparıb
12:50
18 Oktyabr
Azərbaycan Xəzərdə kruizlərin təşkili üçün Rusiya ilə danışıqlara başlayıb
12:07
18 Oktyabr
Elman Məmmədov: Sarkisyan beynəlxalq hüquqa uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır
12:06
18 Oktyabr
Vitali Kliçko: Bakının inkişafına tətbiq olunan təcrübəni Kiyevdə istifadə etmək istəyirik
12:03
18 Oktyabr
Azərbaycan-Avstraliya biznes-forumunun iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
11:46
18 Oktyabr
Azərbaycan ilə Rusiya arasında Samur çayı üzərində salınacaq avtomobil körpüsünün təməli qoyulub
11:26
18 Oktyabr
“Atletiko Madrid” klubunun saytında Bakı haqqında videosujet yerləşdirilib
11:22
18 Oktyabr
MM-in deputatı Musa Quliyev: Azərbaycanda idarəetmə sistemində daim uğurlu islahatlar aparılır
11:14
18 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 122 dəfə pozub
10:47
18 Oktyabr
Prezident İlham Əliyev Polşanın xarici işlər nazirini qəbul edib
10:43
18 Oktyabr
Bakıda V Beynəlxalq Azərbaycan Xalçası Simpoziumu işə başlayıb
10:41
18 Oktyabr
UEFA Çempionlar Liqası: “Qarabağ” doğma meydanda “Atletiko Madrid”i qəbul edəcək
10:22
18 Oktyabr
Prezident İlham Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib
10:08
18 Oktyabr
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 26 il keçir
21:02
17 Oktyabr
Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub
20:48
17 Oktyabr
Azərbaycan turizmin inkişafına yönəlib
20:34
17 Oktyabr
YAP-ın 25 illik yubileyi münasibətilə Pirallahıda keçirilən futbol yarışına yekun vurulub
20:01
17 Oktyabr
Rusiya telekanalı Bakıda keçirilən şopinq festivalı barədə süjet yayımlayıb
19:26
17 Oktyabr
Azərbaycan nümayəndə heyəti Ciddədə sərhəd təhlükəsizliyinə dair beynəlxalq simpoziumda iştirak edib
19:10
17 Oktyabr
Con Hammond: Azərbaycanda əlverişli biznes və investisiya mühiti var
17:54
17 Oktyabr
Nazirlər Kabinetində aparılan islahatlar idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir
17:39
17 Oktyabr
Sevinc Fətəliyeva: Konqresmen Smit işğalçı Ermənistanın ən fəal dəstəkçilərindən biridir
17:32
17 Oktyabr
Mədəniyyət, incəsənət xadimlərinə və turizm işçilərinə fəxri adlar və mükafatlar təqdim edilib
17:27
17 Oktyabr
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
17:06
17 Oktyabr
İsrailli ekspert Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb
16:58
17 Oktyabr
Bəxtiyar Sadıqov: Azərbaycan tərəfi öz prinsipial mövqeyindən geri çəkilən deyil
16:55
17 Oktyabr
Məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərinin internet xətti ilə təmin edilməsinə dair layihə müzakirə olunub
16:10
17 Oktyabr
Azərbaycanda miqrantlara münasibətdə heç bir hüquq pozuntusu qeydə alınmayıb
15:46
17 Oktyabr
Prezident İlham Əliyev Yunanıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
15:06
17 Oktyabr
Dövlət Müstəqilliyi Günü Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
15:01
17 Oktyabr
Robert Sekuta: ABŞ Azərbaycanda iqtisadi islahatları yüksək qiymətləndirir
14:47
17 Oktyabr
Azərbaycan Seulda keçirilən mədəniyyət festivalında təmsil olunub
14:13
17 Oktyabr
“Vaşinqton Tayms”: Azərbaycan terrorizmə qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır
14:10
17 Oktyabr
Bakı Dövlət Universiteti ilə Yaponiya universitetləri arasında əməkdaşlıq genişlənir
14:03
17 Oktyabr
Ziyad Səmədzadə: Azərbaycan 2017-ci ilin 9 ayını müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub
12:57
17 Oktyabr
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 100 milyon dollar təşkil edib
12:55
17 Oktyabr
Dilarə Cəbrayılova: Cəmiyyətin intellektual potensialının artması ölkənin inkişafına güclü təsir göstərir
12:33
17 Oktyabr
Hikmət Babaoğlu: Azərbaycanın beynəlxalq miqyasda nüfuzu mütəmadi olaraq artır, milli dövlətçiliyimizin əsasları möhkəmlənir
11:09
17 Oktyabr
Vüqar Namazov: Kapital bazarlarına çıxış bu gün tələb deyil, zərurətdir
11:03
17 Oktyabr
Azərbaycan ilə Pakistan arasında dini-mənəvi sahədə əlaqələr müzakirə edilib
10:53
17 Oktyabr
Vüsal Qasımlı: İlin əvvəlindən Azərbaycanda pul bazası 18 faiz artıb
10:37
17 Oktyabr
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
10:34
17 Oktyabr
BANM-ə qəbul olunan Prezident təqaüdçülərinin sayı ötən illərə nisbətən iki dəfə artıb
10:33
17 Oktyabr
İtaliya Senatında Azərbaycan-İtaliya strateji tərəfdaşlığının aspektləri müzakirə olunacaq
10:28
17 Oktyabr
Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçiriləcək
10:25
17 Oktyabr
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 105 dəfə pozub
10:18
17 Oktyabr
Sabah Daşkənd şəhərində “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək
17:56
16 Oktyabr
Vüqar Rəhimzadə: Rusiya regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlara yol verməməlidir
17:21
16 Oktyabr
Sosial təminat haqqında Azərbaycan-Bolqarıstan hökumətlərarası Saziş layihəsi müzakirə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+16 +20
gecə+9 +12